Terapevtdən elektron siqaretlə bağlı XƏBƏRDARLIQ

Terapevtdən elektron siqaretlə bağlı XƏBƏRDARLIQ"Elektron siqaretə münasibətdə cəmiyyətdə yanlış bir təsəvvür formalaşıb. Bir çox insan düşünür ki, adi siqaret daha zərərlidir və elektron siqaretə keçməklə zamanla siqareti tamamilə tərgitmək mümkün olacaq. Bu yanaşma səbəbindən elektron siqaretlərdən istifadə halları artmaqdadır. Lakin elektron siqaretlər də adi siqaretlər qədər zərərli hesab olunur".
Bu fikirləri terapevt Həbib Sahratov Milli.Az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, adi siqaret tütün məmulatından hazırlanır və yanma prosesi zamanı nikotin turşusu, eləcə də karbon monoksid kimi zərərli maddələr əmələ gəlir. Bu maddələr tüstü ilə birlikdə orqanizmə daxil olur və əsas zərəri də məhz bu komponentlər törədir.
H.Sahratov nəzərə çatdırıb ki, uzunmüddətli istifadə damar divarlarında ateroskleroz prosesinin yaranmasına, eləcə də tənəffüs yolları və mədə-bağırsaq sistemi daxil olmaqla müxtəlif onkoloji xəstəliklər üçün zəmin yaradır.
Elektron siqaretlərdə isə mexanizminin fərqli olduğunu deyən terapevt əlavə edib ki, burada tütün deyil, tərkibində müxtəlif kimyəvi maddələr olan maye istifadə olunur. Bu mayenin qızdırılması nəticəsində nikotin və digər kimyəvi birləşmələr yaranır.
Mütəxəssis vurğulayıb ki, bəzi hallarda nikotinin miqdarı adi siqaretlə müqayisədə daha az olsa da, bu, elektron siqaretlərin zərərsiz olduğu anlamına gəlmir:
"Əksinə, elektron siqaretlərin tərkibində karsinogen xüsusiyyətə malik maddələr mövcuddur ki, bu da gələcəkdə tənəffüs yollarında və ümumilikdə orqanizmdə onkoloji xəstəliklərin yaranma riskini artırır".
H.Sahratovun dediyinə görə, elektron siqaretlərin yaratdığı sağlamlıq riski adi siqaretlərlə müqayisədə demək olar ki, eynidir:
"Hər iki məhsul zərərli vərdişlər sırasına daxildir və uzun müddət istifadəsi damar xəstəlikləri və onkoloji xəstəliklərin yaranmasında əsas risk faktorlarından biri hesab olunur".
Mina Mikayılova
Milli.Az

Xəbərlər     Baxılıb: 922   Tarix: 19 dekabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Günə enerji dolu başlayın: Uzmanlara görə səhər edilməli olan 5 hərəkət

Mütəxəssislər bildirir ki, günə hərəkətlə başlamaq həm zehni ayıqlığı artırır, həm də bədəni fiziki olaraq günə hazırlayır. xəbər verir ki, fitness və sağlamlıq üzrə mütəxəssislərin tövsiyə etdiyi 5 vacib səhər hərəkəti bunlardır:

.

Bu yay plastik pipetdən istifadə etməzdən əvvəl iki dəfə düşünün

Soyuq içkilərlə birlikdə istifadə olunan plastik pipetlər olduqca geniş yayılıb. Plastik pipetlərin demək olar ki, hər kəs tərəfindən istifadə edilməsi isə sadəcə ətraf mühitin çirklənməsinə səbəb olmur. Mütəxəssislər tez-te

.

Bunları edin, gün boyu enerjili QALIN

Yaz ayları bədənin mövsüm dəyişikliyinə uyğunlaşmağa çalışdığı və bu səbəbdən daha həssas olduğu dövr kimi xarakterizə olunur. Mütəxəssislər düzgün qidalanma ilə bu dövrün daha enerjili və sağlam keçməsinin mümkün olduğun

.

Dişlərin yenidən çıxmasını təmin edən dərman sınaqdan keçirildi

Yapon alimlərinin hazırladığı və itirilmiş dişlərin yenidən çıxmasını hədəfləyən eksperimental dərman insanlar üzərində test edilir. Siçanlar üzərindəki sınaqlarda uğurlu nəticələr verən bu müalicə metodu klinik mərhələlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Hər gün ananas yeyənlər xəstəlik üzü görmür: İltihabın kökünü kəsən tropik möcüzə

Son illərin ən populyar tropik meyvələrindən biri olan ananas zəngin tərkibi ilə insanı xəstəliklərdən qorumağa kömək edir. Mütəxəssislərin tez-tez tövsiyə etdiyi bu meyvəni qida rasionuna əlavə edənlər sağlamlıqlarına böyü

.

İsti havalarda su əvəzinə süd için

Yay aylarında yüksək temperatur səbəbindən orqanizm daha çox maye itirir. xəbər verir ki, mütəxəssislər bildirirlər ki, su əsas maye mənbəyi olaraq qalsa da, bəzi içkilər bədənin daha uzun müddət nəmlənməsinə kömək edə bilər

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Əncir haqqında maraqlı faktlar, tərkibində həşərat cəsədi var imiş

Yaz aylarının sevilən meyvəsi olan əncir haqqında sosial mediada yayılan məlumatlar yenidən müzakirə mövzusuna çevrilib. Bir çox insanın sadə bir meyvə kimi yediyi əncirin əslində necə formalaşdığını bilirdinizmi?. xəbə

turlar.az

qaşların formalari makiyaj instagram həkim məsləhəti veten haqda atalar sözləri uşaq xəstəlikləri qadinin arxadan olmasi hüquq və qadın haqları kosmetika cinsi əlaqə sanama sperma haxista hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz