Tez arıqlamağın ən asan yolu: bu ot çaylarından için

Tez arıqlamağın ən asan yolu: bu ot çaylarından içinBəzi otlar var ki, onlar arıqlamağa kömək edir. Bu otların orqanizmə olan təsiri müxtəlifdir - bəziləri orqanizmdə gedən mübadilə proseslərini sürətləndirir, digərləri iştahanı azaldır, bəziləri yüngül işlədici və ya sidikqovucu təsir edir.
Məhz bu səbəbdən arıqlamaq məqsədi ilə otları tək-tək deyil, yığım şəkildə istifadə etmək lazımdır. Bu halda təsir daha effektli olur.
Milli.Az modern.az-a istinadən arıqlamaq üçün olan bir neçə ot çayı resepti təqdim edir:
Təqdim olunan çayları növbələşdirmək olar - bir həftə bir dəmləmə, növbəti həftə digər dəmləmə və s. Bu halda effekt daha yaxşı olacaq.
Arıqlamaqdan əlavə bu çaylar orqanizmi müxtəlif ziyanlı maddələrdən təmizləyir, cavanlaşdırır, mübadilə prosesləri, bağırsaqların fəaliyyətini yaxşılaşdırır. Beləliklə, insan arıqlamaqdan əlavə öz orqanizmini daha sağlam edir.
1. Hər otdan 1 xörək qaşığı olmaqla kətan toxumu, razyana, qarğıdalı saçaqları, çobanyastığı, dəvədabanı və 1 çay qaşığı zəncəfil tozu yaxşı qarışdırılır. Hər gün bu qarışıqdan 1 xörək qaşığı götürüb 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmləyin, süzün və hər qida qəbulundan 20 dəqiqə əvvəl stəkanın 1/3 hissəsi olmaqla qəbul edin. Qarışıq qurtarana kimi dəmləməni qəbul edin.
2. 1 çay qaşığı qurudulmuş dəniz yosunları (apteklərdə satılır), 1 çay qaşığı xırda doğranmış şüyüd, 1/2 çay qaşığı cirə, bıcağın ucunda darçın qarışdırılır, 30 dəqiqə ərzində 1 stəkan qaynar suda dəmlənilir və süzülür. Bu dəmləməni hər qida qəbulundan 20 dəqiqə əvvəl stəkanın 1/3 hissəsi olmaqla için. Dəmləməni 1 həftə ərzində qəbul edin (dəmləmə hər gün təzə olmalıdır).
3. 1 xörək qaşığı razyana, 1 xörək qaşığı solmaz çiçəyi, 1 xörək qaşığı itburnu, 1 çay qaşığı səna otu, 1 çay qaşığı sarıkök yaxşı qarışdırılır. Hər gün bu qarışıqdan 1 xörək qaşığı götürüb 1 stəkan qaynar suda dəmləyin və süzün. Dəmləməni qida qəbulundan 20-30 dəqiqə əvvəl stəkanın 1/3 hissəsi olmaqla qəbul edin.
Belə çayları uzun müddət ərzində qəbul etmək olmaz. 2 ay ərzində qəbul edin, sonra 1 ay fasilə edin və yenə də təkrar edin.
Çayları qəbul etdikdən əvvəl mütləq həkimlə məsləhətləşin. Bəzi böyrək, qaraciyər və mədə-bağırsaq sistemi xəstəlikləri bu otların qəbulu üçün əks göstəriş sayılır. Nəzərə alın ki, hətta ən "zərərsiz" otlar müəyyən vəziyyətlərdə insanın sağlamlığına ziyan vura bilər, bu insanda olan xəstəliyin kəskinləşməsinə və ağırlaşmasına səbəb ola bilər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1890   Tarix: 29 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

turlar.az

geyim şəkilləri həkim məsləhəti adlarin menasi qızartma reseptləri ekzema xəstəliyi seksual hereketler nermin ibrahimova kosmetika maska azerbaycanli is adami amerikada gullelendi bayatılar üzeyir hacıbəyli novruz bayramına aid hakışda