Süni mayalanma pulsuz olmayacaq - Araşdırma

Süni mayalanma pulsuz olmayacaq - AraşdırmaSüni mayalanmanın icbari tibbi sığortanın Xidmətlər Zərfinə əlavə edilməsi ən çox gözlənilən qərarlardan biridir. Bununla bağlı təkliflər səsləndirilsə də, agentlik hələ ki, bunun planda olmadığını bildirir.
Azərbaycanda bir dəfə ekstrakorporal (süni) mayalanma etdirmək üçün 3000-4000 manat lazımdır. Heç də az məbləğ deyil. Nəzərə alaq ki, bəzən ilk cəhddən cütlüklərin övlad sahibi olmaq arzusu reallaşmır. Bu zaman sırf maddiyata görə, son çıxış yolu süni mayalanma olan cütlüklər övlad sahibi ola bilmirlər. Elə bu səbəbdən, icbari tibbi sığortanın Xidmətlər Zərfinə əlavə edilməsi ən çox gözlənilən əməliyyatlardan biri də, süni mayalanmadır. Hələ 2019-cu ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatında qeyd edilmişdi ki, Azərbaycanda 2020-ci ildən süni mayalanmanın limitli şəkildə icbari tibbi sığorta sisteminin xidmətlər zərfinə daxil edilməsi nəzərdə tutulur. Ancaq bu məsələ hələ də reallaşmayıb.
"Kaspi" qəzetinin mövzu ilə bağlı hazırladığı məqaləni təqdim edirik:
"Çox bahalı əməliyyatdır"
Süni mayalanmanın icbari tibbi sığortanın Xidmətlər Zərfinə salınması üçün "Reproduktiv sağlamlıq haqqında" qanun qəbul olunmalıdır. Bugünlərdə millət vəkili Qənirə Paşayeva Milli Məclisin iclasında bu mövzuya yenidən toxunub. Bildirib ki, bu qanunu qəbul etmək lazımdır:
"Biz nə Səhiyyə Nazirliyi, nə də TƏBİB-lə ortaq razılığa gələ bilmirik. Azərbaycanda sonsuz ailələrin sayı çoxalır. Türkiyədə bununla bağlı qanun var. Belə ki, ailələr süni mayalanma ilə bağlı əməliyyat zamanı iki dəfə dövlətdən dəstək ala bilir. Üçüncü əməliyyatın isə yarısı tibbi sığorta vasitəsilə olur, yarısını isə vətəndaş özü ödəyir. Bu əməliyyatlar həddindən artıq bahadır, hətta orta yaşayış səviyyəsinə malik insanlar üçün də bu, çox bahalı əməliyyatdır".
"Problem ciddidir, ona görə lazımdır"
Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli də bildirir ki, problem ciddidir və bu səbəbdən süni mayalanmanın Xidmətlər Zərfinə salınması vacibdir:
"Övlad dünyaya gətirməklə bağlı problemlər çoxalıb. Burada genetik, iqlim, ekoloji, qida, insanların günəşlə təmasının az olması, istifadə etdiyimiz geyimlər və s. faktorların rolu var. Bu səbəbdən sonsuzluq geniş vüsət alıb. Övlad sahibi olmağın çıxış yollarından biri olan süni mayalanma əməliyyatı da çox bahadır. Bəzən süni mayalanma da effektiv olmur. Amma bir çox ailələr məhz bu yolla övlad sahibi ola bilirlər. Bəzən təkrar süni mayalanmaya getməli olurlar. Bir dəfəni borc-xərc edirlər, sonra davamını gətirə bilmirlər".
İ.Hüseynli deyir ki, bu əməliyyatın icbari tibbi sığortaya daxil edilməsi ilə yanaşı, necə icra edilməsi də çox önəmli məqamdır:
"Ola bilər ki, Xidmətlər Zərfinə daxil edilsin, amma limitli çərçivədə olsun. Limitli olsa, yenə də problemlər olacaq, ehtiyacı olan hər kəs yararlana bilməyəcək".
"Nəzərdə tutulmayıb"
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən sorğumuza cavab olaraq bildirildi ki, Xidmətlər Zərfinə daxil edilən xidmətlər Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, müvafiq meyarlara uyğun olmalıdır. Rəsmi statistik göstəricilərə əsasən, son beş il müddətində əhalinin ölüm faizi yüksək olan xəstəliklər, əhali arasında əlillik faizi yüksək olan xəstəliklər, sayında davamlı artım müşahidə olunan xəstəliklər, sağlamlığın pozulması ilə bağlı digər vəziyyətlər təhlil edilir. Qeyd olunanları nəzərə alaraq, süni mayalanmanın icbari tibbi sığorta sisteminin Xidmətlər Zərfinə daxil edilməsi nəzərdə tutulmayıb.
"Sığorta fondundakı vəsaitin miqdarına baxsaq..."
Millət vəkili Müşfiq Məmmədli deyir ki, hazırda Xidmətlər Zərfinə 3500-dən artıq tibbi prosedur və xəstəlik daxil edilib, zamanla da bu, artırılacaq:
"İcbari tibbi sığorta tam dolğun şəkildə iki ildir ölkə ərazisini əhatə edir. İcbari tibbi sığorta fondunun müstəqil fond şəklində büdcəsinin icmal büdcəyə daxil edilməsi bu istiqamətdə atılmış mühüm addımlardan biridir. Biz fondda toplanmış vəsaitlərin davamlı şəkildə artmasını müşahidə edəcəyik. İcbari tibbi sığorta fondunda vəsaitin artım tempi bu cür davam edərsə, təbii ki, digər xəstəliklərin də xidmətlər zərfinə daxil edilməsi prosesi baş verəcək".
Millət vəkili bildirdi ki, çox yaxın zamanda süni mayalanmanın Xidmətlər Zərfinə daxil edilməsi real deyil:
"Bəzi ölkələrdə süni mayalanma icbari tibbi sığortaya daxil edilməyib, bəzi ölkələrdə müəyyən hissəsi vətəndaş tərəfindən qarşılanır, müəyyən hissəsini dövlət ödəyir, bəzi ölkələrdə isə tam icbari tibbi sığorta çərçivəsində həyata keçirilir. Azərbaycana gəlsək, ölkəmizdə icbari tibbi sığortanın hazırda əhatə etməli olduğu bir çox patologiyalar var. Bunlar insan orqanizmi üçün təhlükə yaradan, insanların sağlamlığına təcili müdaxilə edilməsi vacib olan xəstəliklər qrupudur. Onkoloji xəstəlikləri və digər əməliyyat prosedurlarını qeyd edə bilərik. İcbari tibbi sığorta fondundakı vəsaitin miqdarına baxsaq, fonddakı vəsaitlərin artım tempini analiz etsək, bunun üçün bir qədər vaxta ehtiyac var. Yəni, bu il və gələn il üçün süni mayalanmanın icbari tibbi sığorta çərçivəsinə daxil olunması real görünmür. Amma, zamanla bütün tibbi prosedurlar icbari tibbi sığorta çərçivəsinə alınacaq".
Kaspi / milli.az

Xəbərlər     Baxılıb: 1930   Tarix: 30 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

turlar.az

kosmetika mehsullari kosmetik vasiteler yaz geyimleri 2026 sufle hazirlanmasi tutmalar gəlinliklər qadın geyimi kosmetika toy gecesı bayraq penis novruz bayramina aid hakista bürcler