Səhnədə bacı-qardaş gücü: Röya Ayxan bu dəfə İsmayılla gəlir
Azərbaycan şou-biznesində yenə səs-küy yaradacaq bir layihə yoldadır.
azxeber.com xəbər verir ki, xalq artisti Röya Ayxan bu dəfə qardaşı, istedadlı musiqiçi İsmayıl Zadə ilə duet oxuyub. "Nankor" adlanan yeni mahnı slow pop üslubundadır və duyğuların ən dərin qatına toxunacaq.
Bu duet təkcə ailə bağlarının deyil, həm də güclü musiqi enerjisinin vəhdətidir. İsmayıl Zadə sadəcə ifaçı deyil – o, əksər hallarda mahnılarını özü yazır, özü bəstələyir və aranjemanını da özü edir. Onun musiqiyə yanaşması peşəkar və fərqlidir, hər notda zəhmət və istedad hiss olunur.
Pop kraliça Röya Ayxan isə hər zaman həm gənc ifaçılara, həm də ailə üzvlərinə verdiyi səmimi və səssiz dəstəklə sənətdə böyüklüyünü qoruyan nadir sənətkarlardandır.
"Nankor" – adı kimi təsirli, melodiyası kimi kövrək, sözləri kimi sarsıdıcı… Tezliklə işıq üzü görəcək bu layihə artıq indidən böyük maraq doğurur.
Səhnədə Röyanın enerjisi, studiyada İsmayılın musiqi zəkası – nəticə isə yenə hit qoxusu verir!











Hakışta
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Mehmet Ali Erbil hönkür-hönkür ağladı - 'Bunu uşaqlığıma bağışlayın
Əfsanəvi DATO və Bravo Metehi Bakıda konsert verəcək
Bu qidalar beyin damarlarına zərər verə bilər
Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun