"Sevdiyim şəxsi uzun müddət sonra görüb tanımamışam" - Röya

"Sevdiyim şəxsi uzun müddət sonra görüb tanımamışam" - Röya"2020-ci ildə itirdiklərimiz, tapdıqlarımız oldu. Biz buna öyrəşən insanlarıq. Ulduz olmaq üçün o qədər şeylər itirmişəm ki... Ona görə də hər il itirib qazanacağıq. İndi bunu başa düşürəm ki, bütün dünyada sağlamlıq önəmlidir. Bir balaca xəstəlik aləmi bir-birinə qatdı. Evi, qohumları tanıdım. Başa düşdüm ki, ən gözəl yemək bişirən köməkçim imiş. Evdə əvvələr qonaq otağına ümumiyyətlə keçmirdik. Mətbəx, yataq otağında olurduq. İndi divanda otururam, fərqinə varıram ki, çox rahat imiş".
Open.az xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan "MTV özəl"in qonağı olarkən deyib. Müğənni karantin günlərindən danışıb.
Oğlu Hüseynlə bağlı suallara ifaçı "Hüseyn böyüdükcə deyirəm ki, kaş qız dünyaya gətirərdim (gülür). İndi 13 yaşı olur. Öpmək, qucaqlamaq istəyirəm, icazə vermir. Kişi olub mənim üçün" sözlərini söyləyib.
"Sevdiyim şəxsi uzun müddət sonra görüb tanımamışam" - RöyaRöya bildirib ki, heç vaxt sənətdən getməyəcək: "Elə bir sevginin içindəyəm ki, haqqım yoxdur buradan getməyə. Arada fikirləşirdim ki, qocalanda oxumayacam, səhnədən gedəcəm. İndi isə deyirəm ki, yox. 70 yaşımda belə çimərlik geyimində klip çəkdirəcəm, səhnəyə çıxacam. Fikirləşirəm ki, bu qədər əziyyəti dondurmaq olmaz. Bu sənət xain olmağı, acığa iş görməyi sevmir. Bu peşədə dürüst olmağı, təşəkkür etməyi bacarmalısan. Hətta əlaqəmiz olan insanlar var ki, paxıldılar. Arada üzümüzə də deyirlər. Dürüstlük indi həyasızlıqla eyniləşdirilib. Guya sözünün düzünü deyir, üzünü çevirib o tərəfinə baxmır. Bundan sonra kiməsə dəstək ola bilərəm, ağıl öyrətmək lazım deyil".
"Sevdiyim şəxsi uzun müddət sonra görüb tanımamışam" - Röyaİnstaqramdan danışan Röya izlədikləri dostlarını tez-tez silməsinə aydınlıq gətirib: "2020-ci ildə İnstaqramda izlədiklərimi sıfırladım. Çünki qarşıma çıxırdı, hamı ağıllı-ağıllı danışırdı, iyrəndim. Başa düşdüm ki, bunları görməsəm, daha yaxşı olacam. Auramı pozdular: bu saçdan məndə də var, sən niyə etmisən? Üzüyümdən Aygün Kazımova da var, taxmayım? Niyə? O qədər ucuz şeylər danışırlar ki... Bir rejissor, bəstəkar hamı ilə çalışa bilər. Gələn nəsil daha ağıllı olsun, hər şey düzələcək.
İnstaqramı da sıfırlamaq mənimlə bağlıdır. Tünzalə Ağayeva deyir, şəxsi həyatında yenə nə olub ki, biz bada getmişik, hamını çıxarmısan? Elə bilirəm ki, siləndə, hər şey yaxşı olacaq.
Xoşlayıram ki, dostlarım uğurlu insanlar olsun. Neqativ, pessimist insanları sevmirəm. Şou-biznesdə elə dostlarım var, çox istəyirəm. Amma iki aydan bir onlarla otururam. Birdə ki, dedi-qodudan uzaq oluram. Aqressiv sənət dostlarıma müraciət edirəm: ustaları, işçiləri öyrədib bir-birinin üstünə salmayın. Dedi-qodular lazım deyil. Mən danışıb gülürəm, başqasının söhbətini etmirəm".
"Sevdiyim şəxsi uzun müddət sonra görüb tanımamışam" - RöyaŞəxsi həyatla bağlı suallara isə müğənni belə cavab verib:
"Heç vaxt çəkilişə eynəkdə getmərəm. Gözlər nə gözəl aksessuardır. Həmçinin, hissləri təkrar yaşamıram. Hətta ayrıldımsa, bir daha o adamla barışmıram. Bir həftə, 10 gün ərzində unuduram. Nə qədər sürətli sevirəmsə, elə də ayrılıram. Hətta sevdiyim şəxsi uzun müddət sonra görüb tanımamışam. Çox xoşbəxt insanam, insanları tez unuduram. Kimsə düşünürsə ki, onunla maraqlanıram, yanılır. Bütün dünya oğluma qurban, onun canına and içirəm ki, insanları unuduram. Kənardan dəli kimi görünə bilərəm. Hər şeyi ürəyə salmaq olmaz.
Toyuma öz dayımı çağırmamışdıq. Şəkillərə baxıram, anama deyirəm ki, altı bacının bir qardaşı var, niyə çağırmamışdız? Cavab verdi ki, birdən istəməzsən. Başım qarışıq idi, heç olmaya qohumlarıma ailəm diqqət edərdi. Hətta ən yaxın dostum Zamiq Hüseynovu da toyuma çağırmamışdım. Yadımdan çıxmışdı".
axşam.az

Şou Biznes     Baxılıb: 2078   Tarix: 25 yanvar 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Evini 3,2 milyona satır - Fotolar

Amerikalı aktyor Ceyk Conson Los-Ancelesdəki evini satışa çıxarıb. "Yeni qız" ("New Girl") serialındakı Nik Miller obrazı ilə tanınan 48 yaşlı aktyorun müasir üslubda dizayn edilmiş evi 3 milyon 295 mi

.

Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür

Müğənni Nuranla Avroviziya qalibimiz Nigar Camal duet oxuyacaq. Bu barədə Nuran özü məlumat verib. O, "TMB 100.5 FM"də  Lamiyə Ələkbərovanın "Ulduzla danış" rubrikasında danışıb. "Biz görüşəndə bir-birimiz

.

Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı

Argentinalı futbolçu Mauro İkardi Vanda Nara ilə rəsmən boşandığını elan edib. Bu barədə hücumçu sosial şəbəkə hesablarında bəyan edin. İkardi Milan məhkəməsinin nikahın rəsmən ləğv edilməsi barədə qərar çıxardığını və 2024-c

.

Əfsanəvi DATO və Bravo Metehi Bakıda konsert verəcək

Gürcüstan musiqisinin tanınmış simaları DATO və əfsanəvi Bravo Metehi qrupu Bakıda pərəstişkarlarının qarşısına çıxacaq. xəbər verir ki, DATO və Bravo Metehi qrupunun konserti 3 noyabr 2026-cı il tarixində Heydər Əliyev Sarayınd

.

Ölən qızı 11 ay əvvəl boşanıbmış

Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvə

.

Məşhur aktyor 22 kilo arıqladı

Əzələli bədən quruluşu ilə tanınan Hollivud ulduzu Dueyn Conson son görünüşü ilə pərəstişkarlarını təəccübləndirib. "The Rock" ləqəbi ilə tanınan aktyor, yeni filmindəki rolu üçün təxminən bir il ərzində 22 kiloqra

.

"Yalı çapkını"nın aktrisası Bakıda toyda

Türkiyəli aktrisa Buçe Buse Kahraman Azərbaycana gəlib. Aktrisa Bakıda toylardan birində iştirak edir. Bu barədə paylaşım edən Buse məclisdə çəkdirdiyi fotoları yayımlayaraq azərbaycan dilində "Təki toy olsun" deyə

.

Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aylar sonra anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəblərindən danışıb. O, uşaqlıq illərindən qalan incikliklərə toxunaraq anasını bağışladığını, lakin dəfn mərasimin

.

Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto

Türkiyəli müğənni Rafet El Romanın evlənməyə hazırlaşdığı azərbaycanlı xanımın kimliyi bəlli olub. İfaçı Rəhimə Hacıyeva adlı xanımla nişanlıdır. Sosial şəbəkələrdə cütlüyün birgə çəkilmiş fotosu da yayılıb. Məlumata görə

turlar.az

geyim dəbləri geyim seçimi makiyaj etmek qaydalari göyəm mürəbbəsinin resepti çimərlik dəbi 2026 qadın ayaqqabı modelləri elm aid atalar sozleri kosmetika oğlan evine aid hakisda englishdilində qulaq vətən haqqında bayatılar dovsan nagillar