Şirniyyat pəhriz saxlamağınıza maneə olur?
Pəhriz saxlayarkən ən böyük problemlərdən biri də şirniyyata olan istəklə mübarizə aparmaqdır. Pəhriz zamanı orqanizm daha az qida qəbul etməniz səbəbindən tərkibində şəkər olan qidalara daha çox ehtiyac duyur.
Milli.Az Axşam.az-a istinadən şirniyyata qarşı yaranan istəyi azaltmağa imkan verən resepti təqdim edir.
Tərkibi:
1 xörək qaşığı yaşıl çay və ya 1 paket yaşıl çay
1 alma
2 çubuq darçın
1 dilim zəncəfil
Hazırlanması:
Yarım litr qaynadılmış suya yaşıl çay atıb dəmləyin. Daha sonra 1 ədəd almanı qabığı ilə birlikdə xırda doğrayaraq çaya əlavə edin. Darçın çubuqlarını və sürtgəcdən keçirilmiş zəncəfili çaya qatdıqdan sonra qarışım hazırdır.
Bu içkini axşam yeməyindən bir neçə saat sonra tox qarınla istehlak edin.
Milli.Az / news.milli.az









Hakışta
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Bu qidalar beyin damarlarına zərər verə bilər
Əfsanəvi DATO və Bravo Metehi Bakıda konsert verəcək
Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun
Mehmet Ali Erbil hönkür-hönkür ağladı - 'Bunu uşaqlığıma bağışlayın