Tanımadığı adamla Şimali Koreyaya gedən qız yaşadıqlarından dəhşətə gəldi - FOTO

Tanımadığı adamla Şimali Koreyaya gedən qız yaşadıqlarından dəhşətə gəldi - FOTO"Vice" nəşrinin əməkdaşı Nim Pratten dünyanın ən qapalı ölkəsi sayılan Şimali Koreyaya tanımadığı adamla getmək qərarına gəlib. Jurnalist qəribə metod seçib.
"Tinder" sosial şəbəkəsində yenicə tanış olduğu adamla Çinin Şanxay şəhərində görüşüb və onunla birlikdə Şimali Koreyaya yola düşüb. Pratten barda görüşdüyü oğlanın Pxenyan marafonunda iştirak təklifinə dərhal "hə" deyib.

Jurnalistin yazdıqlarından belə görünür ki, qapalı ölkəyə getmək istəyi onda çoxdan olub. Qarşısına Böyük Britaniyadan yoldaş çıxanda isə düşünmədən razılıq verib.

Onlar Çində Şimali Koreyaya üçgünlük səyahət turu alıblar: "Yalnız bundan sonra anladım ki, dünyadan təcrid olunmuş ölkəyə tanımadığım adamla gedirəm".

Pratten Şimali Koreyada özünü çox narahat hiss edib. Jurnalist həmişə izlənirmiş. Nimin sözlətinə görə, hər turistin ayrıca "mühafizəçi"si var, üstəlik, gizli kameralar da işini görür.

Pratten deyir ki, Şimali Koreya cəmiyyəti birrənglidir: "Onların dünyanın qalan hissəsi haqda heç bir anlayışları yoxdur".

Axşamlar turistlər otelə qapanırdı. Küçəyə çıxmaq qadağan idi. Yalnız otelin barında əylənmək olardı. Nim asudə vaxtını dostu ilə pivə içməyə sərf edirdi.

Pratten indi o günləri xatırlayanda dəhşətə gəlir. Səyahət 2015-ci ildə baş tutmuşdu. 2016-cı ildə Şimali Koreyaya gedən tələbə Otto Uormbiri orada həbs etmişdilər. Onu plakat oğurluğunda ittiham etmişdilər. Otto bir il sonra Şimali Koreyada ölmüşdü. Pratten bu hadisəni xatırlayaraq, möcüzə sayəsində sağ qaldığını düşünür.

"Bizim görüş daha çox Kim Çen Inın çoxsaylı şəkilləri, 1970-ci illəri xatırladan üfunətli otellər və "Google"da axtarmaq ehtiyacı duyduğumuz əşyalar siyahısı fonunda keçdi" – Pratten deyir.

Nim indi həmin oğlanla dostluq etdiyini bildirib.
mənbə: xaricimedia

Xəbərlər     Baxılıb: 1617   Tarix: 28 yanvar 2019
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

turlar.az

geyim dəbləri aksessuarlar geymler 2026 gecəliklər elm haqqinda atalar sözləri qanda viruslar sudun terkibi kosmetika ikizler maraqli hakistalar laylalar aybawi sevda