SON DƏQİQƏ! Atv - nin ən reytinqli aparıcısı işdən qovuldu - SƏBƏBİ sizi ŞOK EDƏCƏK

SON DƏQİQƏ! Atv - nin ən reytinqli aparıcısı işdən qovuldu - SƏBƏBİ sizi ŞOK EDƏCƏKATV telekanalının ictimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Turan İbrahimovun aparıcısı olduğu və bir həftə öncə növbəti dəfə efirə çıxan "ATV Səhər" proqramının fəaliyyəti yenidən dayandırılıb.

Buna səbəb isə ötən dəfəki kimi ardıcıl şəkildə aparıcının iri ranqlı məmurları hədəfə götürməsi, iqtidarın bu və ya digər sahədə həyata keçirdiyi siyasəti kəskin tənqid etməsi olub.

Məlumata görə, hələ yay tətilindən əvvəl Turan İbrahimovun kəskin ritorikası və hakimiyyətə dərs keçmək cəhdləri ölkə rəhbərliyi tərəfindən anti-iqtidar mövqeyi kimi dəyərləndirilib və kanalın prezidenti Vüqar Qaradağlıya məsələ ilə bağlı ölçü götürülməsi barədə bir neçə dəfə tapşırıq verilib. Əsasən də Turanın istər fərdi qaydada ayrı-ayrı məmurları aşağılaması və təhqir etməsi, istərsə də sistem şəklində iqtidarın müxtəlif istiqamətlər üzrə həyata keçirdiyi siyasəti məsxərəyə qoyması hiddət doğurub. Lakin xəbərdarlıqlardan heç bir nəticə çıxarmayan V.Qaradağlı sonda kəskin şəkildə danlanılıb və ondan verilişin dayandırılması və T.İbrahimovun telekanaldan uzaqlaşdırılması tələb olunub.

May ayında "ATV Səhərin" efirdən çıxması da, bəyan edildiyi kimi, yay tətili ilə bağlı deyil, məhz bu tapşırığın nəticəsi olub. Lakin Qaradağlı T.İbrahimovu işdən çıxarmayıb və o, əvvəlki vəzifəsində qalaraq digər sahələrdə fəaliyyətini davam etdirib. Bir həftə bundan öncə yenidən efirə qayıdan "ATV Səhər"in informasiya siyasəti nəinki dəyişmədi, hətta daha da kəskin forma aldı. "26-lar" kafesi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov kəskin tənqid və təhqir olundu, bütün bu proses ssenaristi və rejissoru bəlli olan, Konstitusiya və hüquq normalarına zidd tragikomediya kimi qələmə verildi. Məlumata görə, Hacıbala müəllim də ona qarşı aparılan çirkin kampaniyanı, yanı T.İbrahimovun "millət dərslərini" xüsusi diskə yazdıraraq aidiyyəti şəxslərə təqdim edib. Bundan başqa, həftə ərzində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadınin hədəfə götürülməsi, Milli Məclis, deputatlar, icra hakimiyyəti orqanları, dövlətin kadr siyasəti və s. haqqında aşağılayıcı fikirlərin səsləndirilməsi, bir sözlə özündən müştəbeh birisinin dövlət başçısını təbliğ etmək adı altında hakimiyyətə "ağıl və millət dərsləri" keçmək cəhdini əzmlə davam etdirməsi də diqqətdən yayınmayıb.

Üstəlik, "Yoxlama" verilişinin müəllifi və aparıcısı Azər İsmayılovun hiddət doğuran özbaşınalığı, xəbərlər proqramında və digər verilişlərdə dövlət maraqlarına zidd xəttin yürüdülməsi və digər bu kimi məsələlər telekanalda V.Qaradağlının və onun yaxın ətrafının mövqeyindən irəli gələn anti-iqtidar mühitinin hökm sürdüyü barədə rəyi möhkəmləndirib. Məlumata görə, artıq dünən ATV-dəki mühitin sağlamlaşdırılmasına dair qəti tapşırıq verilib və lazımi prosedurların həyata keçirilməsinə başlanılıb. Bu gündən "ATV səhər"in fəaliyyəti dayandırılıb, Turan İbrahimov da telekanaldan uzaqlaşdırılıb. Gün ərzində Vüqar Qaradağlı və onun yaxın ətrafının da yola salınacağı, kanala yeni rəhbərlik gətiriləcəyi və əsaslı dəyişikliklərin baş verəcəyi barədə fikirlər səslənir.

Mənbə: azxeber.com

Xəbərlər     Baxılıb: 21618   Tarix: 26 sentyabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

turlar.az

yaz geyimleri 2026 gözəllik məhsulları geyim seçimi piodermiya nedir uz maskalari gözəl xanım bilinçik resepti kosmetika zehmet ve zinet vətən haqqında bayatı hakisdalar hakışda hakista sozler