Sonsuzluğu düzgün müalicə etmək lazımdır

Sonsuzluğu düzgün müalicə etmək lazımdırSonsuzluq xoşagəlməz, çox narahatedici diaqnoz olsa da, xəstəyə bu diaqnozu yazmağa tələsmək lazım deyil.
Belə də olur ki, bir neçə hamilə olmaq cəhdi boşa çıxmış olan ailə cütlüyü xeyli ümüdsüzlüyə qapılır. Ancaq bu cür xəbər narahatlığa səbəb olsa da, bəzən öz qəti təsdiqini tapmaya da bilər.
Hamiləliyin qarşısını alan vasitələdən istifadə etməmək şərti ilə, 1 il ərzində müntəzəm cinsi əlaqə fonunda hamiləlik baş vermədiyi halda, ailə cütlüyü sonsuz hesab edilir.
Beləliklə, evlilikdən sonra 1 il müddətində ailə cütlüyündə uşağın olmaması problemi meydana çıxmışdır. Bəs bu halda nə etməli, hansı müalicələri aparmalı? Həkimlərin ümumi rəyinə görə, bu halda daha effektiv müalicə üsulunu müəyyən etmək üçün, ilk növbədə, sonsuzluğun səbəbini (və ya səbəblərini) müəyyən etmək lazımdır.
Azərbaycan ailəsində "qəbul edilmiş ümumi ənənəyə görə" uşaq olmamasının "günahını" hər zaman qadında görürlər. Nəticədə qadın sonsuz sayda müayinələr keçir, yeni və daha yeni müalicə kursları alır, lakin hamiləlik yenə də baş vermir. Bu zaman həm xeyli miqdarda vəsait xərclənir, həm də qiymətli vaxt itkisi baş verir. Yalnız günlərin birində, kişi özü "cəsarət göstərib" müayinə üçün həkimə müraciət etdikdə, uşağın olmamasının əsas səbəbkarı məhz onun sağlamlığında pozğunluqların olduğu və ya ailə cütlüyün arasında immunoloji uyğunsuzluğun olması aşkar edilmiş olur.
Sonsuzluğun müalicəsinə bu cür yanaşılması qətiyyən düzgün hesab edilmir! Sonsuzluğun səbəbi bir halda kişi orqanizmindəki pozğunluqlardan, digər halda qadın orqanizmindəki pozğunluqlardan, üçüncü halda isə hər ikisindən asılı ola bilər. Bundan başqa, immunoloji sonsuzluq adlanan daha bir patoloji hal da mövcuddur. Bu zaman qadın orqanizmi kişi spermasına qarşı anticisimlər hazırlayır ki, bu səbəbdən də hamiləlik baş vermir.
Bəzi hallarda normal immunoloji uyğunluğu və tam sağlam olan cütlük iştirakçıları arasında da sonsuzluğun olması müşahidə edilir. Bu hallar izah olunmayan və ya idiopatik sonsuzluq adlanır.
Beləliklə, sonsuzluğun diaqnostikası və müalicəsi əvvəlcədən düzgün və elmi cəhətdən əsaslandırılmış şəkildə aparılmalıdır. Yəni sonsuzluğun səbəblərini müəyyən etmək üçün cütlüyün hər bir üzvü eyni vaxtda (!) müayinədən keçməlidirlər.
Bəs bu müayinələr hansılardır? Bunlar əsasən aşağıdakılardır:
- cütlüyün hər iki üzvü cinsi yolla keçən infeksiyalara (xlamidioz, mikoplazmoz, ureaplazmoz, genital herpes və həkim təyinatına görə digərləri) görə müayinədən keçməlidir; əksər hallarda bu infeksiyalar cinsi üzvlərin bir sıra pozğunluqlarının əsas səbəbi olur;
- kişilər - spermanın keyfiyyət və kəmiyyət göstəricilərini müəyyən etmək üçün spermoqrammanın müayinəsindən keçməlidirlər;
- qadınlar:
- qanın hormonal müayinəsi - qadın hormonal sahəsinin müxtəlif göstəricilərinin pozğunluqları əksər hallarda qadın sonsuzluğunun səbəbi olur;
- USM - ultrasəs müayinəsi hamiləliyin baş tutmasına və saxlanmasına mane ola bilən xəstəliklərin aşkar edilməsi (uşaqlığın mioması, cinsi orqanların inkişaf qüsurları, uşaqlıq boşluğunda olan çapıqlar və s.) və yumurtalıqların nə dərəcədə düzgün fəaliyyət göstərməsini (follikulların yetişməsi, ovulyasiyanın olub-olmaması) müəyyən etmək üçün aparılır;
- histerosalpinqoqrafiya - bu müayinə uşaqlıq boruları keçiriciliyinin müəyyən edilməsi, orada çapıqların və digər patoloji halların olub-olmamasını müəyyən etmək məqsədi ilə aparılır.
Bu müayinələrdən savayı, cütlük postkoital (cinsi əlaqədən sonra) test (uşaqlıq boynu və uşaqlıq yolu seliyinin) müayinəsindən də keçməlidirlər (bu testin digər adı - Şuvarski testi). Bu test sonsuzluğun immunoloji formasını aşkar etməyə imkan verir.
Aparılan bütün bu müayinələr nəticəsində həkim, ailə cütlüyü sonsuzluğunun səbəbini (və ya səbəblərini) müəyyən etdikdən sonra tələb olunan müvafik müalicə təyin edir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1625   Tarix: 02 mart 2021
f Paylaş

Oxşar xəbərlər

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

turlar.az

makiyaj instagram həkim məsləhəti qadin sayti xalq təbabəti vətən haqqında bayatı sinir sistemi ataya aid atalar sozleri kosmetika vətənə aid atalar sözləri novruz bayramı qurd xəstəliklərinə qarşı mualicə maska ziyafet geyimleri