Sızanaqlardan birdəfəlik xilas olun

Sızanaqlardan birdəfəlik xilas olunSızanaqlar əsasən gənc yaşlarda görülən dəri problemidir.
Milli.Az axşam.az-a istinadən bildirir ki, bəzən daxili orqanların xəstəliyindən xəbər verən bu problemin aradan qaldırılması üçün mütləq həkim müayinəsindən keçilməlidir. Təbii üsulla hazırlanan dəmləmələr də əksər hallarda sızanaqların azalmasına kömək edir.
Bu vasitələri kifayət qədər uzun müddət ərzində (1 ay və daha artıq) istifadə etsəniz yaxşı nəticə ala bilərsiniz.
2 xörək qaşığı palıd qabığının üzərinə 2 stəkan su töküb yarım saat vam odda qapaqla örtüb qaynadırlar. Soyumuş palıd qabığı dəmləməsini səhər və axşam problemli dərinin silinməsində istifadə edirlər.
Hər biri 1 çay qaşığı olmaqla qurudulmuş çobanyastığı çiçəkləri, nanə yarpaqları və yaşıl çay götürərək, üzərinə bir stəkan qaynar su əlavə edib tam soyuyana qədər saxlayın. Alınmış bu dəmləmə ilə üzün problemli dərisini səhər və axşam silmək lazımdır.
1 xörək qaşığı qurudulmuş çobanyastığı çiçəklərinin üzərinə 1 stəkan qaynar su əlavə edib 10-15 dəqiqə dəmlədikdən sonra süzün. Bu dəmləmə ilə sızanaqların əmələ gəlməsinə daha çox məruz qalmış dəri sahələrinə ilıq şəkildə kompreslər qoyun.
Aloye bitkisinin yarpaqlarının şirəsi sızanaqlara qarşı mübarizədə yaxşı kömək edir. Onun hazırlanması üçün aloye yarpaqları qaynamış su ilə yuyulub qurudulur və 10 gün müddətində qaranlıq sərin yerdə saxlanılır. Bundan sonra yarpaqları xırdalayın və şirəsini sıxın. Bu şirə ilə dərini hər gün silin.
Xalq təbabəti vasitələrindən, adətən, mürəkkəb olmayan sızanaqlı səpgilərin müalicəsi üçün istifadə etmək olur.
Milli.Az

Xəbərlər     Baxılıb: 1172   Tarix: 09 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

turlar.az

gelinlikler qaşların formalari yay kolleksiyasi psixoloji məsləhətlər kombinler 2026 yay sudun terkibi hamiləlikdə kosmetika vicdan novruz bayramina aid hakisdalar intim munasibetler qızlıq pərdəsi burcler haqqinda