Türkiyədə faciəvi şəkildə ölən tələbə Azərbaycanda yüksək vəzifəli məmurun oğludur – VİDEO
Azərbaycanlı gənc başqa bir qəzanın qarşısını almaq üçün yola reflektor qoymaq istədi, amma özü qəzanın qurbanına çevrildi.
A24.Az İstanbulda faciəvi şəkildə həyatını itirən tələbə ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Criminal.az saytına daxil olan məlumata görə, "Cip"də düşdüyü yol qəzasında dünyasını dəyişən Fərman Məmmədli yüksək vəzifəli məmurun oğludur.
Türkiyənin özəl universitetlərindən birində mühəndislik fakultəsində oxuyan 20 yaşlı Fərman Məmmədli Azərbaycan dövlət nömrə nişanlı avtomobili ilə qız dostu ilə Ədirnə şəhərinə doğru gedirmiş.
Yolda məlum olmayan səbəbdən Fərman anidən idarəetməni itirərək qəza törədib. Qəza zamanı avtomobil beton arakəsməyə dəyib. Maneəyə zərblə çırpılan avtomobildən həm Fərman, həm də qız dostu salamat çıxıb. Daha sonra 20 yaşlı gənc azərbaycanlı qız dostunu taksi ilə evinə yola salıb, avtomobilini yoldan çəkmək üçün evakuator çağırıb və digər sürücülərə mane olmasın deyə yola reflektor qoymaq istəyib. Elə bu zaman qarşı tərəfdən gələn başqa bir avtomobil onu vurub. "Təcili yardım" çağırılsa da, azərbaycanlı gəncin həyatını xilas etmək mümkün olmayıb.
F.Məmmədli "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin nəzdində təsərrüfat hesablı Tikilməkdə Olan Obyektlərin Müdirliyində müavini vəzifəsində çalışırmış. Fərman isə 3 bacının bir qardaşı idi.
F.Məmmədlinin cənazəsi Bakıya gətirilərək dəfn olunub.
Qadinsayti.az Türkiyə mediasında yayımlanan videomaterialı təqdim edir:
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Pünhan Piriyev nişanını geri qaytarıb? - Özündən açıqlama
Azərbaycanda daha bir məşhur veriliş bağlandı
12 illik evlilik bitdi - BOŞANDILAR
Ramal desə ki, sənəti at, ataram' - Rəqqasə Fatimə
Buna görə 20 kiloqram arıqladım' - Əməkdar artist
Bu əlamətlər bağırsaq probleminin göstəricisidir
Mən aparıcı deyiləm, xanəndəyəm' - Zaur Kamalın verilişini o aparacaq?