Sən öz atalığını təmizə çıxart, 10 ildir övladını görmürsən

Sən öz atalığını təmizə çıxart, 10 ildir övladını görmürsənXəbər verdiyimiz kimi, Türkiyədə yaşayan model Günay Musayeva oğlu Cahangirin atası, aktyor Tolqa Karelə səslənərək, övladını xaricə aparmasına icazə verməsini istəyib. Tolqa isə ona cavab olaraq, övladının türkiyədə qalmasını istədiyini, icazə kağızını imzalamayacağını deyib. O, Günayı narkotik istifadə etməkdə, spirtli içki aludəçisi olmaqda günahlandırıb.
azxeber.com Axşam.az-a istinadən xəbər verir ki, məsələyə bu dəfə Günay münasibət bildirib. O, Tolqanın açıqlamasına belə reaksiya verib:
"Mən anayam və illərdir Cahangiri tək böyüdürəm: uşağımı qorumaq istədiyim üçün susdum. Amma indi görürəm ki, susqunluq yoxluğu normallaşdırır. Əgər bir ata illərlə uşağını görmürsə, yeni həyatında yeni övladları ilə ailə şəkillərini paylaşırsa, amma öz uşağından əsər-əlamət qoymursa, hətta uşağının xaricdə müalicə alması üçün icazə belə göndərmirsə, bunun başqa adı yoxdur. Məsələ mənim kimliyimdə deyil, məsələ uşağın pozulmuş hüquqlarındadır. Günahsızam və özümü sübut etməliyəm. Bir ananın vəzifəsi başqalarının çatışmazlıqlarını ört-basdır etmək deyil, uşağının hüquqlarını müdafiə etməkdir.
Susmuram, çünki bu mübarizə deyil, bu, vicdanın səsidir, başım dikdir, ürəyim rahatdır. Keçmiş həyat yoldaşıma bu sualları açıq şəkildə verirəm:
Uşağınızı neçə ildir görmürsünüz?
Sizə deyəcəyəm, cavab verməyə ehtiyac yoxdur. 10 il. Yeni həyat yoldaşınız və həyatınızla xoşbəxtlik arzulayıram. Yeni övladlarınız, ailənizlə paylaşdığınız şəkillərə sonsuz hörmətim var. Amma soruşuram: Cahangir haqqında paylaşım etməyinizdən neçə il keçib? Cavab: Yoxdur.
Sosial mediada və ya hər hansı bir platformada uşağım haqqında tək bir paylaşımınız varmı? Yoxdur. Sosial mediada və ya hər hansı bir platformada uşağım haqqında tək bir paylaşımınız varmı? Xeyr. Uşağımın xaricdə müalicəsi üçün tələb etdiyim icazə sənədini mənə göndərdinizmi? Niyə göndərmədiniz? Bu sualların bütün cavabları eyni sözdə birləşir: "Xeyr". Və bu "xeyr"lər sizə işarə edir. Atalığınız kimi,
bu da yoxdur".
Günay aktyorun iddiasına "Marağınızı təmin edim, mən tamamilə təmizəm. Amma məsələ bunda deyil. "Ata kimi ata" olmadığınız üçün adınızdan ictimaiyyətin gözü önündə ləkə götürəcək mən deyiləm. Mənim təmizlik testim lazım deyil. Əsl təmizə çıxmalı olan sənin atalığındır" sözlərini deyib.

Şou Biznes     Baxılıb: 1041   Tarix: 17 dekabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /

.

Bred Pittin yeni sevgilisi - Foto

Hollivud ulduzu Bred Pitt sevgilisi, zərgərlik dizayneri İnes de Ramonla birgə ictimaiyyət qarşısına çıxıb. Cütlük aktyorun yaxın dostu Corc Kluninin fondunun təşkilatçılığı ilə keçirilən "The Albies" mərasimind

.

P.Diddi həbsxanadan xəstəxanaya aparıldı

Amerikalı reper P.Diddi (əsl adı - Şon Kombs) başından aldığı xəsarətə görə saxlanıldığı həbsxanadan təcili olaraq xəstəxanaya aparılıb. Bu barədə TMZ nəşri Nyu-Cersi ştatındakı Fort-Diks federal cəzaçəkmə müəssisəsindək

.

Mehmet Ali Erbil hönkür-hönkür ağladı - 'Bunu uşaqlığıma bağışlayın

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil səhnədə hönkür-hönkür ağlayıb. Məşhur şoumen "Hayatım Yalan" adlı təkadamlıq tamaşasında tamaşaçılar qarşısında uşaqlıq illərindən danışarkən duyğulu anlar yaşayıb. Erbi

.

Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü

Türkiyəli müğənni Atilla Taşın qızı Sezen Taş Mersində binanın 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirib. Hadisə səhər saatlarında Erdemli rayonunun Çeşməli məhəlləsində yerləşən "Liparis 5" yaşayış kompleksind

.

Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi

Dünyaşöhrətli müğənni Teylor Sviftin son görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Müğənni həyat yoldaşı Travis Kelsi ilə oktyabrın 9-da Nyu-Yorkda şam yeməyindən sonra görüntülənib. Cütlüyün əl-ələ lentə alına

.

5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı

Həm karyerası, həm də şəxsi həyatı ilə hər zaman gündəmdə olan türkiyəli aktyor Kıvanç Tatlıtuğ təxminən 5 milyon izləyicisi olan instaqram hesabını niyə deaktiv etdiyini açıqlayıb. Türkiyə KİV xəbər verir ki, tədbirləri

.

Bu dəfə serial ulduzu olacaq

Dünyaca məşhur model və iş xanımı Kayli Cenner "Bachelorette Weekend" serialında baş rolu canlandıracaq. Model həmçinin layihənin icraçı prodüseri olacaq. Cenner bu ekran işi ilə aktyorluqda ilk böyük roluna imz

.

Əfsanəvi DATO və Bravo Metehi Bakıda konsert verəcək

Gürcüstan musiqisinin tanınmış simaları DATO və əfsanəvi Bravo Metehi qrupu Bakıda pərəstişkarlarının qarşısına çıxacaq. xəbər verir ki, DATO və Bravo Metehi qrupunun konserti 3 noyabr 2026-cı il tarixində Heydər Əliyev Sarayınd

turlar.az

kosmetoloq adlarin menasi qadın geyimi qadin sayti alt geyimləri yaglarin faydasi bayatilar vetene aid kosmetika uşaq nece olur bayatılarımızda vətən həsrəti penis sevda həmidə