SON DƏQİQƏ: Daha bir məşhur azərbaycanlı müğənni HƏBS EDİLDİ - FOTO

SON DƏQİQƏ: Daha bir məşhur azərbaycanlı müğənni HƏBS EDİLDİ - FOTOBakıda tanınmış müğənni, "Velizadə prodakşn"ın rəhbəri Tural Vəlizadə həbs edilib.

Xanim.az oxu.az-a istinadən xəbər verir ki, T.Vəlizadə dörd nəfərə qarşı dələduzluqda ittiham edilir.

Belə ki, o, azərbaycanlı iş adamlarına Türkiyənin tanınmış müğənniləri Sıla və Ebru Gündeşi Bakıya gətirib, konsert vermələrini təmin edəcəyinə söz verib. T.Vəlizadə ümumilikdə həmin şəxslərdən 200 min ABŞ dolları məbləğində pul alıb, lakin vədinə əməl etməyib.

Zərərçəkmişlərin şikayətləri əsasında saxlanılan T.Vəlizadənin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb və həbs-qətimkan tədbiri seçilib.

Onun cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hazırda hakim Cavid Hüseynovun sədrliyi ilə T.Vəlizadənin cinayət işi araşdırılır.

O, ittiham üzrə özünü təqsirli bilmədiyini və iş adamlarından pulu borc aldığını söyləyib.

Bu gün keçirilən məhkəmə iclasında zərərçəkmiş Rövşən Hacıyevin vəkili Babək Həmidov vəsatət qaldırıb.

O, cinayət işində adı şahid qismində keçən Əli Vəliyevin də cinayət məsuliyyətinə cəlb edilməsini istəyib.

Vəkil qeyd edib ki, Ə.Vəliyev iş adamı R.Hacıyevin işçisi olub, T.Vəlizadəni də onunla o tanış edib:

"Rövşən müəllimə türkiyəli müğənnilər Sıla və Ebru Gündeşin Bakıya konsert üçün gətirilməsi təklifini Əli verib. Əli də Rövşən Hacıyevdən ümumilikdə 140 min dollar pul alıb, Turala verib. Tural isə deyir ki, Əli ona ümumilikdə 120 min dollar pul verib. Məhkəmədən xahiş edirəm ki, həmin şəxs də cinayət məsuliyyətinə cəlb edilsin".

Dövlət ittihamçısı vəsatətə münasibət bildirmək üçün məhkəmədən vaxt istəyib.

Məhkəmə prosesi yanvarın 25-də davam etdiriləcək.

SON DƏQİQƏ: Daha bir məşhur azərbaycanlı müğənni HƏBS EDİLDİ - FOTO

Xəbərlər     Baxılıb: 3309   Tarix: 18 yanvar 2019
f Paylaş

Oxşar xəbərlər

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

turlar.az

kosmetoloq gözəllik məhsulları kosmetik vasiteler uz derisine qulluq maskalari 1 yaşına qədər körpələrə qulluq toy gecəsi cəmiyyət kosmetika novruz bayrami kondom janrlar bayatı dolça