Şakiranın yeni sevgilisi odur? - Məşhur aktyordan şayiələrə CAVAB
Hollivud aktyoru və rejissoru Ben Afflek müğənni Şakira ilə münasibətdə olması barədə yayılan şayiələrə ilk dəfə münasibət bildirib.
Aktyor bu iddiaları cəfəngiyat adlandırıb.
"Mən bu cəfəngiyatı ilk dəfə eşidirəm. İnsanlar dedi-qodu edir, mənim haqqımda müxtəlif şayiələr yayılır. Düşünürəm ki, bunun səbəbi subay olmağımdır. Sadəcə, belə şeylər uydururlar", - Afflek deyib.
Şayiələr "The View" verilişinin aparıcısı Ana Navarronun Ben Afflek və Şakira üçün görüş təşkil etməyə çalışdığı barədə yayılan məlumatlardan sonra ortaya çıxıb.
Aktyor hazırda şəxsi münasibətlərin onun üçün prioritet olmadığını da vurğulayıb. Afflek əsas diqqətini işinə və uşaqlarına ayırdığını bildirib.
"Çox işləyirəm və uşaqlarımla vaxt keçirirəm. Başqa şeylər üçün vaxtım qalmır. Hazırda münasibətlər həyatımda böyük prioritet deyil", - aktyor əlavə edib.
///lent.az///









Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu
Qan təzyiqini ölçərkən bu səhvləri etməyin
Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı
Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb
Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq
Şakiranın yeni sevgilisi odur? - Məşhur aktyordan şayiələrə CAVAB
"Baldır Yar" trend 1-də - Röyanın klipi 2 günə 1 milyonu keçdi