Şeyma misirli sevgilisindən ayrıldı, Acunun evinə qayıtdı - FOTO
Şeyma Subaşı ilə misirli sevgilisi Məhəmməd Əlsaloussi yenidən ayrılıb.
Azxeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, məşhur fenomen Şeyma Subaşı və onun misirli milyarder sevgilisi Məhəmməd Əlsaloussidən xəbər gəlib. Belə ki, evlilik planları quran cütlük ikinci dəfə ayrılmaq qərarına gəlib.
Yayın əvvəlində evlilik təklifi alan və hamilə olduğunu açıqlayan fenomen fırıldaq iddiaları ortaya atıldıqdan sonra Alsaloussi ilə münasibətini bitirərək Türkiyəyə qayıdıb.
Cütlüyün ayrılığı uzun sürməyib. Bir aylıq ayrılıqdan sonra sevgilisi ilə Mayamiyə qayıdan Şeyma Subaşı birlikdə yaşadıqları evi öz istəyinə uyğun bəzədib, qızı Melisa ilə bol-bol foto çəkdirib və paylaşıb.
Lakin cütlük yenidən ayrılma qərarına gəlib.
Qeyd edək ki, misirli sevgilisindən ayrılan Subaşı qızı Melisa ilə birlikdə keçmiş həyat yoldaşı Acun Ilıcalının Mayamidəki evində məskunlaşıb.
Ayşən Mirzəyeva









Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Dişləri saraldan qidalar
Mədəsi ağrıyanların nəzərinə
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?