ŞOK! İlhamə Quliyevanın ölümündə görün hansı məşhurun əli var - HƏBS EDİLDİ - FOTO

ŞOK! İlhamə Quliyevanın ölümündə görün hansı məşhurun əli var - HƏBS EDİLDİ - FOTOAzərbaycanın xalq artisti, mərhum sənətkar İlhamə Quliyevanın vəfatından təxminən il yarım keçməsinə baxmayaraq, hələ də sənətkarın sağlığında baş vermiş məlum xoşagəlməz hadisələrlə bağlı söz-söhbət səngimək bilmir.

Milli.Az xəbər verir ki, İlhamə Quliyevanın keçmiş köməkçisi Mehriban Hüseynova Bəylər qızının ona qarşı hazırladığı sui-qəsdlə bağlı cinayət işində Bakı Şəhər Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi Müşviq Abbasov tərəfindən şahid qismində dindirilən Zəminə Xıdır qızı Məhərrəmova mətbuata açıqlama yayıb.

O bildirib ki, məlum hadisənin müstəntiqi Müşviq Abbasov ondan külli-miqdarda pul tələb edib. Bundan başqa, vətəndaşların çoxsaylı şikayətləri əsasında onun törətdiyi əməllər barəsində Azərbayacan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı İdarəsində cinayət işi açılaraq, iş aparılır.

Z.Məhərrəmovanın açıqlamasını təqdim edirik:

"Mənim Bakı Şəhər Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi Müşviq Abbasov tərəfindən aldadılaraq 3000 (üç min) manatımı mənimsənilib. Məlumdur ki, 2015-ci ilin ən qalmaqallı məsələsi olan İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynova Bəylər qızının İ.Quliyevaya qarşı hazırladığı sui-qəsd hazırlanması barədə İlhamə xanımın şikayəti əsasında Bakı Şəhər Prokurorluğunun əməkdaşı müstəntiq Müşviq Abbasov tərəfindən araşdırılma aparılırdı. Həmin zaman mən də ora şahid qismində dəvət olunmuşdum. Ona görə ki, Mehriban Hüseynova İlhamə Quliyevanın adından saxta vəsiyyətnamə yazaraq, əmlakını ələ keçirmək istəyirdi. Həmin saxta sənədi mən Mehribanın əlindən alaraq, İlhamə xanıma təqdim etmişdim.

Bildiyiniz kimi, həmin ərəfələr Vüqar Bəkirovu günahsız yerə şərləyib, həbs etdirdilər. Bu da kimləriminsə marağına xidmət edirdi. Onu da bilirik ki, Vüqar Bəkirov həbs olunan zaman ona məxsus olan mobil telefonlar və kompyüterini mənə saxlamağa vermişdi ki, birdən istintaqa kömək məqsədilə Mehriban Hüseynovanın səs yazıları lazım olarsa, təqdim edim və elə də oldu. Mən Vüqar Bəkirovun əşyalarını Müşviq Abbasova təqdim etdim. Həmin zaman Müşviq Abbasov məni hədələməyə başladı. Deyirdi ki, "Sən kim idin ki, Mehribandan vəsiyyətnaməni alıb, İlhaməyə verirdin...!"

Mən ona bildirdim ki, "Müşviq müəllim, siz nə danışırsınız....?! Mən,Vüqar və Orxan Nadirov (İlhamə Quliyevanın oğulluğu) İlhamə xanımı ölümdən qurtarmışıq. Hər şeyi bilə-bilə siz necə bu sözləri deyə bilirsiniz?"

M.Abbasov da cavab olaraq dedi ki, "İmkan verərdin öldürərdi, bundan sonra Mehribanı tutardıq".

M.Abbasov məni qorxudaraq, ilkin 5000 (beş min) manat, daha sonra 4000 (dörd min) manat tələb edirdi. Sonda 3000 (üç min) manatımı ala bildi. Həmin pulun bir qismini yaxın rəfiqəm Aygündən alaraq, 2000 (iki min) manatını isə özümə məxsus olan qızıl əşyalarımı lombarda qoyaraq götürmüşəm və şəxsən Müşviq Abbasovaya vermişəm.

Aldandığmı bildikdən sonra dəfələrlə Müşviqdən pulumu istəsəm də, o, buna əhəmiyyət vermədi. Hətta Vüqar Bəkirovun əşyalarını ona təqdim etdiyim protokolu da ondan ala bilmədim. Şükürlər olsun ki, Vüqar Bəkirov bugünkü gündə öz günahsızlığını sübuta yetirərək, azadlığa çıxdı və onunla birgə dəfələrlə Bakı Şəhər Prokurorluğuna gedərək, Müşviq Abbasovdan ona məxsus olan əşyaları geri istədik. Amma o, əşyaları geri qaytarmaqdan imtina etdi və bu proses 1 il ərzində davam etdi. Bizi süründürməçiliyə məruz qoyaraq, "bu gün-sabah" deyə-deyə müxtəlif bəhanələr gətirirdi.

Hal-hazırda Bakı Şəhər Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi Müşviq Abbasov barəsində Azərbayacan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı İdarəsində cinayət işi açılaraq, iş aparılır. Müşviq Abbasov barəsində vətəndaşların çoxsaylı şükayətləri əsasında onun törətdiyi əməllər sübuta yetirilir. Bu gün (09.08.2017) Nərimanov rayon müvəqqəti saxlama təcridxanasından çıxıram və Müşviq Abbasovla üzləşməm oldu. Onun məndən aldığı 3000 (üç min) manat pulumu və Vüqar Bəkirova məxsus olan əşyaları geri qaytarılmasını tələb etdim. Bu günə qədər ona görə lombarda faizlə pul verirəm. Hər ay ödədiyim həmin məbləğləri də ondan tələb edirəm. Onun orada etdiyi hərəkətləri görüb, dəhşətə gəldim. Belə ki, 15 il dövlət qulluğunda çalışan bir məmurun törətdiyi qanunsuzluq, yolverilməz hərəkətləri nəticədə Vüqar Bəkirova məxsus olan (dəyəri 365 manatdır) telefonu mənimsəyərək, öz maraqları üçün istifadə edib.

Onu da bildirmək istəyirəm ki, bu işlə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı İdarəsinə dəvət olunan Müşviq Abbasovla bağlı şikayət ərizəmi vermişəm. Məndən hədə-qorxu ilə aldığı 3000 (üç min) manat pulumu geri qaytarılmasını tələb etdim. Müşviq Abbasov kimi dövlət məmuru olmaqdansa, məhbus olmaq daha yaxşıdır. Amma məncə, ona məhbus adı da vermək haramdır. Çünki o, məhbusun payını da yeyəcək. İndi bilsin ki, günahsız adamların başına oyun açıb, hədə-qorxuyla pul almaq nə deməkdir. Kimlərisə dələduzluluqda ittiham edib, həbs etdirməklə deyilmiş...".

Xəbərlər     Baxılıb: 3894   Tarix: 10 avqust 2017
f Paylaş

Oxşar xəbərlər

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

turlar.az

hamilelikde qidalanma sac duzumleri geyim və ayaqqabılar şirniyyatların hazırlanması cox yasa prostat gecəliklər kosmetika novruz bayrami sperma dieta zencefil yuxuda qara ilan gormek