"Sevdiyim insan mənimdir, görünməsini istəmirəm" - Elnur
Gündəmdən uzaq olan müğənni Elnur Hüseynov "Lider maqazin"in kamerası qarşısına keçib.
Axşam.az-ın məlumatına görə, sənətçi şəxsi həyatı ilə bağlı sualları cavablandırıb. O bildirib ki, özəl həyatını açıqlamağı sevmir:
"Şəxsi həyatdan heç vaxt danışmaq istəmirəm. Bu mənim şəxsi işimdir. Sosial şəbəkələrdə də paylaşımlar etmirəm. Sevdiyim insan mənimdir, görünməsini istəmirəm. Mənim üçün önəmli odur ki, sevəcəyim insan adam olsun, məni başa düşsün. Müğənni də, həkim də ola bilər".
Elnur Türkiyədəki həyatından söz açıb:
"Türkiyədə evdə oluram. İquanam, itim, pişiyim var, onlarla vaxt keçirirəm. Dostlarımla görüşürəm. Əsas odur ki, yaxınlarınla gözəl günlər keçirəsən. Verilişlərə getmirəm. Baxırsan yığışırlar danışırlar, maraqsız. Heç biri vecimə deyil. Televizora baxmıram".
f Paylaş








Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin