Sağlam qidalanmaq və arıqlamaq istəyənlər üçün vazkeçilməz pəhriz

Sağlam qidalanmaq və arıqlamaq istəyənlər üçün vazkeçilməz pəhrizİdeal görünüşə, sağlam bədənə sahib olmaq istəyirsinizsə, düzgün qidalanmalı, pəhriz saxlamalı, bunu gündəlik həyat tərzinə çevirməlisiniz. Pəhriz və arıqlamaq günümüzdə qadınlarla yanaşı, kişilərin də ən həssas mövzusuna çevrilib. Gündəlik həyatda yeyib-içdiklərimiz, eyni zamanda həyat tərzimiz, iş rejimimiz arıqlamağımızda, pəhrizimizdə mühüm rol oynayır. Arıqlamaq bəzilərinə su içmək qədər asan olsa da, bəziləri üçün tamamilə mümkünsüz bir şeydir.
Arıqlamaq və pəhrizə görə nə etməli?
Pəhriz və arıqlamaq, düzgün qidalanmaqla bağlı bu gün internetdə çoxsaylı axtarışlar verilsə də, əksər hallarda köklükdən, piylənmədən əziyyət çəkənlər hədəflərinə nail ola bilmirlər. Diyetoloqlar isə sağlam şəkildə arıqlamaq istəyənlərə gün ərzində 2-2,5 litr su içmək, pəhrizlə yanaşı, davamlı olaraq idman etməyi tövsiyə edirlər. Arıqlamaq, pəhriz zamanı düzənli bir şəkildə qidalanmaq, fərqli qidalara üstünlük verməmək tövsiyə olunur.
Sağlam rasionda əsas nüans
Yağsız sulu xörəklərə, səbzəli şorbalara, duzsuz, şəkərsiz qidalara, içkilərə, həmçinin zeytun yağı, hind qozu, avokado yağına üstünlük verilməlidir.
Arıqlayanların dostu və düşməni
Yulaf, yoqurt, fındıq, qoz, alma, armud, avokado, yaşıl çaya üstünlük verilməlidir.
Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Dövlət Gömrük Hospitalının diyetoloqu, Türkiyənin "Hacattepe" Universitetinin məzunu Məlahət Kərimova qısa müddətdə sağlam arıqlamağın yollarını açıqlayıb. M.Kərimova deyir ki, kaloriləri düzgün yandırmaq lazımdır: "Oturaq həyat tərzi piylənməyə səbəb olur. İşgüzar, amma oturaq həyat tərzi keçirən şəxslər sağlam qidalansalar, onlarda piylənmə, kökəlmə olmayacaq. Karbohidratları, zülalları, vitaminləri düzgün formada qəbul etmək lazımdır. Bunlar bir vəhdət təşkil etməlidir. Gün ərzində qəbul olunan karbohidratlar 50-55, proteinlər 14-16 faiz, yağlar isə 15-20 faiz təşkil etməlidir".
Sağlam arıqlamaq və pəhriz üçün D vitamini də önəmlidir
Diyetoloq deyir ki, tərkibində D vitamini olan yumurtaya, balığa üstünlük verilməlidir: "Bununla yanaşı, D vitamini dərman preparatının qəbulu da məsləhətlidir. Eyni zamanda, sink, selen qəbulu tövsiyə olunur ki, bunlar daha çox yumurta, süd, günəbaxan, balqabaq tumundadır. Sink, selenium immun sistemini qoruyur. Qadınlarda saçın tökülməsi də elə sinkin azlığındandır".
M.Kərimovanın sözlərinə görə, meyvə-tərəvəzlərin qəbulunun da arıqlamada, pəhrizdə xüsusi rolu var: "Gül kələmi, brokkolidə həddən çox vitaminlər var ki, bunlar həm də immun sisteminin bərpasına müsbət təsir edir. Ümumiyyətlə, arıqlamaq istəyənlər elə pəhriz saxlamalıdırlar ki, onlarda aclıq hissi yaranmasın. Yəni şəxsin gözü ac olmasın". Şirniyyatın kökəlməyə təsirindən danışan diyetoloq deyir ki, qadınların xüsusi günlərində şirniyyat yeməsi qəbulediləndir: "Bu dönəmdə 20-30 qram şirniyyat yemək olar. Bu zaman təmiz, keyfiyyətli, 75-80 faizlik şokoladlar yemək olar".
Su pəhrizin bel sütunudur
Sağlam arıqlamaq üçün pəhrizin 1600 kaloridən başladığını vurğulayan mütəxəssis deyir ki, pəhriz saxlayarkən, arıqlama zamanı çörəyə, makarona qadağa qoyulsa da, gün ərzində 1-2 dilim çörək yemək olar. Bunun səbəbi çörəyin tərkibində olan bəzi faydalı liflərdir ki, onlar da mədə-bağırsaq sisteminin düzgün çalışmasına şərait yaradır. Gündəlik qidalanmaya gəldikdə isə həmsöhbətimiz deyir ki, arıqlamaq, pəhriz üçün ilk olaraq sudan başlamaq vacibdir: "Səhər durarkən öncə bir stəkan su içmək lazımdır. Arıqlama, pəhrizdə suyun xüsusi önəmi var. Mümkün olduğu qədər də gün ərzində 2 litr su qəbul edilməsi tövsiyə olunur.
Bununla yanaşı, yeyəcəyimiz qidaların duzsuz olmasına nəzər yetirməliyik ki, qəbul etdiyimiz su maddələr mübadiləsini sürətləndirə bilsin. Duzlu qidalar suyun bədəndən xaric olmasına mane olur ki, bu da piylənməyə gətirib çıxarır".
Məlahət xanım axşam saatlarında fiziki aktivliyin az olmasına görə arıqlamaq və pəhriz üçün 18:00-dan sonra heç nə yeməməyi, yeyərkən də tərəvəzli, səbzəli yeməklərə üstünlük verməyi tövsiyə edir: "Arıqlama, pəhriz üçün meyvə mümkün olduğu qədər günorta saatlarınadək qəbul olunmalıdır. Çünki meyvə qlükoza ilə zəngin olduğundan bu amil də piylənməyə səbəb olur".
Sağlam arıqlamaq və pəhriz üçün ideal resept
Son olaraq mütəxəssisin sağlam arıqlamaq, pəhriz üçün gündəlik menyusunu təqdim edirik: Səhər bir soyutma yumurta, kəsmik, suda bişmiş yulaf, açıq rəngli çay, ara yeməyində 100 qram meyvə, kiçik ölçülü yaşıl alma, yaxud elə mövsümə uyğun meyvələr, günorta yeməyində bir kasa tərəvəzli (mərcimək, lobyalı) şorba, günorta yeməyində həmçinin 8 xörək qaşığından bir qədər az qarabaşaq, 2, yaxud 4 xörək qaşığı düyü, soyutma toyuq, soyutma balıq, buxarda bişirilmiş kotlet, yaxud da ət, ət məhsulları, vitaminli (kök, alma, cəfəri, kişmiş) salat, axşam yeməyində 8 xörək qaşığı ətli, tərəvəzli yemək, yaxud da buxarda bişmiş 200 qram balıq, qatıq qəbul etmək olar. Bu reseptlə həftəyə kiloqram yarımadək, aya isə 4-5 kiloqram sağlam şəkildə arıqlamaq olar.
Diyetoloq deyir ki, sağlam arıqlamaq istəyənlər "fastfood"lardan, "çips"lərdən imtina etməli, yaşıl çaya üstünlük verməlidirlər. M.Kərimovanın sözlərinə görə, yeməkdən yarım saat öncə suyun qəbulu doyma hissi yaradacaq, daha çox qidalanmanın qarşısını alacaq. Sağlam şəkildə arıqlamaqda ən əsası iradəli olmaq, qarşıya məqsəd qoyaraq ona doğru getməkdir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2316   Tarix: 21 fevral 2021
f Paylaş

Oxşar xəbərlər

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

turlar.az

geymler 2026 toy gecesi yemek reseptleri xren yarpagi elaci 2026 geyim kolleksiyalari prostat kosmetika turpun nağlı xeyanet xanım az qiz evi anabaci