Soyuq suda üzmə REKORDU: Təəccüblənəcəksiniz
Rekordlar dünyası həmişə heyrətamiz və rəngarəngdir. Çünki bu, bizə insan imkanlarına məhdudiyyətin olmadığını göstərir.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, bəzən əldə olunan nailiyyətlər çoxlarını öz rekordlarını qırmağa ruhlandırır.
Məsələn, üzgüçülük ən məşhur və kifayət qədər yayılmış idman növlərindən biridir. Bununla belə, üzgüçülər normal hərəkət edə bilmələri və sağlamlıq problemləri yaşamamaları üçün rahat temperaturlu suda üzürlər.
Soyuq suda üzmək obyektiv olaraq çətindir. Ancaq bununla bağlı maraqlı rekord var.
Rusiyada suda üzmə rekordu qırılıb. Məlumata görə, peşəkar idmançılardan ibarət komandanın toplanması qərara alınıb.
Səkkiz komanda üzvünün hər birindən yarım saat üzmək istənilib. Maraqlıdır ki, rekordun qırılması üçün çox soyuq suyu olan Krasnoyarsk su anbarı seçilib. Nəticədə idmançılar 370 kilometrdən çox məsafə qət etməyi bacarıblar.
Bu nailiyyət Rusiyanın Rekordlar Kitabına daxil edilib.
Milli.Az









İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi