"Toylar var və necə lazımdır gedir..." - Baloğlan Əşrəfov

"Toylar var və necə lazımdır gedir..." - Baloğlan Əşrəfov"Kimsə daha belə toyların olmayacağını deyirsə, o, adamın kökünü araşdırmaq lazımdır. Mən özüm əlli ildir ki, toya gedirəm, Azərbaycana məxsus olan bu gözəl ənənə bilmirəm ki, nə zaman dəyişəcək".
Open.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında Əməkdar artist Baloğlan Əşrəfov deyib. Müğənni toyların formatının dəyişdirilməsinin imkansız ailələrə ziyanı olacağını bildirib:
"Azərbaycanın öz adət-ənənəsi var, olub və olacaqda da. Kimsə daha belə toyların olmayacağını deyirsə, o, adamın kökünü araşdırmaq lazımdır. Mən özüm əlli ildir ki, toya gedirəm, Azərbaycana məxsus olan bu gözəl ənənə bilmirəm ki, nə zaman dəyişəcək. Bəziləri deyir ki, toylarda pul salmaq yığışdırılamlıdır. Bu bədbəxt kasıbın balası gedib ordan-burdan pul tapıb qırx ildi toya gedir ki, balamın toyu olanda verdiklərimi geri alım. O pulla övladıma ya ev, ya da mebel alım. Hamı bunu öz arşını ilə ölçür, belə olmaz axı. Elə adamlar var ki, dövlətdən oğurluq edib, milyonları var, min dənə toy etsə, heç zərrə qədər ona təsir etməz. Ona görə deyir ki, toylarda pul salmaq yığışdırılamıdır. Adamların axı aylıq 1000 manat gəliri yoxdu axı. Bunu fikirləşmirlər?".
Müğənni musiqi dostlarının toylarda iştirak etmək üçün Moskvaya üz tutduğunu bildirib:
"Elin adət-ənənəsini kiminsə dəyişmək imkanı varsa, dəyişsin. Allah canını sağ eləsin. Dəfələrlə bu cür çıxışlarıma görə məndən inciyiblər. Amma indi musiqiçi dostlarım, tanışlarım Moskvada toya gedirlər. Onda Moskvada koronavirus yoxdur? İndi baxıram ki, bizdə də xırda toy məclisləri orda-burda olur. Amma bu oyunbazlıqları niyə görə edib pandemiyanın ayağına yazırlar, bilmirəm. Neynək, qoy yazsınlar, özləri bilər".
B.Əşrəfov insanları çaş-baş salan mütəxəssislərin də fəaliyyətini tənqid edib:
"Son zamanlar dünya alimləri də insanları çaşdırır. Bir də görürsən ki, professor çıxıb deyir ki, maska virus mənbəyidir. Biri belə deyir, digəri isə başqa cür deyir. Onda da millət bilmir ki, başına haranın daşını töksün. Əgər bir professor, tanınmış alimlə, bizim alimlərin dedikləri üst-üstə düşmürsə, onda sən bu millətin halına gəl yan. Onda millət necə eləsin? Təmiz, bəzəkli şadlıq evləri haqda elə danışırlar ki, guya bura zibil mənbəyidir. Halbuki ondan da dəhşətli yerlərdə elə şeylərə icazə verirlər ki, o şadlıq evlərində 4 nəfər otura bilər. Pandemiyadan qabaq o şadlıq evlərində həmişə təmizlik olub. Ancaq bu qadağanı şadlıq evlərinə tətbiq ediblər. Bilmək istəyirsənsə, toylar var və əməlli-başlı necə lazımdır gedir".

Şou Biznes     Baxılıb: 2011   Tarix: 08 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

.

Necla Uyqur vəfat etdi

Türkiyəli aktrisa Necla Uyqur 89 yaşında vəfat edib. Sənətçinin vəfatı ilə bağlı oğlu Behzat Uyqur sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Necla Uyqur mərhum aktyor Nejat Uyqurun həyat yoldaşı olub. Cütlüyü

.

Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq

Türkiyənin məşhur aktrisası Hande Erçel hadisələri Almaniyada cərəyan edən "Diaspora" adlı dram filmində baş rolu canlandıracaq. Bu barədə "Deadline" nəşri məlumat yayıb. Filmin rejissoru və ssenarist

.

Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı

Argentinalı futbolçu Mauro İkardi Vanda Nara ilə rəsmən boşandığını elan edib. Bu barədə hücumçu sosial şəbəkə hesablarında bəyan edin. İkardi Milan məhkəməsinin nikahın rəsmən ləğv edilməsi barədə qərar çıxardığını və 2024-c

.

Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü

Türkiyəli müğənni Atilla Taşın qızı Sezen Taş Mersində binanın 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirib. Hadisə səhər saatlarında Erdemli rayonunun Çeşməli məhəlləsində yerləşən "Liparis 5" yaşayış kompleksind

.

Uzak şehir'in aktrisası onunla eşq yaşayır

"Bridgerton" serialının ulduzu Kori Milkristlə türkiyəli aktrisa Çağla Şimşəklə münasibətə başlayıb. Cütlük bazar ertəsi ilk dəfə görüşə çıxıb. Qeyd edək ki, Kori Milçrist "Bridgerton" serialında "Kra

.

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşl

.

Ferhat Göçer Bakıda konsert verəcək

Hər zaman fərqli, maraqlı və rəngarəng layihələri ilə seçilən tanınmış təşkilatçı Eyyub Hüseynzadə bu dəfə də musiqisevərlərə unudulmaz gecə yaşatmağa hazırlaşır. xəbər verir ki, onun təşkilatçılığı ilə Türkiyənin sevilə

.

Narkobaronla dava etdi deyə başqa yerə köçürüldü

"P.Diddy" kimi tanınan amerikalı reper Şon Kombs Nyu-Cersidəki həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb. Bu barədə TMZ nəşri məlumat yayıb. Nəşr yazır ki, Allenvud həbsxanasınd

.

Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu

Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən

turlar.az

yemek reseptleri geymler 2026 kosmetoloq murebbeler seksin növləri gozlerin bezenmesi heyvanlar kosmetika narin faydasi aslan gozellik tərəzi vətən haqqında bayatı