Soyuqlar düşəndə immuniteti necə möhkəmləndirək?
Payız aylarında immunitetin sınağı başlayır. Havada hava -damcı yolu ilə yayılan viruslar artır, hava soyuduğu üçün bədən rezervi azalır, insanlar qapalı bağlı yerdə çox toplaşır, cəmiyyətdə qripli insanlar artır.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, həkim nutrisoloq Anna İveşkeva payızda immuniteti möhkəmləndirməyin əsas şərtlərini açıqlayıb.
"Soyuq da olsa açıq havada 2 saat gəzməyi təxirə salmayın. Soyuq aylarda yaydan fərqli olaraq, axşam daha tez yatın. Ən geci saat 11-də artıq yatmalısız. Hormonları normal saxlamaq üçün səhər 8-ə kimi fəsiləsiz yatmalısız.
İsti-soyuq su ilə duş almaq bədəni möhkəmlədir. Əgər bunu edə bilmirsizsə, ayaqlarınızı soyuq su ilə yumaq olar.
Rasionda vitamin və lif tərkibli tərəvəz, meyvə daxil edin. Alkoqol, çay, qəhvə, qazlı suları azaldın.
Onlar ürəyi və böyrəkləri yüklədiyi üçün immuniteti salır.
Zülal tərkibli qidalar - toyuq, hind quşu, paxla, yumurta bol edin və yeməklərinizi ədviyyatla zənginləşdirin ki, onlar virus, mikrobları öldürür.
İmmunitet üçün sarımsaq, istiot, xardal, zəncəfil, kök, yemişan, zoğal və s. istifadə edin".
Milli.Az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Vətən haqqında bayatılar
Arzuolunmaz hamiləlik
Qaravəllilər
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Viktor Uillis vəfat etdi
Fahriye yeni mövsümdə ekranlara qayıdır - FOTO
Tanınmış rejissor həbs edildi - 11 milyonluq dələduzluq
Buzlu içkiləri sevənlərə xəbərdarlıq
Həftənin ən populyar 10 türk qadın aktrisasının adı açıqlandı
Günvurma əlamətləri və ilk yardım - Terapevt nə deyir?
Çimərlikdə günvurmadan qorunmaq üçün ən təhlükəsiz saatlar