Ürəyi məhv edən yağ

Ürəyi məhv edən yağ"Transyağlar" sözünü hardasa eşitmisiz. Görməmisiz, çünki satışda üzərində "transyağ" yazısı olan yağ satılmır. Aldığınız qidaların, fast-fudun, bir çox ərzaq və şirniyyatların etiketində bu söz yazılmır.
Gənc qadınlarda hamiləlik dövründə damarlar tutulur, varikoz, tromboz, gənc kişilərdə ayaqlarda, ürəkdə əsas damarların tutulması, infarkt, uşaqlarda qan pozulması, nevroloji xəstəlikər, ürək-damar problemləri - hamısı damar tıxanmasının nəticəsidir. Damarlar xolesterin, yağlı kirəclərlə daralır. Mütəxəssislər əhalidə kütləvi şəkildə damar tutulmasının səbəbini qidalanmada və yağlarda görür.
Bu yağların başında isə trans yağlar gəlir. Transyağ nədir, necə alınır, niyə təhlükəlidir.
Milli.Az bu transyağların təsiri barədə araşdırmanı təqdim edir:
Nədir transyağ?
Transyağ - süni yolla alınan modifikasiya olunmuş molekuldur, bu molekul marqarin və rafinə olunmuş yağların tərkibində olur. Hər bir tərkibində rafinə olunmuş yağ və marqarin olan qida məhsulunun içində bu molekul yaranır: hazır yeməklər, restoran qidaları, fast fud, yarımfabrikatlar, tortlar, konfetlər, şokoladlar, şirniyyatlar, xəmir məmulatları...
Hər şey insanlığın yağa tələbatının artması və qida sənayesinin bunu ucuz yolla ödəməsinin mümkün olmamasından sonra başladı. İşbazlar, sənaye nəhəngləri müasir, daha sərfəli, guya tərkibi yaxşılaşdırılmış bitki yağları istehsal etməyə başladılar, bu yağlar daha uzun müddət saxlanıla bilirdi.
Son olaraq trans yağlar - doymamış yağ növü icad edildi.
İlk belə yağın üzərində 1911-ci ildə işlər gedib. Belə yağ tərkibli ilk qidalar ABŞ bazarlarında aktiv satılırdı.
Müasir qida industiyası bütövlükdə trans yağların üzərində qurulub: o, ucuzdur, dadsızdır, qoxusuzdur, xarab olmur.
Dünya Səhiyyə Təşkilatı neçə illərdir bu yağların qida məhsullarının tərkibindən birdəfəlik çıxarılmasını tövsiyə edir, lakin heç bir qida nəhəngi buna məhəl qoymur.
Transyağları insan orqanizmi həll etmir, qan onu daşıya bilmir, qaraciyər tanımır, damarlarda çöküntü yaradır. Ona görə neçə kilometrlərlə uzanan və bütün orqanları qan və oksigenlə təmin edən arteriyalar, venalar, hətta kapilyarlar da transyağların əsirinə çevrilir.
Transyağların orqanizmə sübut olunmuş zərərləri:
- İmmuniteti zəiflədir
- Süd verən qadınlarda südü azaldır
- Kişilərdə testosterini zəiflədir
- Ürəyin işemik xəstəliyi, ateroskleroz, magistral damarları tutur
- Görməni zəiflədir
- Piylənmə, diabet
- Stresə davamlılığı azaldır
Süfrəmizdəki transyağlar
Məsələ təkcə marqarindən uzaq durmaqla bitmir. Bu siyahı çox uzundur və gündəlik qidamızda istər-istəməz var.
Siyahı ilə tanış olun:
- Keyfiyyətsiz, ucuz kərə yağı, buterbrod üçün yağlar, rafinə olunmuş bütün bitki yağları
- Ağ un məmulatları, ağ çörək
- Früterdə bişirilmiş bütün fast fud növləri, kartof-fri
- Südlü şokolad
- Dondurma
- Qaymaq
- Kremli desertlər
- Mağazada satılan bütün növ konditer məhsulları, şirniyyatlar
- Qəhvəyə qatılan quru qaymaq
- Kolbasa, sosis
- Quru şorbalar
- Dondurulmuş yarımfabrikarlar
- Mayones, ketçup, pendirli souslar
- İstənilən yağlı qida və ən yaxşı yağda hazırlanmış yemək mikrodalğalı sobada təkrar yüksək həddə qızdırılan kimi onun tərkibində transyağ əmələ gəlir. Dəfələrlə yeməyi isidib yemək buna görə zərərlidir.
Təhlükəli hədd
Deyirlər insan orqanizmi üçün bu təhlükə sutkada 3-4 qram transyağ qəbul etdikdə yaranır. Amma bu dəqiq deyil. Üstəlik kim bu həddi hesablayacaq? Kim dəqiq bilir ki, gün ərzində nə qədər transyağ yeyib?
Etiketdə çox zaman bu yağ bitki yağı, marqarin, kulinar yağlar, früiter yağı kimi yazılır. Eləcə də peçenye, sous, vafli, kreker və ya qutuda hər hansı şirniyyatın üzərində "hidroqenirizə olunmuş", "qismən hidrogenizə olunmuş yağ" sözünü görsəniz bilin ki, söhbət elə transyağdan gedir.
Xilas olmaq mümkündürmü?
O halda ki, Dünya Səhiyyə Təşkilatı, qida təhlükəsizliyi intitutlarının çağırış etdiyi kimi ümumilikdə qida sənayesindən bu yağ çıxarılsın. Bu isə yaxın gələcəkdə baş tutmayacaq. O zaman gərək bütün ərzaq məhsullarının qiyməti qalxsın, istehsal düşsün, mağazalar boşalsın.
Həkimlər bildirir ki, bir insan əgər transyağdan imtina edib, tamamilə qəbul etməsə, onun orqanizmində olan bu yağ qalıqları 3 ilə təmizlənəcək. Bəs siz bu qədər ərzaqdan imtina etməyə hazırsızmı?
Özünüzə qadağa qoyun:
- Küçədə früterdə, bir qabda dağ edilmiş yağda saatlarla bişən ponçik, peraşki, şirniyyat, xəmir məmulatı, kartof fri, fast-fud yeməyəcəksiz;
- Dondurulmuş qidalardan, asan hazırlanan tənbəl malı yarımfabrikatları almayacaqsız;
- Ucuz yağ, mayonez, ketçupdan imtina;
- Yalnız təmiz süddən və yağdan hazırlanmış məhsullar axtaracaqsız.
Ac qalmaq səni bəlkə də öldürməyəcək, ucuz və çox yemək sonunu gətirir
"Bəs nə yeyək, maaşım, gəlirim buna çatır: uşaqlarım ac qalsın?" deyirsiz. Bəlkə də haqlısız. Amma siz bu ucuz transyağlardan, marqarinlərdən, süni əlavələrdən hazırlanmış bir market zənbili ərzağı aldıqca, bu qatil qida sənayesi maqnatları o qədər böyüyür, varlanır.
Biz onlara zibil kimi lazımsız qidaya görə milyardlar qazandırırıq. Belə qidalara xərclənən pullarınız havaya sovrulmuşdur.
Bəlkə də siz aylarla yağ yeməyib hər gün cəmi 10 qram təmiz kərə yağı, quyruq, zeytun yağı yeməklə ölməyəcəksiz, əksinə sağlam, uzun ömür yaşayacaqsız, nəinki hər gün dolu süfrədə oturub, transyağla hazırlanmış qidaları yeməklə. /medicina.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1811   Tarix: 01 mart 2021
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

turlar.az

toy makiyajlari yemek reseptleri donlar 2026 makiyaj balıq yağı usaq saclarinin yigilmasi süfrə bəzədilməsi kosmetika azerb clpaq qadinlari burcler baliq qadin saglamlig qiz adlari