Uşaqlarda oynaq ağrıları – diqqət yetirilməsi vacib olan əlamətlər…

Uşaqlarda oynaq ağrıları – diqqət yetirilməsi vacib olan əlamətlər…Valideynlərin revmatoloqa müraciət etməsinin səbəblərindən biri də uşaqların oynaqlarında olan ağrılardır. Bu ağrıların səbəbləri fizioloji proseslər, yəni uşağın böyüməsi ilə davam edən mübadilə pozğunluqları ilə yanaşı, infeksiyalarla da bağlı ola bilər. Eyni zamanda, səbəbi müəyyənləşdirilə bilinməyən ağrılar da var. Belə ki, oynaq ağrıları 100-dən çox müxtəlif xəstəliklərdə təsadüf edilir.

Xanim.az xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının pediatrı Sveta Rəfiyeva universitetin mətbuat xidmətinə bildirib.

Həkim deyib: "Ağrılar bilavasitə, oynaq strukturunda-sinovel qişa, kapsula, sümüklər, bağlar və pereartikulyar toxumada yerləşən sinir uclarının qıcıqlanması nəticəsində meydana çıxır. Oynaq qığırdağı sinir və damara malik olmadığı üçün, onun izolya olunmuş zədələnməsi ağrı ilə müşayiət olunmur.

Ağrıların fizioloji proseslərlə bağlılığı əsasən 6-11 yaşlı uşaqlarda müşahidə edilir. Uşaqlar çox vaxt baldır və budda olan əzələ ağrılarından şikayət edirlər. Onların diz oynaqlarından olan şikayətləri isə əsasən gündüz fiziki fəallıqdan sonra artaraq, gecələr də davam edir. Bu səbəbdən uşaq gecə yuxusundan sonra, səhər xoş əhval-ruhiyyədə olmur və özünü pis hiss edir.

Mübadilə pozğunluqları ilə bağlı ağrılar 6 yaşdan yuxarı uşaqlar üçün xarakterikdir. Bu ağrıların lokalizasiyanın olduğu yer əksər hallarda diz və aşıq-topuq oynaqları olur. Bu ağrılar tez-tez şokolad, kakao, paxlalı bitkilər yedikdən sonra güclənərək stress və psixi gərginliklə bağlı səbəblərdən meydana çıxır və gecələr daha da intensivləşir. Səhər oyandıqda isə uşaq özünü gümrah hiss edir.

Digər səbəb - infeksiya ilə bağlı oynaq ağrılarında oynaqların şişməsi, qızarması, hərəkət məhdudluğu da meydana çıxa bilər.

Hər bir halda oynaq ağrıları zamanı dəqiq anamnezin, yəni xəstəliyin tarixçəsini dəqiqləşdirmək vacibdir. Bununla yanaşı qanın ümumi analizi, kəskin iltihab göstəriciləri (ASO, SRP) bəzən spesifik analizlər, oynağın rentgeni, kompüter tomoqrafiyası, lazım gəldikdə isə MRT müayinəsi aparılmalıdır".
Milli.Az

Xəbərlər     Baxılıb: 1613   Tarix: 05 fevral 2018
f Paylaş

Oxşar xəbərlər

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

turlar.az

gözəllik məhsulları geyim şəkilləri yay kolleksiyasi körpəyə qulluq intim heyat qəbizlik tutun xeyri kosmetika maraqlı novruza aid hakisdalar orqazm azerb clpaq qadinlari oglan evi