Uşaqları aqressiv olan valideynlərin NƏZƏRİNƏ

Uşaqları aqressiv olan valideynlərin NƏZƏRİNƏBir çox faydalı xüsusiyyətləri ilə tanınan "omega-3" əlavələri aqressivlik səviyyəsini də azalda bilir.
Milli.Az xəbər verir ki, bu barədə Pensilvaniya Universitetinin alimləri bəyan ediblər. Onların təxminən 4000 nəfəri əhatə edən geniş tədqiqatlarının nəticələri "Aggression and Violent Behavior" (AVB) jurnalında dərc edilib.
"Omega-3" yağ turşuları fiziki və psixi sağlamlıq üçün faydalı xüsusiyyətləri ilə çoxdan tanınır. Alimlərin sözlərinə görə, "omega-3" şizofreniyanın qarşısının alınması, aqressiya və antisosial davranışın azaldılmasına faydalıdır.
Alimlər 1996-2024-cü illər arasında aparılmış 29 nəzarət edilən sınağın məlumatlarını təhlil ediblər. Nəticələr göstərib ki, "omega-3" qəbulu qısa müddətdə aqressiyanı təsirli şəkildə 28% azalda bilər. Müsbət təsir 16 yaşadək uşaqlar və 50 yaşdan yuxarı böyüklər də daxil olmaqla müxtəlif qruplarda müşahidə edilib.
"Omega-3" həm reaktiv aqressiyanı (təxribata cavab), həm də proaktiv aqressiyanı (qəsdən aqressiv davranış) azaltmağa kömək edir. Alimlər hesab edirlər ki, sözügedən əlavə, iltihabı azaldır və beyində həyati prosesləri dəstəkləyir ki, bu da aqressiyanın tənzimlənməsinə kömək edir.
"Ən azı, aqressiyadan əziyyət çəkən uşaqları olan valideynlər öyrənə bilərlər ki, digər müalicə üsulları ilə yanaşı, həftədə əlavə bir porsiya balıq kömək edə bilər", - tədqiqatın müəlliflərindən biri qeyd edib.
Tədqiqatlar, həmçinin göstərib ki, balıq yağı əsaslı preparatlar ürək xəstəlikləri, insult və digər ürək problemləri riskini azalda bilər.
"Omega-3 cəmiyyətdə zorakılıq problemini həll edəcək universal vasitə deyil. Amma o kömək edə bilərmi? Yeni məlumatlara əsasən biz qətiyyətlə əminik ki, bəli", - deyə məqalədə vurğulanıb. (oxu.az)
Milli.Az

Xəbərlər     Baxılıb: 1221   Tarix: 19 yanvar 2025
f Paylaş

Oxşar xəbərlər

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

turlar.az

geyim dəbləri yay geyimləri 2026 aksessuarlar qonaq otağı üçün pərdələr xallarin menasi hepatitlər səfər duası kosmetika sekis bedii edebiyyat novruz bayramına aid ariqlamaq hakista