Uşaqlara əmzik vermək lazımdırmı?

Uşaqlara əmzik vermək lazımdırmı?Südəmər uşağın xarici mühitdən aldığı reflekslərdən biri onun sorma qabiliyyətinin formalaşmasıdır. Bu təlabatı ödəmək üçün isə anaların ən çox istifadə etdikləri şey uşağın ağzına əmzik qoymaqdır. Anaların fikrinə görə əmzik uşağı sakitləşdirmək üçün istifadə edilən ən yaxşı vasitədir. Uşaqlarının sakit yatması üçün əksər analar uşaqlarını həyatlarının ilk günlərindən əmziyə öyrədirlər. Uşaqların əksəriyyəti də boş əmziyi əmərək yatırlar.
Lakin bəzi tibb işçiləri uşaların əmzik əmməsini yaxşı hal hesab etmirlər. Bəzən elə uşaqlar olur ki, onlar əmziyə bərk bağlanırlar və bu uşaqları əmzikdən ayırmaq çox çətin olur. Bu isə uşağın əmzikdən psixoloji asılılığını göstəricisidir.
Əmzik əksər uşaqlarda psixoloji asılılıq yaradır, uşağın formalaşmaqda olan ağzının dadını dəyişir. Əmzikdən asılı olmaq isə uşağın nitq qabiliyyətini korlayır, onun nitqinin inkişafını ləngidir. Hətta gigiyenik əmzik adı altında satılan əmziklər belə uşağın ağız dadının formalaşmasına mənfi təsir edir. Uşağın yaşı artdıqca isə əmziyin təmiz saxlamaq daha da çətinləşir.
Əmziklər iki tərkibli olur: silikondan hazırlanan və lateksdən hazırlanan. Onları bir-birindən ayırmaq üçün rənglərinə baxmaq kifayətdir. Silikondan hazırlanan əmziklər ağ rəngli - rəngsiz olur. Rezindən (lateks) hazırlananlar isə sarı rəngdə olur. Əmziklər uşağın yaş ölçüsünə uyğun olaraq hazırlanır. Bir aydan dörd aya kimi uşaqlar üçün, dörd aydan on iki ayına kimi olan uşaqlar üçün hazırlanan əmziklər fərqli olur.
Əmziklər formalarına görə də bir-birindən fərqlənirlər. Lateksdən hazırlanan əmziklər daha yumuşaq olur və uzun müddət istifadəyə davamsız olur. Silikondan hazırlanan əmzikləri isə uzun müddət istifadə etmək mümkün olur, amma onlar uşaqlarda allergiyanın əmələ gəlməsinə səbəb ola bilir.
Mütəxəssislər gənc anaları əmzikdən uzaq durmağa səsləyirlər və əmzik aldıqları zaman isə diqqətli olmağa səsləyirlər. Əmzik aldıqdan sonra isə uşağın onu tutub-tutmamağına diqqət yetirmək lazımdır. Bunun üçün bir-neçə əmzik alıb onu uşaq üzərində yoxlamaq lazımdır. Əmzik seçərkən isə onun möhkəmliyinə əmin olmaq lazımdır. Çünki yumşaq əmzikləri uşaqlar dişləyə bilirlər, bu da faciə ilə nəticələnə bilir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1093   Tarix: 02 iyul 2022
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

turlar.az

toy makiyaji sekilleri makiyaj instagram həkim məsləhəti arıqlamaq dietası insani ariqladan qidalar qızartma reseptləri yumurtlama dovru kosmetika veten haqqinda bayatilar sevda baldiza aid haxisda rəksanə veten seirleri