Şəbnəm Tapdıq və Şəbnəm Tovuzlunun ad savaşı...Tərəflər məhkəməlik oldu - AÇIQLAMA

Şəbnəm Tapdıq və Şəbnəm Tovuzlunun ad savaşı...Tərəflər məhkəməlik oldu - AÇIQLAMAMüğənni Şəbnəm Tovuzlu həmkarıŞəbnəm Tapdığın onu məhkəməyə verdiyini açıqlayıb.
azxeber.com xəbə verir ki, MTV Azərbaycanda "Tarixin bir günü" verilişində buhaqda danışan müğənni, məhkəməyə verilən tək müğəninin o olmadığını da qeydedib.
 "Mənim adımı dünyasını dəyişənanam qoyub. Şəbnəm xanımın adi insanlarla işi yoxdur. Amma səhnə adı Şəbnəmolanları məhkəməyə verir. Mənə artıq Nərimanov rayon məhkəməsindən sənədlər gəlib.Şəbnəm Qəhramanovanı da məhkəməyə verib. Mənə zəng edir, aqressiv danışır. Burdanefir vasitəsilə deyirəm. Anam 29 yaşında dünyasını dəyişib və sizin fanatınızolub hər iki valideynim. Ona görə sizin adınızı qoyublar mənə. Dəfələrlə bunusizə deməyimə rəğmən, siz necə bunu edə bildiniz? Qanun qarşısında boynumqıldan incədir amma məndən nə istəyirsiniz? Mənə deyirsiz adımı Şəbnur edim, Şəbtacedim. Bu nə düşüncəsizlikdir? Məhkəməyəgələcəm, vəkilim də var. Amma sizə görə əsla adımı dəyişdirməyəcəyəm!"
Məsələ ilə bağlı azxeber.com-a açıqlama verən Şəbnəm Tapdıq isə Tovuzlunu məhkəməyə vermə səbəbinin ad ilə əlaqədar olmadığını bildirib.
"Mənim Şəbnəm Tovuzlunu məhkəməyə vermə səbəbim tam başqa mövzudur. Bu məhkəmədə ad artıq önəm daşımır. Şəbnəm Tovuzlu verilişlərdə mənimlə bağlı həqiqəti əks etdirməyən ifadələr işlədir. Gah yaşımı çox deyir, gah psixoloji poblemim var deyirlər. Bunlar mənim şərəf və ləyaqətimi alçaldan sözlərdir. Hətta yalandan dedi ki, guya mən onun anası ilə rəfiqə olmuşam, ona görə o mənim adımı ona qoyub. Bunların hamısı yalandır. Mən haradan tanıyıram onun anası kimdir? O, gərək məndən üzr istəsin və mənim haqqımda bir də heç yerdə, heç bir şey danışmasın".
O, açıqlamasında Şəbnəm Qəhramanovanı məhkəməyə vermədiyini deyib:
"Ad məsələsi olsa, Şəbnəm Qəhramanova da var bu sənətdə, gərək onu da verərdim. O, harada məni görür, gəlir öpür, hörmət edir, deyir efirə də çıxaq biryerdə. Onunla problemim yoxdur".
Şəbnəm Tapdıq qalmaqallara son qoymaq üçün adını dəyişdiyini ilk dəfə azxeber.com-a açıqlayıb. O, sənətdə ilk olduğu üçün artıq adını İlkşəbnəm olaraq dəyişdirdiyini bildirib.
Aysel Hacızadə

Şou Biznes     Baxılıb: 1956   Tarix: 13 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

.

Mədəniyyət Nazirliyi: Zaur Rzayev musiqisevərlərin dərin rəğbətini qazanıb

Mədəniyyət Nazirliyi Zaur Rzayevin ölümü ilə bağlı nekroloq yayıb. xəbər verir ki, nekroloqda deyilir:. "Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli müğənni, Azərbaycan Respublikasının Xalq artisti Zaur Rzaye

.

Özündən 24 yaş kiçik həyat yoldaşından boşandı

Müğənni Berdan Mardini ötən ilin aprelində evləndiyi həyat yoldaşı Dilara Talaydan boşanıb. Cütlük bu gün qatıldığı məhkəmə prosesində səssiz-sədasız həyat yollarını ayırıb. Qeyd edək ki, Berdan Mardini ilə həyat yoldaş

.

Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aylar sonra anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəblərindən danışıb. O, uşaqlıq illərindən qalan incikliklərə toxunaraq anasını bağışladığını, lakin dəfn mərasimin

.

Məşhur müğənni toy tarixini açıqladı

Türkiyəli məşhur müğənni İrem Derici sevgilisi Melih Kunukçu ilə evlilik planları barədə yeni açıqlama verib. Müğənni nikah mərasiminin dekabr ayında keçiriləcəyini bildirib. Lakin mərasimin dəqiq günü hələlik açıqlanmayıb

.

Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi

Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayevin nəşi Moskvadan Bakıya gətirilib. xəbər verir ki, bu məlumatı -a açıqlamasında Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova verib. "Asla

.

Cəmi 3 il evli qala bildilər

Hollivud aktrisası Marqaret Kuolli və musiqi prodüseri Cek Antonoff boşanmaq üçün rəsmi müraciət ediblər. axşam.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Bildirilib ki, 42 yaşlı Cek v

.

Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto

Türkiyəli müğənni Rafet El Romanın evlənməyə hazırlaşdığı azərbaycanlı xanımın kimliyi bəlli olub. İfaçı Rəhimə Hacıyeva adlı xanımla nişanlıdır. Sosial şəbəkələrdə cütlüyün birgə çəkilmiş fotosu da yayılıb. Məlumata görə

.

"Hər həftə bir ev alırdım

Türkiyəli şoumen Mehmet Ali Erbilin sərvəti ilə bağlı açıqlamaları diqqət çəkib. Sənətçi bu barədə keçmiş həyat yoldaşı Tuğba Coşkunun yutub layihəsində danışıb. O, evli olduqları dövrdə daşınmaz əmlaka yatırım etdiklərin

.

Heyli Biber hamilədir? - Foto

Dünyaca məşhur model Heyli Biberin ikinci dəfə ana olacağı ilə bağlı iddialar yayılıb. Paparatsilərin Los-Ancelesdə gəzinti zamanı lentə aldığı fotolar modelin hamilə olması ehtimalını gündəmə gətirib. Heylinin qarın nahiyəsini

turlar.az

yaz geyimleri 2026 maskalar geyim və ayaqqabılar stil və moda hamileliyin ilk elameti qış tədarükü salatlar ziyafət geyimləri 2026 kosmetika turpun nağlı atalar sözü dolca hakisdalar gözellik