Stilist Samiraldo danışdı: "Əli Kərimli özünü mənə oxşada bilər"
Vaxtilə AXCP-nin funksioneri olmuş Şahin Həsənli olduqca ciddi iddialara söykənən məqalə yazıb. O, məqaləsində qeyd edib ki, Əli Kərimlini uzun müddət tanıyan cəbhəçi kimi onun insanlardan öz məqsədləri üçün istifadə edərək sonradan yararsız əşya kimi tullamasının, şəxsi maraqlarının təmini məqsədilə partiya liderləri arasında intriqa yaratmasının, dediyi fikirlərə alternativ fikirlər söyləyən şəxslərə qısqanc yanaşmasının, uzun müddət kin saxlamasının, AXCP üzvləri ilə məharətlə manipulyasiya etməsinin şahidi olub.
Məqalədə diqqət çəkən digər məqam Əli Kərimlinin stilist Samiraldo ilə müqayisə olunmasıdır: "Cəmiyyət arasında nüfuzunuzun göstəricisi kimi "Facebook"da videolarınıza baxış sayları, səhifənizin izləyicilərinin və rəy bildirənlərin sayına önəm verərək, digər siyasətçilərin "like"larını saymaq xəstəliyinə düçar olduğunuzu, daha çox "like" və izləyici yığanların paxıllığını çəkdiyinizi hamımız bilirik. O, məntiqlə yanaşsaq, stilist-modelyer Samiraldonun sizdən daha nüfuzlu şəxs olduğu, cəmiyyətimizin ona rəğbət bəslədiyi qənaətinə gələ bilərik"
Əli Kərimli-Samiraldo bənzətməsi sosial şəbəkələrdə fərqli müzakirələrə yol açıb. Adı siyasi qalmaqalda çəkilən tanınmış stilist əməkdaşımıza Əli Kərimlini tanımadığını, belə bir siyasətçinin varlığından xəbərsiz olduğunu deyib.
"Əli Kərimli kimdir? Təzə çıxıb? Nə işlə məşğul olur, bilmirəm. Şou-biznesdə olsaydı, tanıyardım. Müxalifətdən heç kimi tanımıram. Ümumiyyətlə, maraqlanmıram. Yəqin bu səbəbdən Əli Kərimlini tanımıram. Amma, o, istəyirsə özünü Samiraldoya oxşada bilər. Seçim onundur, mənim nəyimə lazımdır. İnsan insana oxşaya bilər. Deyə bilmərəm ki, özünü mənə oxşatma. İstəyirsə, buyursun, problem yoxdur. Təki mən ona oxşamayım". (Azvsion.Az)
f Paylaş








Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin