Terrorda ölən Dilbarənin meyiti Bakıya gətirildi
Sankt-Peterburq metrosundakı terror aktı zamanı ölən azərbaycanlı Dilbarə Əliyevanın meyiti Bakıya gətirilib və qohumlarına təhvil verilib.
Xanim.az xəbər verir ki, Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğundan "Report"a verilən məlumata görə, dünən meyitin tanınması və sənədləşdirmə işləri yekunlaşıb və D.Əliyevanın meyiti bu gün yerli vaxtla saat 11:00-da təyyarə ilə Bakıya göndərilib.
Xatırladaq ki, 20 yaşlı D.Əliyeva aprelin 3-də Sankt-Peterburq metrosunda törədilmiş terror aktı nəticəsində həlak olub. O, imperator I Aleksandr adına Sankt-Peterburq Dövlət Nəqliyyat Universitetinin üçüncü kurs tələbəsi olub. D.Əliyevanın valideynlərinin Sankt-Peterburqda yaşamasına, onun Rusiya vətəndaş olmasına baxmayaraq, mərhum tarixi vətənində dəfn ediləcək.
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir