Teylor Sviftin Vyana konsertləri ləğv edildi - Bu səbəbdən
İŞİD-in hücum planının son anda qarşısı alındıqdan sonra Taylor Sviftin Vyana konsertləri ləğv edilib.
azxeber.com xarici mətbuata istinadən xəbər verir ki, təşkilatçılar "Ernst Happel" stadionunda baş tutacaq 3 günlük konsertin terror təhlükəsi səbəbindən ləğv etdiklərini açıqlayıb.
Polis mənbələri Vyananın cənubundakı Ternitzdə valideynlərinin evində yaşayan 19 yaşlı şübhəlinin çərşənbə günü səhər həbs olunduğunu bildirib. İkinci şübhəli isə günorta saatlarında tutulub.
19 yaşlı şübhəlinin evindən partlayıcı hazırlamaq üçün istifadə oluna biləcək materiallar aşkar edilib.
Səlahiyyətlilər bildiriblər ki, konsertlər hələ də tam təhlükəsiz deyil və araşdırmalar davam edir. Digər mümkün cinayət ortaqlarının istintaqı davam edir.
Qeyd edək ki, Svift daha əvvəl "Elle" jurnalına verdiyi müsahibədə konsertdə terror xarakterli hücumun onun ən böyük qorxularından biri olduğunu demişdi.
Gülay









Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Daha bir ölkədə hantavirus aşkarlandı
Bu ölkədə daha bir nəfərdə hantavirus aşkarlandı
Məşhur aktyor xərçəngdən vəfat etdi - FOTO
Məşhur aktrisa Fələstin üçün yeni şirkət quracaq
Survivor'un məşhur siması BOŞANDI
Ölümcül virus təhlükəsi: 190 nəfər həyatını itirdi
Maykl Ceksonun 'gizli ailəsi'ndən müğənni ilə bağlı dəhşətli iddialar
Oxumaqlarım yox, danışdıqlarım viral olur' - Əməkdar artist
Avroviziya mahnı müsabiqəsi başlayır - İlk yarımfinalçların adları