Şəxsi inkişaf yönündə hər gün özümüzə verməli olduğumuz 10 sual

Şəxsi inkişaf yönündə hər gün özümüzə verməli olduğumuz 10 sualŞəxsi inkişaf yönündə hər gün özümüzə verməli olduğumuz 10 sualİnsan öz şəxsiyyətini inkişaf etdirməsi üçün, agahlığa ehtiyac duyur. Əgər insan getdiyi yolu düzgün seçə bilməzsə, ziyandan başqa bir şey əldə etməz.
Əgər həyatımızda düzgün yolda irəlilədiyimizi bilmək istəyiriksə, hər gün özümüzə bu on sualı verməliyik.
1. Bu gün dünəndən daha yaxşıyammı? Əgər bu gün gördüyüm əməllər və gözəl işlər dünənkindən çoxdursa, deməli inkişaf yolunda qərar tuturam.
Özünüzü başqaları ilə deyil, məhz özünüzlə müqayisə edin. Hər kiçik dəyişikliyi belə, nəzərinizdən qaçırtmayın. Günün sonunda özünüzə etimadı gücləndirmiş olacaqsınız. Əldə etdiklərinizə görə şükür edəcəksiniz.
2. Bu gün şəxsiyyətimi yaxşılaşdırmışammı? Şəxsyyət o şeydir ki, insan onunla tanınar. Şəxsiyyətimizi sədaqət, şəfqət, mehribanlıq, başqalarına yardım etmək kimi sifətlərlə inkişaf etdirməliyik.
Bu iş tədrici olur və bir dəfəyə alınmır. Ona görə də hər gün özümüzə bu sualı verərək, müsbət sifətlərimizi yada salaq və onlardan istifadə etməyə çalışaq.
3. Bütün gücümlə çalışırammı? Hər gün özünüzdən soruşun ki, bir işi görən zaman ona nə qədər enerji qoyursunuz?
Bəzən bir işə az enerji sərf edirik, ancaq gözləntilərimiz çox olur. Əgər inkişaf etmək istəyiriksə, gərək bir işi görən zaman var gücümüzlə onu yerinə yetirməyə çalışaq.
4. Təzə nə öyrənmisən? İnsan hər gün təzə bir şey öyrənməlidir ki, inkişaf edə bilsin. İstər elm sahəsində olsun, istərsə də əxlaq. Misal üçün, qəzəbimi yatızdırmaq üçün bu gün təzə nə öyrənmişəm? Mühüm olan budur ki, agahlıq səviyyəmizi artıraq.
5. Bu gün sağlamlığım barəsində nə etmişəm? Hər günün sonunda bu sualı özünüzə verin və baxın görün, gün ərzində nə yemisiniz, nə içmisiniz, idman etmisinizmi? Yedikləriniz faydalı olubdurmu?
6. Yaşadığınız mühiti qorumusunuzmu? Biz Yer kürəsində yaşadığımız üçün, onun sağlam olması bizim sağlam olmağımız deməkdir.
Əgər yaşadığımız mühitə az da olsa ziyan vururuqsa, bu ziyan bir gün özümüzə geri qayıdacaqdır. Baxın görün gün ərzində nə qədər kağızdan istifadə etmisiniz, öz maşınınızda nə qədər benzin işlətmisiniz?
7. Yaxınlarınıza sevginizi göstərə bilmisinizmi? Bir çoxlarımız gündəlik həyatın məşğuliyyətlərinə o qədər qapılırıq ki, yaxınlarımızı və əzizlərimizi unuduruq. Əgər bu suala mənfi cavab verirsinizsə, onu həmin anda islah etməyə çalışın.
8. Həyat yoldaşımla vaxt keçirirəmmi? Müştərək həyat bir-birinin yanında yaşamaq demək deyildir. Cütlər gərək müştərək xoşbəxtliyin amillərini bir-birləri üçün hazır etsinlər və bir yerdə vaxt keçirməyi öyrənsinlər.
9. Kiməsə kin bəsləmisənmi? Yatağa uzanmazdan əvvəl özünüzə bu sualı verin və baxın görün ki, gün ərzində kimsə sizi narahat edirdirmi? Əgər belə olubdursa, həmin şəxsi bağışlamağa çalışın.
10. Həyatdan razısınızmı? Hədəfə çatmaq - hər bir insan üçün xoşbəxtlik əlamətidir. Ancaq razılıq hissi - daxili bir hissdir və bizim xarici müvəffəqiyyət qazanmağımızdan asılı deyildir.
İnsan gərək hər gün Allahın ona inayət etdiyi nemətləri yadına salsın və buna görə şükür etməyi bacarsın.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1251   Tarix: 15 mart 2022
f Paylaş

Oxşar xəbərlər

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

turlar.az

qaşların formalari aksessuarlar geymler 2026 balıqlar bürcü arıqlama sirləri praktiki məsləhətlər kabab reseptləri kosmetika faydalı bilgilər novruz bayramı big.az vətən həsrətinə aid bayatılar yumurta