Süd vəzi xərçəngi haqqında hər şey - Səbəb, əlamət, müalicə şansı

Süd vəzi xərçəngi haqqında hər şey - Səbəb, əlamət, müalicə şansıMüasir qadınların ömrünü qısaldan, onkologiya ilə tanış edən, bütün ailəsinə stress yaşadan süd vəzi xərçəngi hər il dünyada 100 minlərlə qadını həyatdan məhrum edir. Son illər Azərbaycanda da daha çox sayda qadına, özü də gənc qadına bu diaqnoz qoyulur. Yaxşı haldır ki, süd vəziləri ayrılıqda bədənin içində olmadığı üçün onda yaranan şiş vaxtında aşkarlanarsa, metastaz vermədən vəzilər əməliyyat olunub, qadın xilas edilə bilir.
Milli.Az süd vəzi xərçəngi ilə mübarizə ayında bu patologiya haqqında ən geniş materialı və həkim məsləhətini təqdim edir:
Xəstəliyin təsviri
Elə hesab etməyin ki, qədimdə süd vəzi şişi olmayıb. Əksinə, bu xəstəlik çox qədim vaxtlarda olub və qadınlar bu diaqnozu bilmədən ölüb, təbiblər aşkar edərdisə, pis şiş deyib, bir köməklik göstərə bilməzdilər. Hələ qədim Misir papiruslarında qadınların süd vəzisində olan pis şişlər barədə məlumat var. Amma qədimdə xəstəlik bu qədər geniş yayılmamışdı. Statistika göstərir ki, xəstəlik inkişaf etmiş sivil ölkələrdə, şəhər qadınlarında daha çox rast gəlinir.
Qadının süd vəzilərində çoxlu sayda alveol - süd yığılan hissəciklər, birləşdirici piy toxuması, geniş damar və limfa şəbəkəsi var. Qadında ən cüzi biokimyəvi proses və hormonal disbalans dərhal süd vəzisində özünü göstərir.
Qadınlar ömür boyu bir dəfə də olsa mastit, mastopatiya kimi süd vəzi problemindən əziyyət çəkir. Süd vəzinin daha çox xoşxasəlli şişləri də yayılıb- adenoma və fibroadenoma. Bəzi hallarda adenomalar bədxasəlliyə çevrilə bilir, ona görə bu şişlər daim nəzarətdə saxlanmalıdır. Lakin süd vəzi xərçəngi öz-özünə, heç bir düyün, kista ilə əlaqəli olmadan müstəqil yaranır.
Süd vəzisi toxumasında yaranan şişlərin 20 növü var. Şiş invaziv - sürətlə böyüyüb yayılan və qeyri-invaziv - zəif inkişaf edən olur. Həmçinin elə şiş hüceyrələri var ki, hormonlara qarşı həssasdır, aktiv reaksiya verir, hormonların təsirindən böyüyür, eləsi də var, hormonlardan asılı deyil.
Yaranma səbəbləri
Müxtəlif səbəblər səsləndirilsə də, tibb dəqiq səbəbi bilmir, əslində heç səbəblərin üzərində baş sındırmağa da dəyməz. Şiş varsa, yaranıbsa, artıq effektiv müalicə yolları tapılmalıdır.
Amma əsas səbəblər bunlardır:
-Genetik - nəsildə varsa, risk 50%-dir
-Hormonal səbəblər - estrogenlərin normadan artıq olması
-Heç vaxt doğmayan, süd verməyən qadınlar
-Çoxsayda abort etdirənlər və kontraseptiv qəbul edənlər
-Estrogen hormonu qəbul edənlər
-Gec menopauzaya daxil olanlar
-Qadında nə qədər estrogen hormonu aktivdirsə, çoxdursa, menstrual tsikl çox olursa, mutasiya riski bir o qədər çoxdur.
-Diabet, arterial təzyiq, ateroskleroz, süd vəzidə müəyyən xəstəlikləri, xoşxassəli şişləri olanlar, digər orqanlarda şişi olanlar da süd vəzi xərçənginə tutula bilər
-Alkoqol, siqaret vərdişi olanlar
-Radiasion şüalanmaya çox məruz qalma, zərərli peşədə çalışmaq
-Qeyri-sağlam qidalanma, heyvani yağlar çox yeyənlər
-Bir sıra çətin viruslara yoluxub immuniteti zəifləyənlər
Süd vəzi xərçəngi aşkarlanmanın pik yaşı 60-67 yaşdır. 30 yaşından aşağı yaşda az halda süd vəzi bədxassəli şişi aşkarlanır.
DİAQNOSTİKASI
Süd vəzi xərçəngi məhz o növlərdəndir ki, insanın öz özünü müayinə etməsinə, nədənsə şübhələnməsinə imkan verir, çünki orqanlar içəridə yox, çöldədir, göz görür, əl yetir. Öz-özünü müayinə hər həftə, heç olmasa ayda bir dəfə tamam çılpaq halda güzgü qarşısında dayanıb süd vəzilərini əllə yoxlamaqdan gedir. Hər bir qadın öz süd vəzisini tanıyır və tanımalıdır. Dərisi, düyünlər, sərtlik, gilədə dəyişiklik, şişkinlik- hər hansı bir dəyişikliyi görməmək mümkün deyil.
Dünya statistikasına görə də, 70% hallarda elə qadın öz-özündə nəsə tapıb həkimə gələndə süd vəzi xərçəngi diaqnoz olunub. Amma bizim qadınlar bir şey görsələr də unudub, boş verib həkimmə getmir, bununla da qiymətli vaxtı itirir.
Süd vəzi hər menstruasiya başa çatandan 2-3 gün sonra yoxlanmalıdır.
Əsas nəyə fikir verməlisiz:
-Süd vəzilərinin simmetrikliyinin pozulması - biri çox böyükdür, ya kiçikdir, ya əyridir.
-Dərisinin rəngi, nahamarlığı
-Əllənə bilən düyü, ağrı, şişkinlik
Əgər şübhəli nəsə görsəz, həkim mammoloqa müraciət edin. O, manual müayinə edəcək, USM, rentgen, mammoqrafiya, bir sıra analizlər təyin edərək, cəmi 1-2 günə tam diaqnoz verəcək. Əgər o şişdən şübhələnərsə, dərhal biopsiya götürüb, histoloji analizə verəcək.
Ağrı vermir
Əgər qadında süd vəziləri ağrıyırsa, istidirsə, müəyyən günlərdə ağrı çoxalırsa, ağrı qollara, kürəyə verirsə, çox güman ki, bu xoşxəssəli şişdəndir, nəinki bəd. Çünki süd vəzi xərçəngi gizlidir, ağrısızdır, heç ağrı siqnalı verməz. Ona görə onu ilk mərhələdə yaxalamaq olmur.
Adətən bəd xassəli şişlər əl altında hərəkət etmir, sakitdir, konturları nahamardır, yəni tam yumru deyil, dəridə çökəklər yaradır, üstündə dəri qatları, qırışları yarana bilir.
2-3cü mərhələdə şiş ətraf limfa düyünlərinə yayılıb, onları da şişirdə bilər.Ona görə süd vəzi ətrafı limfa düyünləri də yoxlanılır.
Ən qabarıq əlaməti - gilədən axıntı gəlməsidir. Axıntı irinli və qan qarışıq ola bilər.
Xəstəliyin ağırlıq dərəcələri
Süd vəzi xərçənginin bütün şişlərdə olduğu kimi 4 mərhələsi ayırd edilir. Hər mərhələ üçün simptomlar buketi, müalicə sxemi var.
I - başlanğıc mərhələdə şiş 2 sm-i keçmir, metastaz verməyib, limfalar təmizdir, bir əməliyyatla təkcə şişi götürmək və bir iki dərmanla müalicəni tamamlamaq olur
II mərhələdə - şiş 3-5 sm-dir. Limfalara yayılıb.
III mərhələ ağır sayılır - şiş 5 sm, yayılıb.
IV -mərhələr bütünlükdə süd vəzi şişdir, digər orqanlara, hətta beyinə metastaz verib.
Müalicəsi:
Süd vəzi xərçənginin müalicəsi ilk mərhələdə asan, digər mərhələlərdə uzun və çətindir. Amma dünya tibbi hər il süf vəzi xərçəngi müalicəsi üzrə uğurlu müalicə metodları, dərmanlar əldə edir.
İlk növbədə əməliyyat aparılır. Lakin sonuncu ağır və çox metastazlı mərhələdə əməliyyat olunmur.
Əvvəllər hətta kiçik şişdə belə radikal mastektomiya- süd vəzilərinin tamam alınması əməliyyatı aparılırdı. Həm həkim, həm xəstə şiş olan süd vəzidən bacardıqca tez xilas olmaq istəyirdi. Lakin əməliyyatdan sonra çox qadınlar dərin depressiyaya girirlər və bədənlərindən qorxur, utanırdılar.
İndi daha çox orqan qorunma əməliyyatları icra edilir. Lampektomiya əməliyyatında yalnız şiş olan hissə kəsilir və ya süd vəzinin içi boşaldılır, dəri və gilə saxlanılmaqla dərhal içəri silikon və ya protez süd vəzi qoyulur.
Daha sonra şişin növündən asılı olaraq, kimya və radio terapiya seçilir. Bir çox şişlər hormonal müalicə ilə müalicə olunur, estrogenin miqdarı azaldılır.
Xəstəliyin residivliyinin qarşısını almaq üçün onkoloq nəzarətində daim müayinələr, qan analizləri aparılır, xüssusi adyunvant terapiya seçilir.
Sağalma şansı
Bu gün hətta 3-cü dərəcədə xəstəliyi aşkarlanan, əməliyyat olub, müalicə alan xəstələr var ki, 10 ildir yaşayırlar.
1-2-ci mərhələdə aşkarlanarsa xəstənin xilas şansı 80%-dir.
III dərəcədə 40-50% 5 illik yaşama şansı.
IV dərəcədə - yaşama şansı xəstənin yaşı, immuniteti, xərçəngin aqressivliyindən, metastazlardan asılıdır. Bu dərəcədə də 4-5-6 il yaşayan xəstə faktları var.
Hətta 1-2 ci mərhələdə aşkar olunan və uğurlu əməliyyat olunan xəstələrdə yaxın 3-5 il ərzində yenidən şiş yaranması, residiv riski var. /medicina.az
Milli.Az

Xəbərlər     Baxılıb: 1498   Tarix: 16 dekabr 2023
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

turlar.az

geyim seçimi geyim dəbləri adlarin menasi cennet almasi murebbesi paltarlar 2026 salatlarin hazirlanmasi bezedilmesi dostluq haqqında atalar sözləri kosmetika həmidə cinsi elaqe yemek reseptleri maskalar xanim.az