Siqaret tüstüsünü udmaq çəkməkdən daha zərərlidir - Kardioloq

Siqaret tüstüsünü udmaq çəkməkdən daha zərərlidir - KardioloqSiqaret ürəyə və qan damarlarına böyük ziyan vurur. Bir ədəd siqaretdən sonra qan təzyiqi yüksəlir, qan laxtalanması və damarların tıxanması riski artır. Tütündən istifadə edən insanın nəbzi siqaret çəkməyəndən 15 000 ürək döyüntüsü artıq olur. Belə ki, onun ürəyinə düşən yük normadan təxminən 20% çoxdur. Damarların daralması toxumalarda oksigen açlığına - hipoksiyaya səbəb olur.
Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu Emin Hacıbalayev siqaretin zərərləri danışıb.
Hazırda siqaret çəkməyən insanlar da bəzi hallarda tütün tüstüsünü məcburən udmağa məruz qalır. Buna passiv siqaret çəkmə deyirlər. Yəni, siqaret çəkməyən insanlar siqaret tüstüsünü udur və bu onların orqanizminə mənfi təsir göstərir. Siqaret çəkənlər ətraf mühiti çirkləndirir.
Passiv siqaret çəkmə aktiv siqaret çəkmədən daha zərərlidir, çünki siqaret çəkən şəxs tüstünün filtrdən keçən hissələrini qəbul edir. Üstəlik, bu hissə tüstünün cəmi 35-40%-ni təşkil edir, yerdə qalan 60-65%-i isə siqaretin özünün yanması zamanı əmələ gəlir və ətrafdakı insanlar tərəfindən udulur. Siqaret çəkənlər tərəfindən buraxılan dumanlı axının bir hissəsi və tüstülənən siqaret tüstüsünün bir hissəsi onun ağciyərlərinə daxil olur. Eyni zamanda, o, aktiv siqaret çəkən insanın şüurlu şəkildə "qəbul etdiyi" bütün zəhərli maddələrin 60% -ni qəbul edir. Tütün tüstüsü 4000-dən çox maddənin son dərəcə zərərli qarışığıdır. Onların bəziləri selikli qişaları qıcıqlandırır, orqanizmə toksik təsir göstərir, digər hissəsi isə kanserogenlər, yəni bədxassəli şişlərin inkişafına səbəb olan maddələrdir.
Düzdür, siqareti tərgitmək çətindir. İnsanlar siqaretin onların orqanizminə ciddi təsiri haqqında müntəzəm surətdə məlumatlandırılır, lakin yenə də bu zərərli vərdişdən əl çəkə bilmirlər. Tövsiyə edirəm, bu pis vərdişdən bir dəfəyə əl çəksinlər, istək yarandığı halda açıq havada gəzsinlər, asudə vaxtlarını maraqlı işlərlə məşğul olsunlar. Həyat qısadır, onu daha da qısaltmasınlar, əksinə, mənalı və maraqlı etməyə çalışsınlar, sağlam və gümrah yaşasınlar.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1055   Tarix: 10 fevral 2023
f Paylaş

Oxşar xəbərlər

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

turlar.az

sade makiyaj sekilleri kosmetika mehsullari geyim şəkilləri toyuqlar haqqinda hicab modelleri ziyafət dəbi boyuk qadin dosleri kosmetika novruz bayramına aid rus dilin nece orenek turpun nağlı bedii edebiyyat burclər