SON DƏQİQƏ! Hökumət mühüm qərar verdi

SON DƏQİQƏ! Hökumət mühüm qərar verdiNazirlər Kabineti "Təhlükə potensiallı və dövlət əhəmiyyətli tikinti obyektlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında qərar verib.

Reportyor.tv xəbər verir ki, bu sənəd "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.21-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və təhlükə potensiallı və ya dövlət əhəmiyyətli tikinti obyektlərinin siyahısını müəyyən edir.

Təhlükə potensiallı tikinti obyektlərinin siyahısına aşağıdakılar daxildir:

2.1. diametri 1000 mm-dən artıq olan magistral (neft, qaz, su və kanalizasiya) boru kəmərləri;

2.2. su və istilik elektrik stansiyaları;

2.3. həcmi 10 milyon kubmetrdən artıq olan su hövzələri (anbarları) və onların bəndləri (hidrotexniki qurğuları);

2.4. neft emalı maddələrinin istehsalı zavodları;

2.5. həcmi 20 min tondan artıq olan neft və neft məhsullarının saxlanılması üçün anbarlar və maye qazların izometrik anbarları;

2.6. maye qaz, neft və neft məhsullarının rezervuar parkları;

2.7. həcmi 5 (beş) min kubmetrdən artıq olan tezalışan, maye saxlamaq üçün rezervuarlar və qazholderlər;

2.8. dəniz şelfində quraşdırılan neft və qazçıxarma platformaları;

2.9. gücü saatda 2 (iki) milyon kubmetrdən yuxarı olan kompressor stansiyaları, gücü saatda 2 (iki) milyon kilokaloridən artıq olan qazanxanalar;

2.10. dövlət əhəmiyyətli hidrotexniki qurğular;

2.11. sel və daşqın sularından qoruyucu bəndlər və torpaq sürüşmələrindən istinad divarları;

2.12. partlayıcı, pirotexniki, zəhərləyici, tezalovlanan, tezalışan, radioaktiv, kimyəvi və ətraf mühit üçün təhlükəli maddələrin, materialların, tullantıların və hərbi sursatların istifadəsi, emalı, istehsalı, saxlanılması, məhv edilməsi və basdırılmasını, o cümlədən işlənmiş nüvə yanacağının basdırılmasını həyata keçirən tikinti obyektləri;

2.13. üzvi tərkibli xammalların qəbulu, saxlanılması, nəqli və emalı ilə bağlı ümumi tutumu 500 tondan artıq olan taxıl terminalları, elevatorlar, anbarlar;

2.14. istehsal gücü 100 ton/gün və daha artıq olan un dəyirmanları, 5 (beş) ton/saat və daha artıq olan maya (solod) emalı müəssisələri, 20 ton/saat və daha artıq olan üzvi tərkibli xammalların emalı və qurudulması obyektləri;

2.15. istehsal gücü 3 (üç) ton/saat və daha artıq olan qarışıq yem istehsalı obyektləri;

2.16. gücü 4 (dörd) kilovat, 1500 dövr/dəqiqədən artıq olan aspirasiya qurğuları;

2.17. çoxmərtəbəli binaların yeraltı və yerüstü hissələrində yerləşən, yüzdən artıq avtomobil üçün dayanacağı olan qarajlar;

2.18. yüksəkgərginlikli elektrik xətləri və qurğuları;

2.19. yanacaqdoldurma ( neft və qaz) məntəqələri;

2.20. ionlaşdırıcı şüalanma generatorlarının (rentgen avadanlığı, neytron generatoru avadanlığı, yüklü hissəciklərin sürətləndiriciləri) istifadəsi, istehsalı və təmiri ilə məşğul olan obyektlər;

2.21. nüvə (atom) reaktorlarının istifadəsi və ya istismarını, eləcə də nüvə yanacağının istehsalını və zənginləşdirilməsini, işlənmiş nüvə yanacağının emalını həyata keçirən obyektlər və qurğular.

3. Dövlət əhəmiyyətli tikinti obyektlərinin siyahısına aşağıdakılar daxildir:

3.1. respublika əhəmiyyətli muzeylər, dövlət kitabxanaları və arxivləri;

3.2. dünya, ölkə və yerli əhəmiyyətli tarix və mədəniyyət abidələri (o cümlədən, memarlıq abidələri);

3.3. nüvə (atom) reaktorları;

3.4. metro stansiyaları və tunelləri;

3.5. aşırımı 100 metrdən və ya uzunluğu 1000 metrdən artıq olan körpülər;

3.6. tutumu 2 (iki) min nəfərdən artıq olan qapalı və üstüörtülü idman qurğuları, konsert və konfrans sarayları;

3.7. 75 metrdən hündür olan və dövlət vəsaiti hesabına inşa olunan ictimai və çoxfunksiyalı bina və qurğular;

3.8. uzunluğu 1000 metrdən artıq olan tunellər;

3.9. hündürlüyü 100 metrdən artıq olan qurğular (qüllələr, dorlar və borular);

3.10. hava və dəniz limanları, dəmiryol vağzalları və avtovağzallar;

3.11. Xəzər dənizi akvatoriyasında inşa edilən obyektlər;

3.12. xüsusitəyinatlı tikinti kompleksləri (hərbi hissələr, penitensiar müəssisələr, habelə sığınacaqlar və digər mülki müdafiə qurğuları);

3.13. telekommunikasiya şəbəkələri və qurğuları;

3.14. yerüstü peyk idarəetmə mərkəzləri;

3.15. dövlət və beynəlxalq əhəmiyyətli neft, qaz boru kəmərləri, 110 kilovat və ondan yuxarı gərginlikli elektrikötürücü xətlər, tutumu 10 min kubmetr və daha artıq olan neft, neft və kimya məhsullarının saxlandığı qurğular;

3.16. məhsuldarlığı 10 min kubmetr/sutka və daha artıq olan su və 20 min kubmetr/gün və daha artıq olan çirkab sutəmizləmə qurğuları, əhalisinin sayı 5000 nəfərdən artıq olan yaşayış məntəqələrinin suqəbuledici qurğuları.

Xəbərlər     Baxılıb: 3631   Tarix: 05 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Kartof qızartmağın ən sağlam üsulu hansıdır? - Araşdırma

Araşdırmalar göstərir ki, milyonların sevimlisi olan kartof qızartmasını daha sağlam və az yağlı hazırlamağın yolu məlum olub. "Current Research in Food Science" jurnalında dərc olunan yeni elmi iş mikrodalğal

.

Bu simptomlar təhlükə siqnalıdır - Ürək tutmasının ilk əlamətləri

Ürək tutması həyati təhlükə yaradan ən ciddi tibbi hallardan biridir və gecikmiş müdaxilə ölümcül nəticələrə səbəb ola bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, bu vəziyyətin ilkin əlamətlərini vaxtında tanımaq və dərha

.

Beyin iltihabını azaldan burun spreyi: Yaddaşı da bərpa edir

Alimlər cəmi iki dozada beyin iltihabını kəskin şəkildə azalda və yaddaşı bərpa edə bilən yeni bir burun spreyi hazırlayıblar . Spreyin təsirinin aylarla davam etdiyi bildirilir. xəbər verir ki, son zamanlar aparılan çoxsayl

.

Yumurta alarkən mütləq koduna baxın - FOTO

Mağazadan yumurta alarkən diqqət yetirilməli vacib məqam var. xəbər verir ki, mütəxəssislər alış zamanı yumurtanın üzərindəki kodların mütləq yoxlanılmasını tövsiyə edirlər. Bildirilir ki, bu kodlar təsadüfi deyil və məhsulu

.

Böyrək çatışmazlığına səbəb olan 6 QİDA

Böyrək sağlamlığını saniyələr içində təhdid edən "öldürücü qidaların" siyahısı açıqlanıb. xəbər verir ki, siyahını Yaponiyanın dünyaca məşhur nefroloqu, professor Dr. Masahiro Kohzuki hazırlayıb. Bir çox insanı

.

Kəpəyi yox edən təbii üsullar

Saç dibindəki ekzema və kəpək problemi bir çox insan üçün əsl baş ağrısına çevrilib. Bahalı kimyəvi şampunlar bəzən istənilən nəticəni vermir. Lakin ev şəraitində hazırlanan təbii qarışıqlar bir neçə dəqiqəlik masajla b

.

Bu dərmanlar qarın ağrısı yarada bilərlər

Qarın ağrısı və ishal hər zaman qida zəhərlənməsi demək deyil. Bəzən səbəb tam gözlənilməz ola bilər.  xəbər verir ki, qastroenteroloq Kristin Li bildirib ki, bu cür narahatlıqlar bəzi vitamin və mineral əlavələrinin qəbul

turlar.az

yay kolleksiyasi həkim məsləhəti yemek reseptleri arıqlamaq üçün çaylar daginiq skleroz mualicesi göyəmin faydası terminlər kosmetika ziyafet geyimleri novruza aid hakışta aslan novruz hakistalari rus dilini oyrenek 2ci ders