Tanınmış aparıcı ATV-dən getdi - ONU KƏMALƏ ƏVƏZ EDƏCƏK
ATV kanalında yayımlanan "Oralar" verilişinin aparıcısı Turanə Hüseynlini Kəmalə Piriyeva əvəz edəcək.
Xanim.az publika.az-a istinadən xəbər verir ki, "Oralar" səyahət verilişinin aparıcılarından biri dəyişib. Tanınmış bloger və aparıcı Turanə Hüseynlini ATV-nin siması və aktrisa Kəmalə Piriyeva əvəz edəcək. Bu barədə Turanə Hüseynli özü Instagramda məlumat verib. O, bildirib ki, televiziya layihəsindən şəxsi istəyi ilə ayrılmağa qərar verib:
"Bakı Media Mərkəzinin ilk Televiziya layihəsinə seçilmək, layihənin bir parçası olmaq və Azərbaycanın səyahət verilişi aparan ilk qadın aparıcı olmaq da qürurverici idi. "Oralar" layihəsində çox böyük təcrübə toplamaq, dünyanı gəzmək, çox gözəl peşəkar komanda ilə çalışmaq şansım oldu. Bütün bunlar mənim üçün çox dəyərli idi. "Oralar" komandasının dəyərli üzvlərinə təşəkkür edir, layihənin davamında da hər kəsə uğurlar arzu edirəm".
Turanə Hüseynli sözlərinə onu da əlavə edib ki, ən qısa zamanda yeni işlərlə bağlı xəbərlərini bölüşəcək.
Kəmalə Piriyeva da öz növbəsində Instagram hesabında layihənin çəkilişlərdən şəkil paylaşaraq "Oralar" komandasına qoşulub.
Qeyd edək ki, layihənin müəllifi Azər Qəribdir. Verilişin 3-cü qəhrəmanı isə Rüstəm Əfsərli olaraq qalır.
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin