SON DƏQİQƏ! Azərbaycanda bu məhsulun qiyməti qaxdı

SON DƏQİQƏ! Azərbaycanda bu məhsulun qiyməti qaxdıAzərbaycanda ətin qiyməti yenidən bahalaşıb. Son günlər paytaxtda 1 kq mal əti 11-12 manata müştərilərə təklif olunur.
Xanim.az xəbər verir ki, Azvision.az-ın yazdığı xəbərə görə, ət satışı ilə məşğul olan şəxslər bahalaşmanı iribuynuzlu heyvanların sayının azlmasında və örüş sahələrinin əkin sahələrində çevrilməsində görürlər.

Kənd Təsərrüfatı Nazirliyi Aparatının Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev bildirib ki, örüş sahələrinin əkin yerlərinə çevrilməsi ətin qiymətinə təsir edə bilməz.

"Statistik göstəricilərə görə, ölkə üzrə ət istehsalı artıb. Hazırki dövrdə yemin mövcud bazardakı qiymətinin artmasının ətin qiymətinə ciddi təsiri yoxdur. Kənd təsərüfatı məhsullarının 100 faizə qədər istehsalı özəl sektorun payına düşür və bazar iqtisadiyyatının tələblərindən asılı olaraq qiymətlər liberaldır və həmin sahibkar istehsal etdiyi məhsulun qiymətini özü müəyyən edir.

İkinci tərəfdən son illərdə heyvandarlıq təsərrüfatlarında ciddi ixtisaslaşma gedir. Məsələn, 27 böyük həcmli heyvandarlıq təsərrüfatında bir gündə 200 ton süd istehsal olunur. Bu, o deməkdir ki, təsərrüfat ixtisaslaşıb. Eyni zamanda heyvanın sayında cüzi azalma müşahidə olunsa da məhsul istehsalında artım var. Kifayət qədər məhsul istehsal etməyə nail olmaq üçün heyvanların sayını artırmaq heç də şərt deyil. İxtisaslaşma imkan verir ki, hər heyvandan alınan məhsulun miqdarı artıq olsun".

Q. Əbdüləliyev qeyd edib ki, ətin qiymətinin dəyişməsi kənd təsərrüfatı və istehsal olunan məhsulla əlaqədar deyil: "Heyvandarlıq məhsullarının hamısının istehsalında artım dinamikası mövcuddur. İldən-ilə artım izlənilir. Digər istehlak malları, xidmətlər, təsərrüfatda istifadə olunan başqa avadanlıq və vasitələrinin qiymətlərində dəyişiklik olduqca, buna münasib olaraq ət istehsal edənlər də ətin qiymətini qaldırırlar. Bunu ancaq bu cür şərtləndirmək olar. Məsələn, ötən il istehsalçı fermer 15 aylıq qaramalı satanda hər hansı texnologiyanı ala bilirdi. Amma bu gün həmin texnologiya, xidmət və s. almaq üçün iki qaramal satmalıdır. Fermer bu səbəbdən qiymətdə dəyişiklik etməyə məcbur olur".

Nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib ki, mal ətinin qiymətində artım müşahidə edilmir.

"Mal ətinin qiyməti 10 manatdır. Qiymət stabil olaraq qalır. Son vaxtlar ciddi qiymət artımı müşahidə olunmur. Xüsusilə yarmarkalarda heyvan mənşəli məhsulların qiymətləri dəyişməyib. Yarmarkada uzun müddətdir ki, mal ətinin qiyməti 7-8 manat arasında dəyişir. Ola bilsin ki, bəzi yerlərdə mal ətinin qiyməti 11 manat olsun, Bakı ətrafı qəsəbələrdə 10 manata təklif olunur. Özüm şənbə günü Mehdiabaddan 10 manata mal əti almışam. Qiymət artımı sadəcə mövsümlə bağlıdır"-deyə nazirlik rəsmisi vurğulayıb.

Xəbərlər     Baxılıb: 3673   Tarix: 20 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

turlar.az

donlar 2026 toy gecesi kosmetoloq intim məktəb qadın xəyanət vətən haqqında atalar sözləri tərəvəzlər kosmetika hakista hakışta qu quşu novruza aid hakisda baldiza aid hakisda