Uşaqlarda diatez

Uşaqlarda diatezAzyaşlı uşaqlarda allergiya ilkin olaraq özünü diatez (onu analar belə adlandırır) şəklində büruzə verir. İlk öncə uşağın üzünün dərisində qızartı və şişkinlik əmələ gəlir, dəri qabıq verir.
nosplitgif4.gif
Bir çox valideynlər bu əlamətlərin meydana gəlməsinə çox diqqətsiz yanaşır, onların gələcəkdə baş verə biləcək ağır xəstəliklərin əvvəli ola biləcəyindən heç şübhələnmirlər də.
Bəs diatez niyə əmələ gəlir? Uşağın həyatının ilk aylarında allergenlər (uşağın orqanizmi üçün yad olan zülallar) üçün ən əsas "görünməz gizli qapı" - mədəbağırsaq sistemidir. Ana südündəki zülallardan başqa, istənilən qida zülalı uşaq orqanizmi üçün yad olduğu üçün potensial şəkildə təhlükəli hesab edilir. Hətta ən yaxşı hesab edilən süni uşaq qidaları da ana südünü əvəz edə bilməz. Ona görə də anasının südü az olan və ya olmayan usaqlarda allergiyanın inkişaf etmə təhlükəsi, ana südü ilə qidalanan uşaqlara xeyli dərəcədə yüksək olur. Allergiyaya meylli olan uşaqları vaxtından əvvəl (5 ayından tez) əlavə qidalarla (sıyıqlar, meyvə və tərəvəzlər və s.) qidalandırmaq daha da təhlükəlidir.
Allergenlər tədricən bağırsaqlarda toplanmağa başlayır. Müəyyən bir vaxtdan sonra uşağın tam inkişaf etməmiş immun sistemi (bu sistem ancaq uşağın 5 yaşında tamam inkişaf olunur) onların öhdəsindən gələ bilmir və bu zaman allergiya inkişaf edir.
Böyük yaşlı uşaq orqanizmi bəzi hallarda qırmızı, sarı, bənövşəyi rəngli meyvələrə, yumurta sarısına, ət bulyonuna, balıq, şokolad, göbələk, bal, qoz və findıq, dəniz məhsulları, kəskin qida əlavələrinə dəridə allergik reaksiya ilə cavab verə bilər. 3-5 yaşa çatarkən uşaqların bir çoxunda diatez azalır, bəzən isə tamamilə yox olur. Bu zaman uşaq öz diatezini "yaşı ilə keçdi" deyirlər. Belə uşaqlarda adətən sonra nə qida məhsullarına, nə də digər fakrorlara qarşı allergik reaksiyalar baş vermir. Ancaq valideynlər diatezlərin müalicə olunmadan öz-özünə keçməsini gözləməməlidirlər.
Əlbəttə, diatez keçib gedə də bilər, ancaq müəyyən vaxt keçdikdən sonra onun daha ağır allergik xəstəliyə (hətta bronxial astmaya da) çevrilmək ehtimalı da az deyil! Ona görə də diatezin ilkin əlamətləri meydana çıxan kimi, uşağınızı mütləq həkim-allerqoloqa göstərmək lazımdır.
Həkim bəzi müayinələr (qanın analizi, dəridaxili sınaqlar) aparmaqla allergiyanın səbəbini müəyyən edəcək. Belə xəstələrin müalicəsi uşaqları allergenlərlə təmasdan uzaqlaşdırmaq və onlar üçün hipoallergik məişət şəraiti yaratmaqdan ibarətdir.

Saglamolun.Az

Xəbərlər     Baxılıb: 3716   Tarix: 20 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

turlar.az

sac duzumleri geyim dəbləri geymler 2026 mayasiz pizza xemiri maraqlı faktlar almaniya haqqinda melumat salat reseptləri kosmetika novruz hakista arxadan olmag klitor sağlamlığa aid atalar sözləri vətən haqqında bayatı