SON DƏQİQƏ: BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ YOXLAMA 5 MİLYON MANAT BORC – Vəzifədən gedənlər və həbs edilənlər ...

SON DƏQİQƏ: BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ YOXLAMA 5 MİLYON MANAT BORC – Vəzifədən gedənlər və həbs edilənlər ..."Bakı Dövlət Universitetinin təkcə kommunal, vergi, DSMF-ə olan borcları 5 milyona yaxındır".
Xanim.az xəbər verir ki, bu barədə BDU-dan Mia.az-a verilən məlumata görə, bu saat elə bir kaferda, dekanlıq yoxdur ki, təkcə telefonlara borcu olmasın. Ancaq universitet bu borcları da ödəyə bilmir.
Çünki indiyədək BDU-nun vəsaitlərinin bir hissəsi təyinatından kənar sahələrə xərclənib.
Məlumata görə, rektor əvəzi Firudin Qurbanov BDU-da dekabrdan bu yana ciddi təftiş apartdırıb:
"Aydın olub ki, sabiq rektor Abel Məhərrəmov və onun oradakı yaxın ətrafı universitetin maliyyə-təsərrüfat fəaliyyəti ilə istədikləri kimi davranıblar. Bu məsələdə Abel Məhərrəmovun ən sadiq adamlarından olan təsərrüfat üzrə prorektor Nəbi Ramazanlının az rolu olmayıb. Hələlik detallara toxunmuram. Amma bilin ki, BDU-nin liseyindən, tikdiyi mənzillərin paylanması, həmçinin imtahan, təyinat proseslərinə qədər Firudin Qurbanov artıq bütün məlumatlara sahibdir. Çox böyük ehtimalla bir neçə gündən sonra Abel Məhərrəmovun universitetdəki qohumları və ən yaxın ətrafı ilə, o cümlədən iki prorektor, bir müşavirlə mərhələlərlə vidalaşacaqlar".
Məlumata görə, rektor əvəzinin təftişlə bağlı Təhsil Nazirliyini məlumatlandırılıb: "Yəqin ki, BDU ilə bağlı atılacaq addımlar nazirliyin qərarından sonra həyata keçiriləcək. Ola bilər ki, Təhsil Nazirliyi Maliyyə Nazirliyi və digər qurumlara da rəsmi müraciət etsin".
Abel Məhərrəmovun xəstəliyi ilə bağlı məqama toxunan BDU-dakı mənbə deyib ki, o, xeyli müddətdir universitetə gəlmir: "Daha dəqiqi, rəhbərlik etdiyi kafedrada təmir işi aparırdı. Həmin vaxt kafedrada özü üçün ayrıca tualet də tikdirdi. Bunu da Firudin müəllim eşitdi və ona "Burada səndən başqa hansı kafedrada tualet var" deyib, etiraz elədi. Elə həmin tualeti də təmirə rəhbərlik edən prorektor Nəbi Ramazanlının özünə sökdürdülər. Sözüm odur ki, ondan sonra Abel Məhərrəmov bura bir, ya da iki dəfə gəldi. Sonra xəbər yayıldı ki, bəs xəstədir, Almaniyaya aparılıb. Dünən isə saytlar Bakıda xəstəxanada olduğunu yazıblar. Bunun dəqiqliyini BDU-da heç qohumları da bilmir".
Qeyd edək ki, bu və ya digər məlumatlarla bağlı fevralın 10-da BDU-nun mətbuat katibi Pərvanə İbrahimovaya sorğu verdik. Lakin xanım hələ də cavablandırmayıb.

Xəbərlər     Baxılıb: 1972   Tarix: 13 fevral 2019
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

turlar.az

yaz geyimleri 2026 maskalar geyim və ayaqqabılar stil və moda hamileliyin ilk elameti qış tədarükü salatlar ziyafət geyimləri 2026 kosmetika turpun nağlı atalar sözü dolca hakisdalar gözellik