"Sizə kim nə deyir desin, inanmayın, koronavirus pandemiyası həqiqətdir""- Məşhur həkimdən HƏYƏCAN TƏBİLİ

"Sizə kim nə deyir desin, inanmayın, koronavirus pandemiyası həqiqətdir""- Məşhur həkimdən HƏYƏCAN TƏBİLİBu koronovirus pandemiyası həqiqətdir!
Tanınmış uroloq həkim, tibbi bloger Vasif İsmayıl Azərbaycanda insanların karantin tədbirləri yumşalandan sonra koronavirusa olan inamı və yoluxmaqdan qorxusunun tamamilə itməsi və daha da laqeyd olmasının yarada biləcəyi acı fəsadlardan yazıb.
Milli.Az medicina.az-a istinadən bildirir ki, həkim pandemiyadan yorulan və əvvəlki həyat rejiminə birdən-birə və tez qayıtmasını istəyən insanların böyük səhv etdiyini bildirib.
Həmin yazını təqdim edirik:
"Azərbaycan insanı pandemiya şərtlərində tətbiq edilən karantin tədbirlərindən yoruldu. Bunu ölkənin müxtəlif informasiya vasitələrini, eləcə də sosial şəbəkələri izləyərək görmək olar. İnsanlar sosial məsafəni qorumaq istəmir, banklarda, mağazalarda, növbədə bir-birinə çox yaxın məsafədə, adətən rusların bir deyimində olduğu kimi, "qutudakı siyənək" kimi davranırlar.
Bu şərtlər daxilində bizi nələr gözləyir?
Əvvəla, onu deyim ki, belə davranan tək xalq biz deyilik. Bizim kimi davranan cəmiyyətlər çoxdur.
Amma bizdən daha ağıllı davranan cəmiyyətlər də var. Bu cəmiyyətlərin həm evlərinə, həm maşınlarına, həm səhiyyə sistemlərinə, artıq həm də sosial məsafə və qaydalara uyma davranışlarına da həsədlə baxırıq.
Əziz azərbaycanlılar!
Bir həkim olaraq-sizin içinizdən çıxmış bir həkim olaraq, sizin içinizdə yaşayan bir həkim olaraq sizə bunları izah edim, lütfən.
Bu koronovirus pandemiyası həqiqətdir!
Sizə kim nə deyir, hansı sosial şəbəkədən hansı möhtərəm insanı dinlədiniz, vacib deyil - pandemiya həqiqətdir.
Bu virus hamını öldürmür, çox zəif mikrobdur. Amma...hamıya yoluxur. Bu gün öldürücülük dərəcəsi 1-6 % arasında dəyişir. Rəqəmlər kiçikdir, razıyam, amma biz də çoxuq. Bu gün Azərbaycan üçün 1 % haradasa 100 min adam deməkdir.
Anlayıram, hamınız bezmisiniz, amma bu mikrob qarşısında dünyanın ən böyük dövlətləri, alimləri, sehrbazları və falçıları acizdir. Bu virus bir təbii fəlakət kimi, dünya tarixində dəfələrlə olduğu kimi, indi də öz qaydaları ilə oynayacaq və öz qaydaları ilə də gedəcək.
Mütləq gedəcək.
Getdiyi zaman bizlərin əksəriyyəti sağ qalacaq, rahat olun.
O zaman niyə karantin tədbirləri görürlər? Niyə camaatı evlərinə həbs edir, bəzən isə çölə buraxırlar?
Yaxın oturun, izah edirəm.
Biz insanlar indiyə qədər bədənimizdə yaşayan və bizə heç bir zərər törətməyən digər mikrobar kimi buna da öyrəşəcəyik. Bu gün çəkisi 70 kg olan insanın bədənində təqribən 1 kg mikrob var. Bu bir kiloqram mikroba öyrəşmək üçün əcdadlarımız milyonlarla tələfat verib, amma bəziləri yaşayıb və biz dünyaya gəlmişik. Öyrəşdiyimiz hər mikrob bizim bədənimizi öz həyat sahəsi kimi görür. Biz insanlar düzənlikləri, çay, dəniz sahillərini, dağları, təpələri bölüşdürüb yaşamırıqmı? Bu mikroblar da bizi öldürə-öldürə, axırda bizimlə barışıq bizim dağlarımızda, təpələrimizdə....yəni orqanlarımızda məskən salıb yaşayırlar.
Bu koronovirus da bizdə məskən salacaq və bizimlə birlikdə sakit yaşamağı öyrənəcək.
Yaxşı, nələr baş verir?!
Bu gün cəmiyyətdə 3 qrup insan var? Heç vaxt koronovirusa yoluxmamış, hazırda koronovirusa yoluxmuş və koronavirusa yoluxaraq sağalmış.
Sizə 3 sxem göstərəcəm.
Azərbaycanda...nəinki biz, bütün dünyada karantin tədbirləri ideal aparılsa idi, yəni heç kəs evindən-eşiyindən kənara çıxa bilməsə idi, 1 ay sonra vəziyyət aşağıdakı kimi olacaqdı.
"Sizə kim nə deyir desin, inanmayın, koronavirus pandemiyası həqiqətdir""- Məşhur həkimdən HƏYƏCAN TƏBİLİVirus daşıyan hər kəs xəstəxana və digər karantin müəssisələrində (otellər və s.) olacaq və cəmiyyətdə ortalıqda ancaq yoluxmamış, ya da artıq yoluxub sağalmış insanlar dolaşacaqdı.
Bu ssenari artıq mümkün deyil, əzizlərim. Biz bu qatarı 2019-un son ayında artıq qaçırdıq.
Elə isə indiki vəziyyətə nəzər yetirək.
"Sizə kim nə deyir desin, inanmayın, koronavirus pandemiyası həqiqətdir""- Məşhur həkimdən HƏYƏCAN TƏBİLİGördüyünüz kimi, virus daşıyan insan hər yerdə var. Virus daşıyan bir insan həyat normal davam edərsə, 14 günə virusu 1 000 adama daha yoluxduracaq. Bunlardan da 10 nəfəri öləcək...əlbəttə, şərtlər ideal olarsa.
Siz buna hazırsınızmı?
Amma bundan sonra ikinci, hətta üçüncü dalğa da gələcək və axırda aşağıdakı kimi mənzərə yaranacaq.
"Sizə kim nə deyir desin, inanmayın, koronavirus pandemiyası həqiqətdir""- Məşhur həkimdən HƏYƏCAN TƏBİLİHamı yoluxub və hamı sağalıb.
O zaman biz bu virusdan artıq qorxmayacağıq. O zaman normal həyat yaşanacaq. O zaman biz yenə günəşə, soyuğa, qar və yağışa sevinəcəyik.
İndilik nə edək?
Operativ qərargahın dediklərinə əməl edək. Sevməsək də, əməl edək. Etiraz etsək də, əməl edək.
Çünki, bu gün dünyada bu virus səbəbilə itirilmiş 300 min insan bu qədər qısa müddətə xəstələnməsəydi, biz onların əksəriyyətini sağalda bilərdik. İtirilən insanların əksəriyyəti yaşlılıqdan, xroniki xəstəlikdən deyil, adi aparat çatışmazlığından öldü.
Dünyada heç bir ölkənin səhiyyə potensialı bu qədər xəstəni eyni anda qəbul etməyə hazır deyil.
Onsuz da axırda bu imtahandan sağ çıxacayıq, yetər ki, üzü ağ çıxaq!
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1358   Tarix: 09 may 2020
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

turlar.az

gozel gorunmek sac duzumleri qaşların formalari bayatilar tehsile aid atalar sözləri aksesuarlar ana südü kosmetika oxu az vətənə aid aydin sani sekisler baldiz