Uşağın qırxı çıxdıqda hansı mərasimləri etmək lazımdır?

Uşağın qırxı çıxdıqda hansı mərasimləri etmək lazımdır?Uşaq üçün təhnik (xurma və yaxud bal kimi şirin bir şeyi uşaq doğulanda onun ağzına qoymaqdır) və dua etmək müstəhəbdir (bəyəniləndir). Əbu Musa (Allah ondan razı olsun) belə deyir: "Mənim oğlum olmuşdu. Onu Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına apardım. O, uşağa İbrahim adını qoydu. Sonra barmağının ucuna xurma qoyub uşağın ağzına sürtdü və onun üçün dua edib Allahdan bərəkət dilədi və sonra uşağı mənə qaytardı". Bu uşaq Əbu Musanın böyük uşağı idi". (Buxari 5150; Muslim 2145).
2) Birinci və yaxud yeddinci gün uşağa ad qoymaq. Milli.Az zikr.az-a istinadən bildirir ki, Ənəs ibn Malikin (Allah ondan razı olsun) belə söylədiyi bildirilir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə dedi: "Bu gecə mənim oğlum oldu və ona atam İbrahimin adını qoydum". (Muslim, 3126).
Aişənin (Allah ondan razı olsun) belə söylədiyi bildirilir: "Allahın Rəsulu (salləllahu aleyhi və səlləm) Həsən və Hüseyin (Allah onların hər ikisindən də razı olsun) üçün yeddinci gün "əqiq" etdi və onlara ad qoydu". (İbn Hibban, 12/127; əl-Hakim, 4/264; Hafiz ibn Həcər hədisi "Fəthu-l-Bəri" kitabında (9/589) səhihləşdirmişdir).
3) Əqiq və sünnət etmək. Övladı olan insanın imkan daxilində əqiq qurbanı kəsməsi vacibdir. Oğlan uşağı üçün iki, qız uşağı üçün isə bir baş qoyun kəsilir. Salman ibn Amir əd-Dabbiyə (Allah ondan razı olsun) istinadən Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə buyurduğu bildirilir: "Doğulmuş uşaqla yanaşı "əqiqi" var. Onun əvəzinə qan axıdın və ona əziyyət verən şeyləri təmizləyin". (Tirmizi, 1515; İbn Məcəh: 2/1056, № 3163-3164; Nəsai, 4214; Əbu Dəvud, 2839; əl-Əlbəni hədisi "əl-İrva" əsərində (4/396) səhihləşdirmişdir).
Samura ibn Cundubun (Allah ondan razı olsun) xəbər verir ki, Allahın Rəsulu (salləllahu aleyhi və səlləm) belə dedi: "Doğulmuş hər bir uşaq "əqiqinə" bağlıdır. Yeddinci gün əqiq kəsilir, saçı qırxılır və ad qoyulur". (Tirmizi, 1522; Nəsai, 4220; Əbu Dəvud, 2839; əl-Əlbəni hədisi "əl-İrva" əsərində (4/385) səhihləşdirmişdir).
Həmçinin, ola bilsin ki, əqiqin digər faydalarından da biri, qohum-əqrəbanın və dost-tanışın "vəlimə" (ziyafət) münasibətilə bir yerə toplaşmasıdır.
4) Sünnət etdirmək. "Fitri sünnətlərdəndir". Oğlan uşaqlarını sünnət etdirmək vacibdir. Çünki bu təmizlikdir. Təmizlik isə öz növbəsində namazın şərtlərindən biridir. Əbu Hureyradan (radıyəllahu anhu) rəvayət edilir: "Beş şey fitrətdən sayılır: 1. Xitan (sünnət etdirmək); 2. Ayıb yerləri qırxmaq; 3. Qoltuğaltı tüklərini götürmək; 4. Dırnaqları tutmaq; 5. Bığları qısaltmaq". (Buxari, 18/245, № 5439-5550; Muslim, 2/67, № 257-377).
5) Yeni doğulan uşaqla bağlı sünnətlər arasında alimlər həmçinin azan verməyi də qeyd edirlər. Azan körpənin sağ qulağına oxunur. Məqsəd budur ki, dünyaya gələn körpənin ilk duyacağı kəlmə Tövhid kəlməsi olsun.
6) Körpənin başını qırxaraq başını zəfəranla yağlamaq olduqca faydalıdır.
7) Daha sonra isə saçının ağırlığı çəkisində qızıl və yaxud gümüş sədəqə verilir. Bunu yerinə yetirmək üçün mütləq saçı tərəzidə çəkmək vacib deyil. Bunu etmək çox çətindirsə, sadəcə saçın ağırlığını təxminən hesablamaq, qızıl və yaxud gümüşün dəyərinə bərabər kağız pul vermək kifayətdir.//milli.az

Xəbərlər     Baxılıb: 2009   Tarix: 07 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

turlar.az

aksessuarlar makiyaj instagram sac duzumleri nergiz pasayeva seksin növləri yay koftalari nermin ibrahimova kosmetika babasil namiq qaraçuxurlu englishdilində qulaq xanım az