"Sümüyüm əti cırıb çıxmışdı..." - Xəstəxanaya düşən Namiq Qaraçuxurlu - VİDEO
"Artıq ağrılı günlərim geridə qalıb. Gips artıq çıxıb. Məndə açıq sınıq idi. Sümüyüm əti cırıb çıxmışdı. Onun bərpası üçün zaman lazımdır. Fevralın 15-i əməliyyatın 2 ayı tamam olur. İnşallah o vaxt ayağa qalxa biləcəm. Hər yerə çəliklə gedirəm güc düşməsin deyə. Hardasa işim olanda gedə bilirəm".
Bu sözləri ARB TV-nin "Günə son" verilişinə açıqlaması zamanı meyxana ustadı və müğənni Namiq Qaraçuxurlu deyib.
O, ayağının sınması ilə bağlı danışıb:
"Demək olar ki, sənət dostlarımın çoxu gəldi. Təşəkkür edirəm hər kəsə. Hələki fəaliyyətimi saxlamışam. Ağrılar olduğu üçün yazıb-poza bilmirəm. Fevralın 22-si İranda çıxışım var. Dünən dostlarımla görüşmüşdüm. Gəlib evdən məcbur çıxartdılar. Bu gün də yenə çıxıb görüşəcəm. Havamı dəyişməliyəm".
f Paylaş








Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin