UŞAĞIN İMMUNİTETİNİN, GEMOQLABİNİN AŞAĞI OLMASINI HƏKİMƏ GETMƏDƏN, ANALİZ VERMDƏN EV ŞƏRAİTİNDƏ YOXLAYIN!

UŞAĞIN İMMUNİTETİNİN, GEMOQLABİNİN AŞAĞI OLMASINI HƏKİMƏ GETMƏDƏN, ANALİZ VERMDƏN EV ŞƏRAİTİNDƏ YOXLAYIN!İmmun sistemi orqanizmi daxili və xarici "düşmənlərdən" - mikroblar (viruslar, bakteriyalar, göbələklər), yad hüceyrələr və orqanlardan (qanköçürmə və orqan köçürülməsi zamanı), özünün dəyişmiş hüceyrələrindən
(onkoloji xəstəliklərdə) qoruyur. Bütün bunlar sağlam immun sistemi tərəfindən yerinə yetirilir.
Müxtəlif zərərli faktorların (müxtəlif xəstəliklər, natamam qidalanma, radiasiya və digər zərərli ekoloji faktorlar, xroniki stres halları) təsiri altında zədələnmiş immun sistemi öz funksiyasını tam şəkildə yerinə yetirə bilmir. 3-5 yaşına qədər olan uşaqlarda immun sistemi öz vəzifəsini tam şəkildə yerinə yetirə bilmir, sonra isə sanki "özünu bərpa edir". Ancaq bəzi uşaqlarda "özünü bərpa etmə" 5 yaşından sonra da baş vermir. Onlar yenə də tez-tez və uzun muddət soyuqdəymə ilə, virus infeksiyaları ilə, irincikli xəstəliklərlə xəstələnirlər. Bu xəstəlikləri keçirərkən onların immun sistemi daha da zəifləmiş olur.
İmmuniteti aşağı olan uşaqlarda ilk növbədə KRVİ, qrip xəstəlikləri yüksək hərarətlə müşayiət edilir, onlarda xroniki angina, tez-tez təkrarlanan bronxitlər, hətta pnevmoniyalara da rast gəlinir. Bundan başqa, belə uşaqlarda ishal, səbəbsiz köp və qarın ağrıları da xarakterik hesab olunur. Bəzi uşaqlarda sidik sistemi xəstəlikləri də təsadüf edilə bilər.
İmmuniteti aşağı olan uşaqlarda hər kiçik yara irinləyərək sağalması uzun müddət çəkərək dəridə çapıq əmələ gəlməsi ilə başa çatır. Onlarda tez-tez dodaq ətrafında, ağızda herpetik səpgilər əmələ gəlir, həmçinin müalicəyə pis tabe olan göbələk xəstəlikləri də olur (müalicədən bir qədər sonra təkrarən yenə də əmələ gəlirlər). Bundan başqa, immuniteti aşağı olan uşaqlarda bir çox limfatik (çənəaltı, ön və arxa boyun, körpücüküstü və altı, qoltuqaltı, qasıq) düyünlərinin böyüməsi də müşahidə edilir. Bəzi uşaqlarda dalaq da böyümüş ola bilər. Bundan başqa, belə uşaqlarda adenoid və badamcıqların böyüməsi də müşahidə edilir. Ancaq onu da qeyd etmək vacibdir ki, böyumüş limfa düyünləri yumşaq, toxumalarla və dəri ilə birləşməmiş, ağrısız olurlar. Bu da öz-özlüyündə xəstəlik hesab edilmir.
"Pis" immun sistemi bir çox zərərli faktorlara (toz, bitki tozları, qida maddələri, kimyəvi maddələr və s.) daha aktiv şəkildə reaksiya verə bilər ki, bunun nəticəsində allergiya adlanan xəstəlik əmələ gələ bilər. Uşaqlarda allergiyanın əmələ gəlməsinin əsas səbəbi də immunitetin aşağı olması hesab olunur.
saqlamheyat.az

Xəbərlər     Baxılıb: 1999   Tarix: 20 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq

Vitaminlərin və qida əlavələrinin nizamsız və həddindən artıq istifadəsi zəhərlənməyə və qaraciyər çatışmazlığına səbəb ola bilər. xəbər verir ki, türkiyəli professor Dr. Ərtuğrul Kıykım,  ABŞ-da dərmanların yaratdığı qaraciyə

.

Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir

Müasir paltaryuyan maşınlar müxtəlif proqramlarla təchiz olunsa da, onların hamısı gündəlik istifadə üçün uyğun deyil. Bəzi rejimlər effektiv görünsə də, əslində paltarların keyfiyyətini aşağı salır və ömrünü qısaldır. xəbə

.

Böyük sağlamlıq faydaları VAR

Yaşıl soğan (göy soğan) həm qida, həm də sağlamlıq baxımından olduqca faydalı tərəvəzlərdən biridir. Hər mövsüm tapa biləcəyiniz bu tərəvəzi qida rasiyonunuza mütləq əlavə etməlisiniz. .  xəbər verir ki, mütəxəssislər soğanı

.

Paket çaylar suya milyardlarla mikroplastik buraxır? - Araşdırma

Son dövrlərdə sosial mediada geniş yayılan iddialardan biri də paket çayların suya milyardlarla mikroplastik buraxması ilə bağlıdır. xəbər verir ki, bu fikir ilk baxışda narahatedici görünsə də, mütəxəssislər onun tam olara

.

Dişlərimizi gündə fırçalamaq xeyirdirmi? - Vacib tövsiyələr

Dişlərin gündəlik fırçalanması sağlam həyat tərzinin ayrılmaz hissəsidir. Mütəxəssislər bildirirlər ki, dişləri hər gün düzgün qaydada təmizləmək diş çürüməsi və diş əti xəstəlikləri riskini ciddi şəkildə azaldır. xəbər veri

.

Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır

Yeni elmi araşdırma gec saatlara qədər oyaq qalma vərdişinin sağlamlığa mənfi təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, mütəxəssislər bildirir ki, "gecə bayquşu" kimi tanınan insanlar ürək-damar xəstəliklər

.

5 ədəd badam yeyib idman et, gör NƏ OLUR

Gündə 5 qoz-fındıq yemək məşqin yağ yandırma təsirini artırır. Qoz-fındıq həmçinin intensiv məşqdən sonra gərginliyi və ağrını azalda bilər.  xəbər verir ki, bunu diyetoloq Vasilisa Ponomaryova yeni elmi araşdırmadan danışarkə

.

Restoranda sifariş etdiyiniz bu qidalar sağlamlığınızı məhv edir

Çöl qidalanması keyifli olmalıdır, lakin aşağıdakı məqamlar bu keyfi xəstəxanada bitirə bilər:. "Günün şorbası" əslində "Dünün şorbası" ola bilər. Bir çox məkanda günün şorbası mətbəxdəki israfın qarşısın

.

Bu üsullarla quru öskürəkdən tez qurtulmaq mümkündür

Quru öskürək bir çox insanın qarşılaşdığı narahatedici problemlərdən biridir və xüsusilə mövsüm dəyişikliklərində daha çox yayılır. Mütəxəssislər bildirirlər ki, bu tip öskürək adətən boğazın qıcıqlanması, viral infeksiyala

turlar.az

geyim və ayaqqabılar geyim şəkilləri gozel gorunmek valideyne aid statuslar masaj edirem agardici maskalar resepti kampotlarin hazirlanmasi kosmetika big.az seksler tərəzi bürcü veten haqqinda atalar sozu veten