Tibbi dərmanlarla bitki dərmanlarını eyni vaxtda qəbul etmək olmaz - ARAŞDIRMA

Tibbi dərmanlarla bitki dərmanlarını eyni vaxtda qəbul etmək olmaz - ARAŞDIRMA"The Telegraph" qəzeti alimlərə istinadən yazır ki, statinlər və antidepressantlar kimi dərmanları qəbul edən və ya xərçəng terapiyasında olan pasientlər dərman bitkilərindən istifadə etməməlidirlər.
Bir çox adamlar tibbi dərmanlarla yanaşı adi dazı və jenşen kimi ilk baxışdan ziyansız görünən təbii vasitələri də qəbul edirlər.
Lakin Cənubi Afrika Tibb Araşdırmaları Mərkəzində aparılmış təcrübələr tibbi dərmanlarla yanaşı bitki dərmanlarını qəbul edənlərin 28 faizinin səhhətinin ciddi təsirə məruz qaldığını göstərib.
Məlum olub ki, adaçayı, adi kətan, adi dazı, mərcanı, yaşıl çay və çobanyastığı kimi bitkilərdən hazırlanmış vasitələr ürək-damar xəstəlikləri zamanı qəbul edilən tibbi dərmanlarla təhlükəli reaksiyaya girə bilər.
Antidepressant qəbul edənlər və xərçəng terapisyasından keçənlərdə də dərmanlarla təbii vasitələr arasında təhlükəli reaksiyalar qeydə alınıb.
Alimlər bildirirlər ki, bir çox pasientlər bir qayda olaraq dərmanlarla yanaşı bitki vasitələrindən istifadə etdiklərini müalicə edən həkimlərdən gizlədirlər. Onların fikrincə, bundan xəbərsiz olan həkimlər tibbi dərmanlarla mümkün reaksiya haqqında da məlumatsız qalırlar.
"Bitki dərmanlarının və tibbi dərmanların eyni vaxtda qəbul edilməsi yüksək qan təzyiqi, xərçəngi, diabeti, qıcolmaları və depressiyası olanlar arasımda xüsusilə geniş yayılıb" -professor Charles Awortwe deyir
Alimlər bildirirlər ki, belə halların mümkün fəsadları barədə pasientlərə ciddi xəbərdarlıq edilməlidir.
Britaniyadakı Exeter Universitetinin professoru Edzard Ernst-in fikrincə, həkimlər öz pasientlərinə açıq və qəti şəkildə bildirməlidirlər ki, tibb dərmanları ilə bitki dərmanlarının bir yerdə qəbulu yolverilməzdir.
Professor bunu da əlavə edib ki, bitki dərmanlarının təsiri hələlik tam öyrənilməyib.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1514   Tarix: 25 sentyabr 2022
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

turlar.az

gözəllik məhsulları geyim dəbləri kosmetoloq uşaq dünyası sabir haciyev əli əmirli tarixdə iz qoyanlar kosmetika kurtlar vadisi heyati rəksanə balıq xerceng