Sehir yoxsa çiçək ətri?

Sehir yoxsa çiçək ətri?Qoxu  qədim zamanlardan insanların həyatında mühüm rol oynamışdır. Qədim zamanlardan insanlar qoxulardan əhval-ruhiyyəni yüksəltmək üçün istifadə etmişlər. Yüz illərin təcrübələrinə əsaslanaraq insanlar müxtəlif bitkilərdən müalicə vasitəsi kimi istifadə etmiş, ətirlər düzəltmişlər. Hətta bəzi əlyazmalarda bəzi qadınların ətirli bitkiləri torbaya yığıb, boyunlarından asdıqları barədə yazılara rast gəlmək olur. Qədimdə əttarlar belə hesab etmişlər ki, gözəl qoxularla nəfəs almaq ciyəri, əsəb sistemini, beyni təmizləyir və möhkəmləndirir. Müasir dünyada da ətir hazlrlamaq üzrə mütəxəssislər düzəltdikləri ətirlərin insan üzərində təsiri olduğunu qeyd edirlər. Onlar hər gülün, hər çiçəyin, hər qoxunun bir məna kəsb elədiyini anlayır və sirlərini araşdırırlar.
Ətriyyatın vətəni qədim Misir sayılır. Qədimdə Misirlilərin məbədə getdikləri zaman ətriyyatdan istifadə etdiyi söylənilir. Misirlilər məbədə gedən zaman dualarının qəbul olması üçün ətirli çiçəklərlə, xoş maddələrlə ətirlənmişlər. Onlar bu yolla məbəddəkilərə xoş təsir bağışlamağa çalışmışlar.
Ətirlərin insana necə təsir etdiyinin şahidi olmaq istəyirsinizsə, bunlara əməl edin və nəticəsini görün:
1. Xoş ətirli güllərdən balaca yastıq düzəldib başınızın altına qoyub yatdıqda, baş ağrısı və yorğunluq hissi azalır.
2. Eyni miqdarda dəfnə yarpağı və ayıdöşəyindən hazırlanan yastıq sakit və rahat yuxuya səbəb olur.
3. Eyni miqdar dəfnə yarpağı, ayıdöşəyi və mayaotundan hazırlanan yastıq əsəb sistemini sakitləşdirməklə bərabər yuxunu da dərinləşdirir.
4. Dəfnə yarağı iyləmək beyində olan zehni yorğunluğu aradan qaldırır.
5. Evkaliptin ətri bədəni möhkəmləndirir, ağciyəri soyuqdəymədən qorumaqda kömək edir.
6. İş zamanı nanə iyləmək yorğunluğu aradan qaldırır.
7. Halsızlıq zamanı ayıdöşəyinin yarpağı və gülünü iyləmək faydalıdır.
8. İbn Sina öz əsərlərində təzə çobanyastığı çiçəyi ətrinin yuxugətirici təsirə malik olduğunu yazmışdır.
9. Kəklikotu ətrinin insana xoş əhval-ruhiyyə bəxş etdiyi söylənilir.
10. Ürək fəaliyyətini yaxşılaşdırmaq üçün heyva iyləməkdə fayda var.
Milli.Az

Xəbərlər     Baxılıb: 1335   Tarix: 16 avqust 2022
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

turlar.az

gelinlikler geymler 2026 geyim seçimi badımcan yeməyi parket döşəmələr sidik yolu infeksiyasi sabir haciyev kosmetika qaynana novruz bayramına aid kahfe falı ana haqqinda bayati zehmet ve zinet