SON DƏQİQƏ! Samirlə Kamran QALMAQALI böyüdü: O HƏBS OLUNDU

SON DƏQİQƏ! Samirlə Kamran QALMAQALI böyüdü: O HƏBS OLUNDUKamran Həsənli-Samir Piriyev qalmaqalında adı çəkilən Ərhan adlı Türkiyə vətəndaşı saxlanılıb.

Bu barədə ölkə.az-a Samir Piriyevin hüquqi nümayəndəsi Ruslan Əhmədoğlu məlumat verib:

"Kamran Həsənli iddia edirdi ki, Samir Piriyev pulu guya ona yox, Ərhan adlı Türkiyə vətəndaşına verib. İstintaq zərurət yarandığı üçün bununla bağlı Türkiyə prokurorluğuna Ərhan adlı şəxsin izahatının alınması üçün beynəlxalq tapşırıq göndərib. Əslində, Kamran Həsənlinin dələduzluğu çoxdan sübut olunmuşdu. Lakin havadarları onun həbs edilməsinə icazə vermirdi.

Ərhan adlı şəxs Türkiyədə polis tərəfindən həbs edilərək prokurorluğa gətirilib və izahatı Azərbaycan hüquq mühafizə orqanlarının verdiyi beynəlxalq tapşırığa uyğun olaraq Bakıya göndərilib. İzahatda Ərhan hər şeyi etiraf edərək bildirib ki, Kamran Həsənlinin danışdığı hər şey ağ yalandır, Samir Piriyevi cəmi bir dəfə görüb və həmin söhbətdə də mübahisələri düşüb.

Mübahisə zamanı Ərhan Samirə deyib ki, pulu Kamrana vermisən və ondan da istəyə bilərsən. Bu ifadəylə artıq aylardır bizim sübut eləyə bilmədiyimiz bütün hallar sübut olunur. Demək ki, Nərimanov Rayon Prokurorluğu doğrudan da düz qərar qəbul edib və faktla bağlı cinayət işi başladıb. Sonradan Ərhan Kamran Həsənliyə zəng edərək, onu bu ifadə barədə xəbərdar edib! Və ən maraqlısı ilyarımdır Türkiyə polisinin tapa bilmədiyi Ərhan adlı şəxs Kamran Həsənli və istintaqın köməkliyi ilə Bakıya gətirilir! İndi hər kəsə aydın olur ki, Kamran Həsənli bunu əvvəlcədən əlbir olduğu adamlarla necə həyata keçirib. Nərimanov Rayon Polis İdarəsində yenidən Ərhanla Samir üzləşir və üzləşmədə Ərhan deyir ki, özü bilərəkdən Türkiyədə prokurorluğuna səhv izahat verib. Guya pulu Samir Ərhana iki dəfəyə-(bir dəfə 30, bir dəfə 80 min) Türkiyədə verib. Ərhana sual verilir ki, bəs izahatında deyirsən ki, Samiri cəmi bir dəfə görmüşəm. Bəs pulu iki dəfəyə necə verdin? Cavab verir ki, "öyle söylemişimmi abi?" Əgər istintaqa beynəlxalq tapşırığın cavabı lazım idisə, bu cavab artıq istintaqda var və Kamran Həsənlinin dələduzduğunu sübut edir. Yox əgər istintaq türk həmkarlarına şübhə ilə yanaşırdısa, niyə bu beynəlxalq tapşırığı göndərirdi? Əgər yox şübhəsi yoxdursa, Ərhan Azərbaycana niyə gətirilib yenidən izahat alınır və aylardır tapılmayan bu şəxs 2 günə Bakıda tapılır! İstintaq Ərhanın Türkiyə prokurorluğuna verdiyi izahatı rəhbər tutmalıdır, Nərimanov Rayon Polis İdarəsində verdiyi ifadəni yox. Çünki Türkiyə vətəndaşı Türkiyə qanunvericiliyinə görə yalan ifadə verdiyinə görə məsuliyyəti bilib deyə, doğru izahat verib. Amma Azərbaycanda onu hər hansısa məsuliyyət gözləmir deyə, burada fərqli izahat verir! Mən Samirin hüquqşünası kimi istintaqa nə lazım idisə kömək etdim. Və haqlı olduğumuzu sübut etdik. Gerisi qaldı hüquq-mühafizə orqanlarının verəcəyi ədalətli qərara!"

Qeyd edək ki, Kamran Həsənlinin Samir Piriyevə 85 min manat borcunun olduğu bildirilir və bu çəkişmə xeyli müddətdir davam edir.

Xəbərlər     Baxılıb: 3260   Tarix: 26 avqust 2017
f Paylaş

Oxşar xəbərlər

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

turlar.az

geyim və ayaqqabılar toy makiyajlari sac duzumleri kombinler 2026 yay cinsi zəiflik hekayələr yumurta qabiginin xeyri kosmetika baldiza aid haxisda oxu az geyim babasil novruz bayramına aid bakışta