Tanınmış teleaparıcı "Azercell"i tənqid etdi: "Ancaq pul qazanmaq barədə düşünürlər
Tanınmış telejurnalist, İctimai Televiziyanın aparıcısı Nigar Sabirqızı "Azercell"in tarifləri artırmaqla bağlı son qərarlarını kəskin tənqid edib.
azxeber.com Nigar Sabirqızının sosial şəbəkə hesabında yazdığı qeydləri təqdim edir:
""Azercell" Azərbaycanın ən öndə gedən şirkətlərindən biridir. Qiymət artımına münasibət bildirməyəcəm, çünki mübahisəli məsələdir. Məni belə böyük şirkətin öz istifadəçilərinə qarşı hörmətsizliyi təəccübləndirdi. İki gündür hamı "Azercell"in qiymət artımından danışır, şirkət yeni qərarını sadə dillə izah etməyi lazım bilmir.
Bir şirkət sübut etdi ki, ancaq pul qazanmaq barədə düşünür, ona pul qazandıran istifadəçilər ona maraqlı deyil. Sizcə, başqa ölkədə şirkətlər öz müştərisinə belə hörmətsizlik edər? Əslində "Azercell"in primitiv reklamları bu şirkət haqqında hər şeyi deyir. Təkcə onun da yox. Bizdə öz bahalı şirkətini ucuz reklam etdirmək adi haldır. Məsələn, "Türkcell"in reklamları filmə bənzəyir, "Azercell"in reklamları multfilmə.









Hakışta
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Bu qidalar beyin damarlarına zərər verə bilər
Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun
Mehmet Ali Erbil hönkür-hönkür ağladı - 'Bunu uşaqlığıma bağışlayın