Uşaqlıq boynunun eroziyası

Uşaqlıq boynunun eroziyasıEroziya ən çox görülən ginekoloji xəstəliklərdən biridir. Statistikaya görə, dünyada hər ikinci qadından biri onunla qarşılaşır. Ancaq hamı bundan şübhələnmir. Gizli eroziya təhlükəsi nədir?Bəzən simptomsuz gedir və ya selikli-irinli, bəzən qanlı xarakterli patoloji ifrazatlarla, omba nahiyəsində dartıcı ağrılarla təzahür edir.Eroziyanın üç növü var:həqiqi, psevdoeroziya, anadangəlmə.
Həqiqi eroziya, mukozanın birbaşa zədələnmiş sahəsidir və nəticədə serviksdən sürünərək silindrik epiteliya ilə örtülür.Həqiqi eroziya adətən qeyri-düzgün yumru formaya, al-qırmızı rəngə malik olub, təmas zamanı asanlıqla qanayır. Eroziyalaşmış sahənin kolposkopiya və mikroskopiya proseslərində genişlənmiş damarlar, ödem, infiltrasiya, fibrin, qan izləri, selikli-irinli ifrazatlar müəyyən edilir.Psevdoeroziya-sağalma prosesində yastı epitel qüsuru uşaqlıq boynu kanalından eroziya səthinə yayılan silindrik epitellə əvəz olunur. Çoxqatlı yastı epitel hüceyrələri ilə müqayisədə silindrik epiteliositlər daha parlaqdır. Eroziya səthi al-qırmızı olaraq qalır.Uşaqlıq boynunun anadangəlmə eroziyası servikal kanalı örtən silindrik epitelin onun hüdudlarından kənara çıxması nəticəsində yaranır. Epitelin yerdəyişməsi (ektopiyası) bətndaxili inkişaf dövründə baş verdiyindən belə eroziyalar anadangəlmə sayılır.Uşaqlıq boynunun anadangəlmə eroziyaları adətən xarici əsnək xətti üzrə kiçik bir sahəni tutur, hamar səth və al-qırmızı rənglə səciyyələnir. Obyektiv müayinə (vaginal güzgülərlə və ya kolposkopiya) zamanı servikal kanalda patoloji sekresiya və iltihab əlamətlərinə rast gəlinmir.Xəstliyin diaqnostika prosesində vaginal güzgülərin köməyilə uşaqlıq boynuna baxış və patoloji ocağın mikroskop altında daha dəqiq qiymətləndirilməsinə imkan verən kolposkopiyadan istifadə olunur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1503   Tarix: 09 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

.

İşdə nə edək ki, daha az yorulaq

Günün böyük hissəsini oturaq vəziyyətdə keçirən insanlar həm sağlamlıq problemləri, həm də enerji çatışmazlığı ilə üzləşə bilər. Mütəxəssislər bildirirlər ki, iş günündə cəmi bir neçə dəqiqəlik hərəkət etmək yorğunluğu azaltmağ

.

Virtual oyunlar uşağa zərər verirmi? – Səhiyyə Nazirliyinin psixoloqundan tövsiyələr

Virtual oyunlar uşaqlara həm müsbət, həm də mənfi təsir göstərə bilər. Onlardan düzgün rejimdə istifadə edildikdə zehni inkişafı dəstəkləsə də, həddindən artıq oynanılması fiziki və psixoloji problemlərə səbəb ola bilər

.

Gözümüzü məhv edə biləcək eynəklər var

Həkim-oftalmoloq Darya Orlova ultrabənövşəyi (UV) filtri olmayan gün eynəklərinin göz sağlamlığı üçün ümumiyyətlə eynək taxmamaqdan daha təhlükəli olduğunu açıqlayıb. -a istinadən xəbər verir ki, bu barədə nəşri məqalə dər

.

Diş minasını zədələməmək üçün bunları edin

Gündəlik ağız boşluğu gigiyenası çox vaxt uzun illərdən qalan yanlış vərdişlər üzərində qurulur. Mütəxəssislər bildirirlər ki, sadə dəyişikliklər diş minasını qorumağa, diş əti problemlərinin və kariyesin qarşısını almağ

.

Günvurmadan necə qorunmaq olar?

Yay aylarında havaların həddindən artıq isti keçməsi günvurma riskini artırır. xəbər verir ki, xüsusilə uşaqlar, yaşlılar, xroniki xəstəliyi olan şəxslər və açıq havada çalışanlar daha diqqətli olmalıdırlar. Günvurmadan qorunma

.

Arıqlama məhsullarında təhlükəli maddələr aşkar edilib - AQTA

Arıqlama məhsullarının tərkibində insan sağlamlığı üçün ciddi təhlükə yaradan maddələr aşkar edilib. xəbər verir ki, bunu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qida təhlükəsizliyi şöbəsinin müdir

.

Əllərinizdə bu əlamətlər varsa, diqqətli olun

Əllərdə gün ərzində davam edən ağrı və sərtlik oynaqların aşınması (osteoartrit) xəstəliyinin əlaməti ola bilər. Bu xəstəlik oynaqları qoruyan qığırdağın zamanla nazilməsi və aşınması nəticəsində yaranır. xəbər verir ki

.

Pesketaryen qidalanma nədir? Faydaları nələrdir?

Pesketaryen qidalanma qırmızı ət və quş ətinin istifadə olunmadığı, balıq və bitki mənşəli qidaların əsas götürüldüyü bir qidalanma modelidir. Zülal ehtiyacı böyük ölçüdə dəniz məhsulları və bitki mənşəli qaynaqlardan qarşılanır

.

Qarın piyinin səbəbi çox yemək deyilmiş

Yeni araşdırma yaş artdıqca piyin niyə əsasən bel və qarın nahiyəsində toplandığını üzə çıxarıb. Bir çox insan yaşlandıqca çəkisi demək olar ki, dəyişməsə də, qarın nahiyəsinin böyüdüyünü müşahidə edir. Bu isə təkcə esteti

turlar.az

qadin dunyasi qis geyimləri 2026 hamiləlik kesmikli koke balaca qablarda keks ailə məktəbi oxucu mektubu kosmetika baliq qurd xəstəliklərinə qarşı mualicə yemek reseptleri usaq geyimleri veten haqqinda atalar sozleri