Tətildə xəstələnməmək üçün nə etməli?

Tətildə xəstələnməmək üçün nə etməli?Tətil zamanı turist ishali, qrip, hepatit A, tif və pnevmoniya kimi xəstəliklərdə artım müşahidə olunur.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, yoluxucu xəstəliklər üzrə mütəxəssis Elif Hakko bayram tətilini də sağlam şəkildə başa vurmaq üçün vacib məsləhətlər verib.
Həmin məsləhətləri təqdim edirik:
1. Tətildə allergiya, diabet, ürək və ya xərçəng kimi xəstəlikləri olanlar daha diqqətli olmalıdırlar. Müntəzəm olaraq istifadə etmələri lazım olan dərmanları qəbul etsinlər.
2. İshaldan qorunmaq üçün əllər tez-tez yuyulmalıdır.
3. Qapalı butulkalarda satılan suya üstünlük verilməlidir. Kran suyu və bu sudan hazırlanmış buz tərkibli içkilərdən çəkinmək lazımdır.
4. Gigiyena baxımından etibarlı olmadığı üçün qablaşdırmasız qidalara üstünlük verilməməlidir.
5. Dəniz məhsulları, bişməmiş ətlər, qabığı soyulmamış meyvələr, souslar və salatlar kimi potensial riskli qidalardan mümkün qədər uzaq durmaq lazımdır.
6. Hamilə qadınlar üçün ən uyğun səyahət vaxtı 3-6 ay arasındadır. Bu dövrdə tətilə gedənlər də ani hərəkətlərdən, suya tullanma və su xizəyi kimi fəaliyyətlərdən uzaq durmalıdırlar. Unutmasınlar ki, hamilə və uşaq əmizdirən qadınlar hər dərmanı asanlıqla istifadə edə bilmirlər. Ona görə də xəstələnməməyə daha çox diqqət etməlidirlər.
7. Nəqliyyat vasitələrində olarkən yaranan ürək bulanma və ya sonrasında baş verən "jet lag" da səyahətin keyfiyyətini aşağı sala bilər. Müəyyən dərmanlar qəbul etməklə bu vəziyyətlərin qarşısını ala bilərsiniz.
8. Xaricdə tətillər zamanı yerindən asılı olaraq lazımi peyvəndlər edilməlidir. Ən çox ağıla gələn infeksiyalar səyahətçi ishali, malyariya, sarı qızdırma, vəba, hepatit A və B, tif, pnevmoniya, qripdir. Peyvənd seçimi səyahət ediləcək ölkə, şəxsin immun statusu, əvvəlki peyvəndlər, baş verərsə infeksiyanın şiddəti və peyvəndin əks-təsirləri nəzərə alınmaqla həyata keçirilir.
9. Uzaq məsafəyə səfərlər zamanı uzun müddət hərəkətsizlik nəticəsində ayaqlarda laxtalanma tez-tez rast gəlinən problemdir. Bu vəziyyət xüsusilə yaşlılarda, ürək xəstəliyi və ya şəkərli diabeti olan insanlarda rast gəlinir və təhlükəli hal ala bilər. Odur ki, laxtalanma əleyhinə dərmanlarla bu halların qarşısı alınmalıdır.
Milli.Az
​

Xəbərlər     Baxılıb: 1503   Tarix: 15 iyun 2024
f Paylaş

Oxşar xəbərlər

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

turlar.az

qadin dunyasi yay kolleksiyasi kosmetika mehsullari dirnaq maskalari ilk tibbi yardım berguzar korel uc baci dolmasi kosmetika sac modelleri sevda hüzeyir hacibəyov aysel haxisda