Spiral taxdıran qadın hamilə qala bilər? – HƏKİM RƏYİ

Spiral taxdıran qadın hamilə qala bilər? – HƏKİM RƏYİHamiləlikdən qorunma vasitələri arasında ən geniş yayılanı spiraldır. Rahat və təhlükəsiz cinsi münasibət üçün qadınların çoxu məhz spirala müraciət edir. Lakin bu vasitə digərləri kimi, hər zaman uğurlu nəticələr vermir.
Zaman-zaman qadınlar spiral haqqında müxtəlif şikayətlər edirlər və ya hər hansı problemi məhz bununla əlaqələndirirlər. "Spiraldan sonra kökəldim", "spiraldan sonra arıqladım", "üzüm səpdi", "bədənim allergiya verdi", "menstruasiyam pozuldu" və s. kimi şikayətlərlə yəqin ki, siz də qarşılaşmısınız. Bu zaman belə bir sual ortaya çıxır: ümumiyyətlə, spiralın hansı zərərləri var? Bununla bağlı Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının mama-ginekologiya şöbəsinin müdiri, ginekoloq Turab Canbaxışovun fikirlərini öyrənib.
Həkim ilk növbədə spiralların hormonlu və hormonsuz olmaqla iki yerə bölündüyünü qeyd edir. Hər iki növ spiralın özünə görə göstərişləri var. Hər bir pasientə görə fərqli spirallar taxıla bilər: "Hormonlu spiralın özündə hormon var və həmin hormon hər gün uşaqlığın içinə müəyyən dozada hormon ifraz edir. Bu da uşaqlığı qorumaq məqsədi daşıyır. Qanaxması çox olan xanımlara hormonlu spiral taxılması məsləhətdir. Hormonsuz spirallar isə gümüş iplərlə dolanmış və adətən "T" şəklində olurlar".
Hormonlu və hormonsuz spiralların iki böyük fəsadı ola bilər. Həkim spiralların qanaxmalara səbəb ola biləcəyini istisna etmir. Hətta menstruasiya qanaxmasını artıra və ya menstruasiyadan kənar qanaxmalar yarada bilərlər: "Bu da xanımların komfortunu pozan, həyat tərzinə, sosial əlaqələrinə mane olan məqamlardır. Spiralın orqanizmə zidd daha bir xüsusiyyəti yad cisim olmasıdır. Spiral orqanizmin içində yad bir cisim olduğu üçün infeksiya ehtimalını artıra bilər. Ona görə də heç vaxt uşağı olmayan xanımlara spiral taxdırmaq doğru sayılmır".
Əks təsirləri
Spiralın əks təsirlərinə dair müxtəlif misallar çəkirlər. Onlar arasında üzdə və bədəndə səpkilərin yaranması da var. T. Canbaxışov spiralın səpki verməsinin düzgün məlumat olmadığını deyir: "Spirallar səpkiyə səbəb olmur. Sadəcə olaraq "T" şəkilli gümüşü saplarla dolanmış spirallar gümüşə allergiyası olan xanımlar üçün əks göstərişdir. Çünki bədənində gümüş yığılır və o da metabolik proseslərə təsir edir. Lakin ümumiyyətlə, səpkilər tamamilə xanımın dərisi ilə əlaqədar olan problemdir. Səpkilərlə spiral arasında heç bir əlaqə yoxdur".
Spiralın bəzi qadınların çəkisinə təsir etməsi də sadəcə yanlış yozulmadır. Ginekoloq hormonsuz spiralın xanımın çəkisinə təsir etmədiyini vurğulayır. Hormonlu spiralın isə taxıldıqdan ilk 2-3 ay müddətində göbək nahiyəsində ödəm və ya şişkinlik yaratma ehtimalı ola bilər. Üç aydan sonra isə şişkinlik çəkilir.
Hansı xəstəliyi olan qadınlara spiral məsləhət görülmür?
T. Canbaxışov aşırı dərəcədə qanaxması olan xanımlara spiral məsləhət görülmədiyini bildirir. Bu cür problemi olan qadınlara spiral qoyulmazdan əvvəl mütləq araşdırma aparılmalıdır:
- Uşaqlığın içində fibromalar
- Uşaqlıq yolu və uşaqlığın içində çox ciddi infeksiya
- Uşaqlığın ölçülərinin spiralın ölçülərinə uyğun gəlməməsi
- Uşaqlıq boynunun çox geniş olması
- Uşaqlığın 5 sm-dən daha kiçik olması
- Uşaqlığın içində yapışıqlıqların olması
- Uşaqlıq qüsurlarının olması
- İki uşaqlığın olması
- Uşaqlığın içində çəpərin olması
Spiral hamiləlikdən qorunmaq üçün ən etibarlı vasitə kimi geniş yayılıb. Lakin ona alternativ vasitə hormonal dərmanlardır. Hər ikisini ən uğurlu vasitə hesab edən həkim  99.5 faiz civarında qoruyuculuğunu saxladığını əlavə edir. Lakin heç bir işdə olmadığı kimi spiral və ya hormonal həblər də heç zaman 100 faiz zəmanət vermir: "Spiralla hamilə qalmaq ehtimalı var. 100 nəfərdən bir nəfərdə spiral müddətində hamiləlik yaşana bilər. Bu halda qadın hamiləliyini davam etdirmək istəyirsə və spiralın yerləşməsi uşaqlıq boynuna yaxındırsa, spiral zərərsiz şəkildə çəkilə bilir. Təxminən 10-cu həftəyə qədər spiral çəkilməlidir. Ancaq çəkilə bilmirsə, spiralla bərabər hamiləlik davam etdirilməlidir. Əlbəttə ki, əgər xanım hamiləliyi istəyirsə. Amma bu zaman erkən doğuş təhlükəsi var".
T.Canbaxışov bildirir ki, ümumiyyətlə, hamiləlikdən qorunmağın hormonal və qeyri-hormonal üsulu var. Qeyri-hormonal üsullar baryer üsuludur, yəni mexaniki olaraq qoruyan üsullardır: "Bunlar spirallar və ya vaginal kondomlardır. Kişilərdə isə kişi kondomları üsuludur. Bunlar qeyri-hormonallardır. Əlbəttə ki, spirala görə bunların effektivliyi daha azdır. Hormonal üsullar isə hormonal spiral və həblərdir. Bunlar həm də müalicəvidir. Hormonal oral həblərdən başqa hormonal iynələr də var. İnyeksiya şəklində 3 aylıq və ya daha artıq müddət üçün etibarlıdır. Bunlar arasında ən effektlisi spiral və oral həblərdir".
Spiralların istifadəsi
Spirallar menstruasiya sırasında taxılır. Səbəbi isə budur ki, menstruasiya müddətində uşaqlıq boynu genişlənir və spiralı taxmaq manipulyasiyası daha ağrısız olur. Bununla proses yekunlaşmır. Spiralın yerləşməsini nəzarət altında saxlamaq vacibdir: "Spiralı taxdıqdan 1 ay sonra mütləq spiralın yerinə baxmaq lazımdır ki, necə oturub. Əlbəttə, mütəmadi olaraq ildə ən azı 1 dəfə spiralın yerinə mütləq baxılmalıdır. Bəzi hallarda spiral sürüşə, uşaqlıq əzələsinə bata və ya çölə çıxa bilər. Cinsi əlaqə zamanı spirallar travma aldığı üçün yerdəyişməsi daha çox bu zaman baş verir. Uşaqlığı deşib qarın boşluğuna düşmüş spirallar da olur".
Hormonlu spirallar 5 illik taxılır. Digər spiral isə üzərindəki gümüş tellərin sayı ilə əlaqədar olaraq 2-3-5 və hətta 10 illik olur. Spiraldan uzun müddət istifadənin bədxassəli şişlərə səbəb olması haqqında da müxtəlif fikirlər dolaşır. Həkim bunun sadəcə şayiə olduğunu deyir: "Spiralın müddəti bitdikdə çıxarılır və digəri taxılır. Məsələn, 5 illik spiraldırsa, 5 ildən sonra həkimin təyin etdiyi vaxtda çıxarılır və yenisi ilə əvəz edilir. Və ya 5 illik spiral taxılıbsa və 2 ildən sonra xanım hamilə qalmaq istəyirsə, bu spiral çıxarıla bilər. "Uşaqlığın dincəlməsi, ara verilməsi" kimi müxtəlif fikirlər də var. Lakin bunların heç bir elmi əsası yoxdur. Qadın istəyinə görə, 2-3-5-10 illik spiral qoydura bilər. Müddətinə görə hansının məsləhət görülməsi ailənin öz seçiminə bağlıdır. Xanımın 2 uşağı varsa və ondan sonra uşaq istəmirsə, əlbəttə ki, maddi olaraq 10 illik taxdırması daha uyğundur. Amma uşaqlar arasında fasilə vermək istəyənlər ailə planlaması etməlidirlər ki, 2, yoxsa 5 il sonra uşaq istəyir. Ona da uyğun spiral taxılır".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1717   Tarix: 09 dekabr 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Bu peşələrdə çalışanların xərçəngdən ölüm riski daha yüksəkdir

BŞ-də aparılan genişmiqyaslı araşdırma pilot və stüardessaların radiasiya ilə əlaqəli xərçənglərdən ölüm riskinin digər peşə qrupları ilə müqayisədə daha yüksək olduğunu göstərib. xəbər verir ki, araşdırmada 2020-2024-c

.

Ən zərərli meyvə və giləmeyvələrin adları açıqlandı

Sağlamlıq və uzunömürlülük sahəsi üzrə mütəxəssis Diyeqo Suares bəzi meyvə və giləmeyvələri rasiondan çıxarmağı və ya azaltmağı tövsiyə edib. qafqazinfo-ya istinadən xəbər verir ki, mütəxəssis onların sağlamlıq üçün zərərl

.

İnsult riskini artıran axşam vərdişləri

Uzunmüddətli perspektivdə bəzi axşam vərdişləri insult riskini artıra bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloqlar Liz Vays və Rosanna Rast "Eating Well" nəşrinə müsahibələrində xəbərdarlıq ediblər

.

Zibil deyib atmayın, kilosu sərvət dəyərindədir

Trüfel göbələyi dünyada lüks restoranların böyük maraq göstərdiyi ən qiymətli qida məhsullarından biridir. -a istinadən bildirir ki, torpağın bir neçə santimetr dərinliyində yetişən və xüsusi təlim keçmiş itlərin köməyi il

.

Sümükləri möhkəmləndirən qidalar

60 yaşdan yuxarı insanların təxminən 30 faizi bud-çanaq sınığından sonra bir il ərzində həyatını itirir. xəbər verir ki, bu səbəbdən sümüklərin möhkəmliyini qorumaq və sınıq riskini azaltmaq üçün kalsium, D vitamini, zülal

.

Tez-tez burun qanaması ciddi xəstəlikdən xəbər verə bilər

Burun qanaması əksər hallarda quru hava, soyuqdəymə, allergiya və ya burunun güclü təmizlənməsi nəticəsində yaranır və təhlükəli olmur. xəbər verir ki, lakin qanama tez-tez təkrarlanır, çox olursa və ya çətin dayanırsa, mütlə

.

Tez-tez baş ağrısı yaşayanlar bunu bilməlidir

Tez-tez təkrarlanan baş ağrısı bəzən stress, yuxu rejiminin pozulması, susuz qalmaq, yeməkləri ötürmək, gözlərin uzun müddət ekrana yönəlməsi və ya düzgün olmayan duruşla əlaqəli ola bilər. Bəzi hallarda isə miqren kimi xüsus

.

Qocalığı gecikdirən möcüzəvi çərəzlər

Çərəzlər vitaminlər, mikroelementlər, bitkimənşəli zülallar, lif və doymamış yağlarla olduqca zəngindir. İnsan sağlamlığı üçün faydalarına görə bir reytinq hazırlansa, qoz bu siyahının lideri olar. -a istinadən xəbər veri

.

Maşında ürəkbulanmanın yaranma səbəbi

Xalq arasında "maşın tutması" kimi tanınan hərəkət xəstəliyi səyahət zamanı ürəkbulanma, başgicəllənmə, qusma, soyuq tər və baş ağrısı kimi əlamətlərlə özünü göstərə bilər. -a istinadən xəbər verir ki, bu hal daxil

turlar.az

geyim şəkilləri geyim seçimi kosmetoloq evde manikur nece edilir xiyarın faydaları gavali haqqinda yemisan faydasi kosmetika haxista bürclər novruz haqistalari bayatilar efsaneler