TƏCİLİ! Azərbaycanda kredit borcu olanlara ŞAD XƏBƏR
Azərbaycanda kreditor borclarını ödəməkdən qəsdən yayınmaya görə cəza yüngülləşdirilir.
BiG.AZ-ın report-a istinadən xəbərinə görə, bununla bağlı Cinayət Məcəlləsinin 196-cı (Kreditor borclarını ödəməkdən qəsdən yayınma) maddəsinin sanksiyasında dəyişiklik edilir.
196.1 maddəsinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarına əsasən təşkilat rəhbərinin və ya vətəndaşın kreditor borclarını, yaxud qiymətli kağızları ödəməkdən qəsdən yayınması xeyli miqdarda ziyan vurduqda 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə cinayət nəticəsində vurulmuş ziyanın 2 mislindən 4 mislinədək miqdarda cərimə və ya 1 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Dəyişikliyə əsasən, sanksiyadakı 3 ilədək azadlıqdan məhrumetmə cəzası 2 ilə endirilir və yeni cəza növü olaraq 2 ilədək azadlığın məhdudlaşdırılması əlavə edilir.
196.2 maddəsinin də sanksiyasında dəyişiklik edilir. Belə ki, eyni əməllər külli miqdarda ziyan vurduqda 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə cinayət nəticəsində vurulmuş ziyanın 3 mislindən 5 mislinədək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Dəyişikliklə 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzası da tətbiq olunacaq və azadlıqdan məhrumetmə cəzasının aşağı həddi 3 ildən 2 ilə endirilir.
Qanun layihəsi Milli Məclis deputatlarının müzakirəsinə verilib.
f Paylaş








Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz