Saxta pendirləri necə ayırd etməli? - Vacib məsləhətlər

Saxta pendirləri necə ayırd etməli? - Vacib məsləhətlərPendir... Əksər evlərdə səhər yeməyinin ayrılmaz hissəsidir. Pendirlər ən çox istifadə etdiyimiz qidalardan biri olsa da, onun necə hazırlanması, hazırlanarkən hansı saxtakarlığa yol verildiyi və keyfiyyətli qidaları necə ayırd edilməsi barədə bir çox insan məlumatszıdır.
Foodinfo.az bunu nəzərə alaraq pendir istehsalçılarının "fırıldaqçılığını" və keyfiyyətli pendiri ayırd etməyin yolunu araşdırıb. Öncə saxtakarlıq yollarını sıralayaq:
Saxta pendirləri necə ayırd etməli? - Vacib məsləhətlər- Bəzi istehsalçılar ağ pendirə ərp vurur. İstehlak müddətini uzatmaq üçün isə nitrat maddəsi qatılır.
- Kiflənən pendiri əridərək krem pendir hazırlayırlar.
- Boyatlaşmış süddən istifadə edərək istehsal xərcini aşağı salmağa çalışırlar.
- Bəzi növ pendirləri ideal rənginə çatdırmaq üçün "kroten" adlı qida boyası istifadə edirlər.
- Soda qatıldığı da söylənilir.
- Jele vurularaq sərtləşdirilir.
- Təbii süd əvəzinə süd tozundan istifadə edilir.
Əlbəttə ki, bunlar insan sağlamlığı üçün təhlükəlidir. Bu saxtakarlıqları hiss edə bilməyəcəyimiz qədər professional şəkildə edirlər. Odur ki, sağlamlığımızı təhlükəyə atmamaq üçün biz də mümkün olduğu qədər daha çox diqqətli olmalıyıq. Bəs saxta yollarla hazırlanan pendirləri necə ayırd edə bilərik?
Saxta pendirləri necə ayırd etməli? - Vacib məsləhətlərBunun cavabı aşağıdakı üsullardadır:
- İlk addım daha çox etibar etdiyiniz firmanın məhsulunu almaqdan başlayır.
- Keyfiyyətli pendirin qutusunun hər bir kənarı bir-birinə bərabər ölçüdə olmalıdır.
- Pendir hazırlanan qəlibin üstündə pas, kir və kif olmamalıdır.
- Pendir rəngini dəyişibsə (kirli ağ, sarımtıl və.s), ondan uzaq durmağınız məsləhət görülür. Bu, böyük ehtimalla xarab məhsuldur.
- Pendir nə çox bərk, nə də çox yumşaq olmamalıdır.
- Pendir alarkən iyi çox önəmlidir. İy qabiliyyəti güclü olanlar pendirdən kif, sabun və ammonium nitrat iyinin gəlib-gəlmədiyini yoxlamalıdır. Bu iylərdən birini hiss etdiyindən şübhələnərsə, o zaman həmin pendiri almamalıdır.
- İstehsal tarixinə xüsusi diqqət yetirilməlidir.
- Tərkibində süd faizi çox olan pendir istifadə edilməlidir. Və son olaraq qeyd etməliyik ki, pendirlərə paranoya dərəcəsində şübhə ilə yanaşmayın. Sadəcə etibar etdiyiniz yerlərdən və firmaların məhsullarından istifadə edin. Sağlamlığınızı saxta əllərin öhdəsinə buraxmayın!
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1552   Tarix: 03 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

turlar.az

gozel gorunmek adlarin menasi toy makiyajlari qonaq otagi dizayni 2026 biliye aid atalar sozleri payiz haqqinda insa spiral kokeldirmi kosmetika gozde olar novruz bayramina aid novruz bayramına aid burclerin uygunlugu intim